Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1603Taxılın zəkatı

Yağış suyu və quyu suyu ilə suvarılan əkin

Məsələ 1603: Əgər bir əkin sahəsi yağış və yaxud quyu suyu ilə suvarılsa və onlardan birinin çox az təsiri olduğu üçün hesaba alınmasa, zəkat ən çox suvarılan vasitəyə əsasən verilməlidir. Lakin, əgər hər ikisi ilə diqqət yetiriləcək qədər suvarılıbsa, məsələn, yarısı və ya üçdə biri yağış suyu və qalanı quyu suyu ilə suvarılıbsa, onun zəkatının bir hissəsi onda biri və digər hissəsini iyirmidə biri hesabı ilə verməlidir.

Nömrə 1605Taxılın zəkatı

Zəkatın ölçüsü suvarılmanın növü ilə mütənasibdir

Məsələ 1605: Əgər tarla yağış və yaxud çay suyu ilə suvarılıb quyu suyuna ehtiyac olmasa və bununla belə yenə də quyu suyu ilə suvarılsa və bu işin məhsulda heç bir təsiri olmasa, zəkatı onda biri qədərdir. Yaxud əksinə, quyu suyu ilə suvarılsa və yağış ona yağsa və məhsulunda heç bir təsir qoymasa, zəkatı iyirmidə biri qədərdir.

Nömrə 1607Taxılın zəkatı

Əkin xərcləri

Məsələ 1607: Əkin üçün xərclədiklərini və həmçinin toxumun qiymətini məhsuldan azalda və yerdə qalandan zəkatı verə bilər. Baxmayaraq ki, müstəhəb ehtiyat budur ki, azaltmasın.

Nömrə 1608Taxılın zəkatı

Üzüm və xurma ağaclarının xərcləri

Məsələ 1608: Hər vaxt üzüm və yaxud xurma ağacı alsa onun qiyməti şübhəsiz xərclərindən sayılmır. Əgər üzüm və xurmanı yetişməzdən qabaq alsa, vacib ehtiyata əsasən, onun da pulunu məhsuldan azaltmamalıdır. Həmçinin, torpaq almaq üçün verdiyi pul da xərclərdən sayılmır.

Nömrə 1609Taxılın zəkatı

Bir neçə şəhərdə dörd dənli bitkisi olan insanın vəzifəsi

Məsələ 1609: Əgər insan fəsilləri bir-biri ilə fərqlənən, yəni əkinçilik məhsulları və meyvəsi bir vaxtda yetişməyən bir neçə şəhərdə buğda, arpa, xurma, yaxud üzümü olsa, onların hamısı bir ilin məhsulu hesab olunur. Bu halda birinci yetişən şey nisab həddinə çatdığı halda, zəkatı verilməlidir. Qalanlarının zəkatını isə onların yetişdikləri vaxt verməlidir. Əgər əvvəldə yetişən nisab həddinə çatmasa, səbr etməli, digər məhsullarda yetişməli və bu məhsullar üst-üstə nisab həddinə çatarsa, onun zəkatı vacibdir.

Nömrə 1611Taxılın zəkatı

Həmin cinsdən olan hər bir şeyin zəkatı

Məsələ 1611: Əgər xurma və üzümün zəkatı ona vacib olsa zəkatı təzə xurma və üzümdən verə bilməz (Lakin, təzə xurma və üzümü müstəhəqqə sata və onun borcunu zəkatdan hesablaya bilər). Əgər xurma və üzümü qurumamışdan qabaq satmaq istəsə, onun zəkatını özündən verə bilər.

Nömrə 1612Taxılın zəkatı

Mərhum insanın malının zəkatı onun borcundan irəlidir

Məsələ 1612: Əgər bir nəfər dünyasını dəyişsə və öhdəsində vacib zəkat və həm də camaata borcu olsa, ilk olaraq vacib olan bütün zəkatı zəkatı vacib olan maldan verməli və sonra borclarını ödəməlidirlər. Bu bir halda ola bilər ki, [ölən şəxsin] zəkatı vacib olan malı olsun.

Nömrə 1613Taxılın zəkatı

İrs payının zəkatının verilməsi vacib olan hallar

Məsələ 1613: Həm əkini və həm də borcu olan bir şəxs ölsə və varisləri əkinə zəkat vacib olmazdan qabaq onun borcunu başqa maldan ödəsələr, varislərdən hansının payı zəkat həddinə çatsa, zəkatını verməlidir. Yox, əgər borcunu zəkat vacib olmamışdan qabaq ödəməsələr və ölən şəxsin malı yalnız borcu qədər olarsa, zəkat vacib olmaz.

Nömrə 1614Taxılın zəkatı

Yaxşı və pis məhsulun zəkatı

Məsələ 1614: Əgər əkin sahəsinin məhsullarının yaxşı-pisi varsa hər birinin zəkatı o maldan verilməli və yaxud qiymətini hesablamalıdır. Hamısının zəkatını pis məhsuldan verə bilməz, lakin hamısını yaxşı məhsuldan verməsi yaxşıdır.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت