Ölü namazını yenidən qılmaq
Məsələ 568: Bir meyyitə bir neçə meyyit namazı qılmaq məkruhdur, bəyənilmir. Hətta bir nəfərin həmin namazı bir neçə dəfə qılmasına irad var. Amma meyyit elm, fəzl, təqva əhli olarsa, bu iş məkruh sayılmaz.
Məsələ 568: Bir meyyitə bir neçə meyyit namazı qılmaq məkruhdur, bəyənilmir. Hətta bir nəfərin həmin namazı bir neçə dəfə qılmasına irad var. Amma meyyit elm, fəzl, təqva əhli olarsa, bu iş məkruh sayılmaz.
Məsələ 569: Əgər meyyiti bilərəkdən, unutqanlıqdan və ya hər hansı başqa bir üzürlü səbəbdən namazsız dəfn edərlərsə və ya dəfndən sonra ona qılınan namazın batil olduğu bilinərsə, həmin qaydada qəbrə namaz qılmaq vacibdir.
Məsələ 573: Müstəhəbdir ki, meyyit namazı qılan şəxs dəstəmazlı, qüsül və ya təyəmmüm etmiş olsun. Ehtiyat müstəhəbə əsasən, dəstəmaz və qüsül mümkün olmadıqda təyəmmüm edilir. Bir şəxs dəstəmaz alıb qüsül versə namaza çatmayacaqsa, müstəhəbdir ki, meyyit namazının o biri şərtlərinə savab məqsədi ilə əməl etsin: Əvvəla, meyyit kişidirsə imam-camaat və ya meyyit namazı qılan şəxs meyyitin düz orta bərabərində dayansın. Əgər meyyit qadındırsa sinəsi istiqamətində dursun. İkincisi, namazı ayaqyalın qılsın. Üçüncüsü, hər təkbirdə əllərini qaldırsın. Dördüncüsü, meyyitlə məsafəsi o qədər az olsun ki, külək libasını tərpətsə cənazəyə toxunsun. Beşincisi, əgər namaz camaatla qılınırsa, imam təkbir və duaları ucadan söyləsin, onunla namaz qılanlar astadan desinlər. Altıncısı, namaz qılan şəxs meyyit və mö’minlər üçün çox dua etsin. Yeddincisi, namazdan öncə üç dəfə “Əssəlat” söyləsin. Səkkizincisi, namazı elə bir yerdə qılsın ki, meyyit namazında daha çox insan iştirak etsin. Doqquzuncusu, yaxşı olar ki, meyyit namazı məsciddə qılınmasın. Yalnız Məscidül-həramda maneəsi yoxdur. Onuncusu, heyiz qadın meyyit namazını camaatla qılarsa, bir cərgədə tək dayansın.
Məsələ 574: Meyyit elə dəfn olunmalıdır ki, qoxusu bayıra çıxmasın, vəhşi heyvanlar ona toxuna bilməsinlər. Əgər vəhşi heyvanın cəsədə toxunacağı ehtimal edilsə, qəbri kərpic və bu kimi şeylərlə hörmək lazımdır.
Məsələ 575: Meyyiti torpaqda dəfn etmək mümkün olmasa, vacibdir ki, dəfn əvəzinə bina və ya tabuta qoyulsun, ətrafı möhkəmləndirilsin.
Məsələ 576: Dəfn zamanı meyyiti qəbrə sağ çiyni üzərində qoymaq lazımdır. Onun üzü qibləyə olmalıdır.
Məsələ 577: Bir şəxs gəmidə ölsə, çürümə qorxusu olmasa və gəmidə saxlanması mümkün olsa, quruya çatınca gözləmək lazımdır. Onu gəmidə saxlamaq mümkün olmadıqda qüsül, hənut və kəfənləmədən sonra namaz qılınır, dəniz heyvanlarının toxuna bilməyəcəyi bir şeydə dənizə atılır. Bu da mümkün olmasa, onun ayağına ağır bir şey bağlanır və dənizə atılır. Meyyit elə bir yerə atılmalıdır ki, atılan kimi heyvanlara yem olmasın.
Məsələ 578: Əgər düşmənin qəbri açacağından, cəsədi çıxaracağından və ya ona bir zərər yetirəcəyindən qorxsalar, mümkün olduqda yuxarıda deyən şəkildə meyyit dənizə atılmalıdır.
Məsələ 579: Lazım gəldikdə qəbir xərclərini, eləcə də meyyiti dənizə atmağın xərclərini meyyitin malından ödəmək olar.
Məsələ 580: Kafir qadın dünyasını dəyişsə və bətnində körpəsi ölsə, həmin körpənin atası müsəlman olduqda qadın qəbrə sol tərəfi üstündə arxası qibləyə qoyulur ki, uşaq üzü qibləyə qalsın. Hətta uşağın bədəninə ruh daxil olmazdan öncə vacib ehtiyata əsasən, bu göstərişə əməl olunmalıdır.
Məsələ 581: Müsəlmanı qeyri-müsəlman qəbristanlığında, kafiri müsəlman qəbristanlığında dəfn etmək olmaz. Vacib ehtiyata əsasən, müsəlmanı ona ehtiramsızlıq sayılacaq yerdə də dəfn etmək haramdır. (Məsələn, küllük, zibillik)
Məsələ 582: Meyyit qəsb olunmuş yerdə dəfn edilməməlidir. Meyyiti dəfn üçün vəqf edilməmiş yerdə dəfn etmək olmaz. (Məsələn, məscid, mədrəsə). Amma öncədən vəqfdə dəfn üçün yer nəzərdə tutulsa eybi yoxdur.