Diri heyvanın qarnından çıxmış ölü heyvan
Məsələ 2219: Əgər diri heyvanın qarnından ölü bala gəlsə və yaxud çıxartsalar, onun əti haramdır.
Məsələ 2219: Əgər diri heyvanın qarnından ölü bala gəlsə və yaxud çıxartsalar, onun əti haramdır.
Məsələ 2220: Heyvanın başını kəsdikdə əgər hülqum və boyunun iki böyük damarını tam şəkildə kəssələr kafidir. Lakin, müstəhəb ehtiyata əsasən, dörd böyük damarını yə’ni, boyunun iki böyük damarı və əlavə olaraq hülqum (nəfəs borusu), qida borusu boğazın altında olan çıxıntıdan kəsilməlidir.
Məsələ 2221: Əgər bu damarlardan bə’zilərini kəsib heyvanın ölməsinə qədər səbr edib sonra qalan (damarları) kəssələr faydasızdır. Hətta bu qədər səbr etməsələr də, təbii olaraq damarları ardıcıl kəsməsələr, heyvan diri olsa da belə, iradı var.
Məsələ 2221: Əgər bu damarlardan bə’zilərini kəsib heyvanın ölməsinə qədər səbr edib sonra qalan (damarları) kəssələr faydasızdır. Hətta bu qədər səbr etməsələr də, təbii olaraq damarları ardıcıl kəsməsələr, heyvan diri olsa da belə, iradı var.
Məsələ 2222: Əgər canavar qoyunun boğazını, baş kəsildikdə kəsilməli olan damarlardan heç nə qalmadığı halda qopartsa, o heyvan haram olur. Lakin, o damarlar sağlam və qoyun diri olsa, onun, qeyd edilən qaydalara əsasən, başını kəssələr, halaldır. Həmçinin, əgər bir heyvanın qeyri-şəriət hökmlərinə əsasən, başı kəsilsə pakdır, amma onun ətini yemək haramdır. Bu baxımdan qeyri-islami ölkələrdən gələn heyvanların başlarının kəsilməsini bilsək, dəri və gönləri pakdır. Amma onunla namaz qilmaq olmaz.
Məsələ 2223: Heyvanın başının kəsilməsinin beş şərti var:1-Vacib ehtiyata əsasən, başı kəsən müsəlman olmalıdır, nasibilər- Peyğəmbərin (səlləllahu əleyhi və alihi vəsəlləm) Əhli-beyti (ə) ilə düşmən olanlar kafir hökmündədirlər;2-Heyvanın başı dəmir və yaxud başqa filizdən olan iti cisimlə kəsilməlidir. Lakin, heyvanın başını kəsməyə ehtiyac olduqda, dəmir tapılmasa və yaxud heyvanın başı kəsilmədikdə öləcəksə, hər bir iti şeylə (şüşə, daş, iti taxta) damarlarını kəsmək mümkün olsa, onun başını kəsmək olar;3-Başı kəsən zaman heyvanın bədəni qibləyə tərəf olmalıdır və bilərəkdən qibləyə tərəf tutmasalar heyvan haram olur. Lakin unutqanlıq, məsələni bilməzlikdən və yaxud qiblənin səhv salınması nəticəsində heyvanı qibləyə tərəf tutmayıb başını kəssələr haram deyil;4-Başını kəsən zaman Allahın adı çəkilməlidir. “Bismillah” “Subhanəllah”, “La ilahə illəllah” deyilsə, kafidir və bunu hər bir dildə də (demək) caizdir. Lakin, baş kəsmək qəsdi olmadan Allahın adını desə, kafi deyil və unutqanlıq üzündən Allahın adını deməsə eybi yoxdur;5-Başı kəsiləndən sonra heyvan hərəkət etməlidir. Heyvanın diri olması gözünü, quyruğunu tərpətmək, ayağını yerə döyməklə mə’lum olmalıdır. Vacib ehtiyata əsasən, ondan qan kifayət qədər axmalıdır.
Məsələ 2224: Heyvanın başını kəsən kişi, qadın və yaxud heyvanın başını kəsmək qaydalarını bilən həddi-büluğa yetməyən uşaq ola bilər. Lakin, kişi olduğu halda qadın və uşaqları bu işdən çəkindirmək yaxşıdır.
Məsələ 2225: Texniki cihazlarla heyvanların başını kəsmək, şəriətə uyğun şərtləri baş kəsmək bəhsində qeyd edilənlərə uyğun olsa, caizdir və belə bir heyvan pak və halaldır.
Məsələ 2226: Əgər bir neçə toyuq və yaxud heyvanı birgə kəssələr, bir dəfə “bismillah” demək kafidir. Həmçinin, cihazla vahid bir zamanda çoxlu heyvanın başını kəssələr (digər şərtlərlə malik olmaqla), bir “bismillah” (demək) kifayət edir və əgər cihaz daim hərəkətdədirsə, vacib ehtiyata əsasən, hər dəfə Allahın adı çəkilməlidir.
Məsələ 2233: Günümüzdə heyvanların başını kəsməyin asan olması, hissiz olub, rahatcasına və yaxud cihaz vasitəsi ilə başlarını kəsmək üçün bə’zən onlara şok verirlər. Bu iş, şokdan sonra heyvan diri qalacağı halda iradsızdır.
Məsələ 2227: Dəvəni öldürmək üçün heyvanların başlarının kəsilməsində qeyd edilən beş şərtdən əlavə, bıçaq və dəmirdən olan kəsici şeyi, boyunun aşağısında olan çuxur yerə batırsınlar. Bu işə “nəhr” deyilir. Bə’zi rəvayətlərə əsasən, dəvənin ayaq üstə olması yaxşıdır. Dizlərini yerə vurduğu və yaxud böyrü üstə uzandığı halda bədəninin qabağı qibləyə tərəf olsa, bıçağı boyunun aşağısında olan çuxura batırsalar, bunun da iradı yoxdur.
Məsələ 2228: Əgər dəvəni nəhr etmək əvəzinə başını kəssələr və yaxud qoyunun, inəyin başını kəsmək əvəzinə nəhr etsələr, onların əti halal deyil. Lakin, bu işdən sonra heyvan diri olsa və tez onu şəriət göstərişlərinə uyğun öldürsələr əti haladır.