Bədənin bir qədərini yumadığını başa düşsə
Məsələ 380: İnsan qüsldən sonra başa düşsə ki, bədəninin bir hissəsini yumayıb həmin hissəni qüsl niyyəti ilə yusa kifayət edər. Bu zaman onun qü səhihdir.
Məsələ 380: İnsan qüsldən sonra başa düşsə ki, bədəninin bir hissəsini yumayıb həmin hissəni qüsl niyyəti ilə yusa kifayət edər. Bu zaman onun qü səhihdir.
Məsələ 381: Qüsül tamamlandıqdan sonra şəkk yaranarsa ki, üzvlər düzgün yuyulub, yoxsa yox, bu şəkkə e’tina edilmir.
Məsələ 382: İrtimasi qüsl verərkən niyyətdən sonra bütün bədən bir dəfə və ya tədricən suya batırılır. Bu işi həm hovuz və ya gölməçədə həm də bədəni bir dəfəyə bürüyən şəlalə altında görmək olar. Amma adi duş altında irtimasi qüsl vermək mümkün deyil.
Məsələ 383: Bədənin bir hissəsi sudan kənarda olan vaxt irtimasi qüsül niyyət edilsə və insan suya daxil olsa bəs edər. Amma bütün bədən suda olduğu vaxt qüsl niyyəti ilə bədənin tərpədilməsinə irad var.
Məsələ 384: Əgər irtimasi qüsüldən sonra mə’lum olsa ki, bədənin bir hissəsi yuyulmayıb, yenidən qüsl vermək lazımdır.
Məsələ 385: İrtimasi qüsüldə ayaqların da altının islanması üçün onları yerdən qaldırmaq lazımdır.
Məsələ 386: Tərtibi qüsl üçün vaxt olmadıqda və irtimasi qüsl verməyə imkan olduqda, irtimasi qüsl vermək vacibdir.
Məsələ 387: Vacib ehtiyat budur ki, vacib oruc tutmuş, həcc və ümrə üçün ehram bağlamış şəxs irtimasi qüsl verməsin, başını suya batırmasın. Əgər unudaraq irtimasi qüslü verərsə, qüslü düzgündür. Bu halda irtimasi qüslün oruc və ehrama zərəri yoxdur.
Məsələ 388: Tərtibi qüsüldə üç dəfə suya batmaq olar. Birinci dəfə baş və boyuna qüsül vermək niyyəti ilə, ikinci dəfə sağ tərəfə qüsl vermək niyyəti ilə üçüncü dəfə sol tərəfə qüsl vermək niyyəti ilə suya batmaq düzgündür.
Məsələ 389: İrtimasi qüsüldə bədən tamamilə pak olmalıdır. (Vacib ehtiyata əsasən). Tərtibi qüsldə isə bütün bədənin pak olması vacib deyil. Tərtibi qüsl zamanı hər üzvə qüsl verməzdən öncə həmin üzv paklanarsa bəs edər.
Məsələ 390: Öncə qeyd etdik ki, haram yolla cünub olmuş şəxsin təri murdar deyil. Belə bir şəxs isti su ilə qüsl verə bilər. Amma daha yaxşı olar ki, onu tərlətməyəcək ilıq su ilə qüsl versin.
Məsələ 391: Əgər bədənin az bir hissəsi yuyulmamış qalarsa, hər zaman yadına düşsə o hissəni qüsl niyyəti ilə yusun, əks təqdirdə qüsl batildir. Amma qulaq, burun və gözün içi kimi daxili yerləri yumaq lazım deyil.