Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 2340Vəsiyyətin hökmləri

Vəsinin qəbul etməsi şərtdir yoxsa yox?

Məsələ 2340: İnsan xəbər tutsa ki, bir şəxs vəsiyyətini ona ünvanlayıb vəsiyyəti qəbul etmədiyini nəzərə çatdırdıqdan sonra vəsiyyət başqa birinə ünvanlansa, birinci vəsiyyət batildir. Amma vəsiyyət olunmuş şəxs vəsiyyət edən şəxs öldükdən sonra bundan xəbər tutsa, ya xəbər tutub razı olmadığını ona çatdırmasa, ya da razı olduğunu bildirdikdən sonra vəsiyyət edən şəxs başqa birini tapmasa, vacib ehtiyat budur ki, birinci şəxs vəsiyyətə əməl etsin. Bu iş əzab-əziyyətlə başa gəldikdə yerinə yetirilməyə bilər.

Nömrə 2342Vəsiyyətin hökmləri

İki vəsidən birinin ölümü zamanı şəriət hakiminin vəzifəsi

Məsələ 2342: Bir şəxs vəsiyyətinin icrası üçün iki nəfəri seçsə və onların bu işi birlikdə görməsini istəsə, həmin iki şəxsdən biri ölsə, ya ağılını itirsə, ya dindən çıxsa, şər’i hakim başqa birini tə’yin edə bilər. Əgər vəsiyyət olunanların hər ikisi bu işə aciz olarsa, şər’i hakim başqa iki nəfəri tə’yin edə bilər.

Nömrə 2345Vəsiyyətin hökmləri

İki ardıcıl vəsi

Məsələ 2345: Bir şəxs özünə vəsiyy seçsə və söyləsə ki, həmin vəsiyy ölsə başqa biri vəsiyy seçilsin, belə bir vəsiyyət düzgündür. Birinci vəsiyy öldükdə ikinci vəsiyy onun canişini olur.

Nömrə 2346Vəsiyyətin hökmləri

Malın əslindən çıxılanlar

Məsələ 2346: Borclar, vacib Həcc, xüms və zəkat və bu kimi şeylər vəsiyyət edilməsə belə malın özündən ödənməlidir. Artıq bir şey qalsa vəsiyyət əsasında onun üçdə birini göstərilən ünvana sərf etmək lazımdır. Vəsiyyət etmədiyi halda üçdə bir xərclənmir. Borc ödəndikdən sonra artıq qalan mal vərəsəyə çatır.

Nömrə 2347Vəsiyyətin hökmləri

Əmlakın üçdə birindən artıq olan vəsiyyətin hökmü

Məsələ 2347: İnsan öz malının üçdə birindən artığını vəsiyyət edə bilməz. Yalnız vərəsənin icazəsi ilə bu iş mümkündür. Vərəsə meyyitin ölümündən qabaq və ya sonra icazə verə bilər. Vərəsə icazə verdikdən sonra sözünü dəyişə bilməz. Bu icazənin ölümdən qabaq və ya sonra verilməsinin fərqi yoxdur, vacib ehtiyat sözü geri götürməməkdir.

Nömrə 2348Vəsiyyətin hökmləri

Vəsiyyət əmlakın üçdə birindən artıq olarsa

Məsələ 2348: Bir şəxs müxtəlif işlərlə bağlı çoxsaylı vəsiyyət etsə və həmin tapşırıqların yerinə yetirilməsi üçün malının üçdə biri çatmasa, onun vəsiyyətlərini ardıcıllıqla yerinə yetirmək lazımdır. Üçdə bir xərcləndikdən sonra qalan vəsiyyət batil olur. Yalnız vərəsənin icazəsi ilə bu işi görmək olar. Əgər meyit Həcc və xüms kimi vacib mövzularda vəsiyyət etmişsə bu xərclər malın özündən götürülür, qalan xərclər üçdə birdən ödənir.

Nömrə 2349Vəsiyyətin hökmləri

Vəsiyyət əsasında mal iddiası edən insan

Məsələ 2349: Bir şəxs iddia etsə ki, meyit filan malını mənə vəsiyyət edib, ya ədalətli iki kişi, ya ədalətli bir kişi, ya ədalətli bir kişi və iki qadın, ya da dörd ədalətli qadın onun dediklərini təsdiqləməli, and içməlidir. Bu halda deyilənə əməl olunur. Vəsiyyət zamanı ədalətli kişi iştirak etməsə ədalətli qadının şəhadəti ilə həmin malın dörddə biri iddiaçıya verilir. İki ədalətli şahid olsa, iddia etdiyi malın ikidə biri ona verilir. Üç ədalətli qadın şəhadət versə, həmin malın dörddə biri iddiaçıya çatdırılır. Dinində ədalətli sayılan iki kafir zimmi kişinin şəhadəti də belədir. Meyit çarəsiz qalıb ədalətli müsəlman kişi və qadın olmayan şəraitdə vəsiyyət etsə, vəsiyyətinə əməl olunmalıdır.

Nömrə 2352İrsin təbəqələri

Qohumluq əlaqəsinə görə irs düşən üç qrup

Məsələ 2352: Qohumluq səbəbindən irs çatanlar üç qrupdur: 1. Meyitin atası, anası və övladları; övlad olmadıqda silsilə boyu övladın övladı (əlbəttə ki, onlardan meyitə daha yaxın olanı); nə qədər ki, bu qrupdan bir nəfər var, ikinci qrupa irs çatmır.2. Meyitin atası, babası və silsilə boyu babalar; meyitin anası, nənəsi və yuxarı getdikcə nənələri (nənə həm ata, həm də ana tərəfindən ola bilər); bacı və qardaş, bacı və qardaş olmadıqda onların övladları, övladlarının övladları; hansı meyitə daha yaxınsa, o da irs aparır; nə qədər ki, bu qrupdan bir nəfər var, üçüncü qrupa irs çatmır.3. Əmi və bibi, dayı və xala, silsilə boyunca onların övladları; hansı meyitə daha yaxınsa, o da irs aparır; nə qədər ki, əmi və bibi, dayı və xaladan biri sağsa onların övladlarına irs çatmır; onların övladları sağ ikən övladlarının övladlarına irs verilməz; amma bir istisna var: əgər meyyitin atadanbir əmisi, atadanbir əmisinin oğlu, anadanbir əmisinin oğlu varsa, atadanbir əmiyə irs çatmır, mal ata və anadanbir əminin oğluna verilir.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت