Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1481Qazanc və işdən gələn mənfəət

Nisyə ticarət və onun pulunu xümsü verilməmiş puldan ödəmək

Məsələ 1481: Əgər bir malı öz öhdəliyi ilə alıb, müamilədən sonra onun haqqını xümsünü vermədiyi pulla ödəsə, müamiləsi düzgündür və onu işlətməsi caizdir. Lakin, xümsü verilməyən pulu satıcıya verdiyi üçün , o pulun xümsü qədər ona borclu sayılır. Satıcıya verilən pul yanında qaldığı halda şəriət hakimi onu alacaq. (Pul) xərcləndiyi halda şəriət hakimi onun əvəzini alıcıdan və yaxud da satıcıdan tələb edəcəkdir.

Nömrə 866Niyyət

Niyyət edərkən hansı namazı qıldığını bilməlidir

Məsələ 866: Niyyət edərkən hansı namazın qılındığını nəzərdə tutmaq lazımdır. Təkcə dörd rəkət namaz niyyət edilsə kifayat deyil. Qılınacaq namaz niyyətdə müəyyənləşməlidir. Vacib ehtiyat budur ki, namazın qəza və ya əda olması da müəyyənləşsin.

Nömrə 1323Orucun niyyəti

Niyyətdə Ramazan ayının günlərini təyin etmək

Məsələ 1323: Niyyət halında birinci, ikinci və s. günlərin orucunu tutduğunu müəyyən etməsi lazım deyil. Hətta, əgər günü müəyyən etsə, məsələn, “ayın ikinci gününün orucunu tuturam” desə və sonra mə’lum olsa ki, üçüncü gündür, onun orucu düzgündür.

Nömrə 865Niyyət

Niyyəti necə etmək lazımdır

Məsələ 865: Namaz Allaha yaxınlaşmaq, Onun əmrini yerinə yetirmək məqsədi ilə icra olunmalıdır. Niyyəti dilə gətirmək və ya namazdan öncə qəlbdən keçirmək vacib deyil. Əgər namaza dayanan şəxsdən nə etdiyini soruşduqda Allaha xatir namaz qıldığını söyləyərsə, bəs edər.

Nömrə 1217Əcir tutulmuş insanın şərtləri

Niyyətin şərtləri

Məsələ 1217: Meyyitin qəza ibadətini yerinə yetirən şəxs özünü meyyitin yerində fərz etməli, meyyitin öhdəsində olan qəzanı yerinə yetirməlidir. Əgər ibadəti yerinə yetirib savabını hədiyyə etsə, qəza ödənməz.

Nömrə 1819Xiyaratın (ticarəti pozmaq ixtiyarının) hökmləri

Nöqsan olanda alğı-satqını pozmaq mümkün olmayan amma qiymət fərqini almaq mümkün olan hallar

Məsələ 1819: Bir neçə halda alıcı malın eyibli olmasını bilsə müamiləni poza bilməz, lakin qiymət fərqini ala bilər:1-Müamilədən sonra malda bəzi dəyişikliklər apardığı üçün camaat, “alınan mal olduğu kimi qalmayıb” desə; 2-Müamilədən sonra malın eyibli olduğunu bilsə, lakin müamilə hüququnu qüvvədən salmış olsa; 3-Malı təhvil alandan sonra başqa bir eyib onda tapılsa. Lakin, eyibli heyvan alıb, üç gün ötməzdən öncə başqa bir eyib tapsa, yenə də onu geri qaytara bilər. Həmçinin, əgər alıcı üçün yalnız müəyyən müddət daxilində müamiləni poza bilmə hüququ təyin edilsə və o müddətdə başqa bir eyib tapsa, onu təhvil almasına baxmayaraq, bu halda da müamiləni poza bilər.

Nömrə 1818Xiyaratın (ticarəti pozmaq ixtiyarının) hökmləri

Nöqsan olanda alğı-satqını pozmaq vəya qiymət fərqini almaq mümkün olmayan hallar

Məsələ 1818: Bir neçə halda (mal) eyibli olsa müamiləni poza və yaxud qiymətin fərqini ala bilməz:1-Alan zaman malın eyibli olmasını bilsə; 2-Sonradan razı olduğu halda; 3- Satıcı malı bütün eyibləri ilə yanaşı satıram desə. Lakin eyibi müəyyənləşdirib, bu eyiblə satıram, desə və sonradan başqa eyiblərin də olması məlum olsa, alıcı müamiləni poza bilər; 4- Alıcı malı alan zaman, “malın eyibi olsa, müamiləni pozmaz və qiymət fərqini almaram”, desə.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت