Vəsiyyət olunanın şərtləri
Məsələ 2332: Vəsiyyət edilən şəxs “vəsiyy” adlanır. İnsan vacib ehtiyata əsasən müsəlman, büluğ həddinə çatmış, ağıllı və e’tibarlı şəxsə vəsiyyət etməlidir.
Məsələ 2332: Vəsiyyət edilən şəxs “vəsiyy” adlanır. İnsan vacib ehtiyata əsasən müsəlman, büluğ həddinə çatmış, ağıllı və e’tibarlı şəxsə vəsiyyət etməlidir.
Məsələ 2333: Bir şəxs özünə bir neçə vəsiyy müəyyənləşdirərsə, onların hər birinə müstəqil ixtiyar verildikdə vəsiyyətin yerinə yetirilməsi üçün bir-birlərindən icazə almaları vacib deyil. Əgər belə bir icazə olmazsa (vəsiyyət edərsə ki, bütün vəsilər birlikdə əməl etsin) vəsiyyətin yerinə yetirilməsində vəsilər bir-birləri ilə razılaşmalıdır. Bir araya gələ bilmədikdə vəsiyyətin yubanmaması üçün şər’i hakimə müraciət edilir.
Məsələ 2334: İnsan öz vəsiyyətini dəyişərsə (məsələn, əvvəlcə malının üçdə birini kiməsə vəsiyyət edir, sonra fikrindən daşınır) vəsiyyət batil olur. Eləcə də, vəsiyyətində öz sağır övladına qəyyum tə’yin edib, sonra fikrini dəyişərsə, vəsiyyəti batildir. Vəsiyyət edən şəxs vəsiyyət etdiyi malla bağlı elə bir iş görərsə ki, vəsiyyətini dəyişdiyi mə’lum olsun (məsələn, vəsiyyət etdiyi evi satır) öncəki vəsiyyət batildir.
Məsələ 2335: Əgər əvvəlcə bir şeyi müəyyən şəxsə vermək vəsiyyət edilərsə, sonradan həmin şeyin yarısının başqa bir şəxsə verilməsi vəsiyyət olunarsa, nəzərdə tutulan şey iki hissəyə bölünməli və hər tərəfə yarısı verilməlidir.
Məsələ 2336:Sonradan həmin xəstəlikdən dünyadan gedən insan ölüm xəstəliyi zamanı və huşu tamamıyla yerində olduğu halda malının bir hissəsini bir şəxsə bağışlasa və təhvil versə və yaxud ticarətində müştəri üçün xırda və ya kalan küzəştlər etsə səhihdir.Baxmayaraq ki,nəzərdə tutulan ümumi miqdar malın üçdə birindən çox olarsa,ehtiyat müstəhəb vərəsəylə razılaşmasıdır.
Məsələ 2337: Bir şəxs vəsiyyət etsə ki, malının üçdə birini saxlayıb ondan gələn gəliri bir yerə sərf etsinlər, bu vəsiyyətə əməl olunmalıdır.
Məsələ 2338: Bir şəxs ölüm xəstəliyində ikən bir şəxsə müəyyən miqdarda borclu olduğunu desə, vərəsələrə zərər vurmaqda ittiham olunduğu vaxt həmin miqdar malının üçdə birindən hesablanmalıdır. Belə bir ittiham olmazsa, həmin miqdar malın özündən çıxılır.
Məsələ 2339: Malın vəsiyyət olunduğu şəxs həyatda olmalıdır. Sonradan dünyaya gələcək uşağa vəsiyyət etmək nöqsanlıdır və vacib ehtiyat budur ki, vərəsədən icazə alınsın. Amma ana bətnində olan körpəyə vəsiyyət edilsə, belə bir vəsiyyət düzgündür. Bətndəki körpəyə ruh daxil olmasa da belədir. Uşaq sağ-salamat doğulduqda vəsiyyət olunmuş mal ona verilir. Əgər dünyaya ölü gəlsə, vəsiyyət batildir və həmin mal vərəsələrə çatır.
Məsələ 2340: İnsan xəbər tutsa ki, bir şəxs vəsiyyətini ona ünvanlayıb vəsiyyəti qəbul etmədiyini nəzərə çatdırdıqdan sonra vəsiyyət başqa birinə ünvanlansa, birinci vəsiyyət batildir. Amma vəsiyyət olunmuş şəxs vəsiyyət edən şəxs öldükdən sonra bundan xəbər tutsa, ya xəbər tutub razı olmadığını ona çatdırmasa, ya da razı olduğunu bildirdikdən sonra vəsiyyət edən şəxs başqa birini tapmasa, vacib ehtiyat budur ki, birinci şəxs vəsiyyətə əməl etsin. Bu iş əzab-əziyyətlə başa gəldikdə yerinə yetirilməyə bilər.
Məsələ 2341: Vəsiyy (vəsiyyət edilən şəxs) meyitin işlərini yerinə yetirmək üçün başqa birini seçə bilməz. Amma bilsə ki, meyitin məqsədi yalnız vəsiyyətinin yerinə yetirilməsi olub və kimin yerinə yetirməsinin fərqi yoxdur, öz tərəfindən başqa birini vəkil seçə bilər.
Məsələ 2342: Bir şəxs vəsiyyətinin icrası üçün iki nəfəri seçsə və onların bu işi birlikdə görməsini istəsə, həmin iki şəxsdən biri ölsə, ya ağılını itirsə, ya dindən çıxsa, şər’i hakim başqa birini tə’yin edə bilər. Əgər vəsiyyət olunanların hər ikisi bu işə aciz olarsa, şər’i hakim başqa iki nəfəri tə’yin edə bilər.
Məsələ 2343: Əgər vəsiyy meyitin işlərini təklikdə yerinə yetirə bilməsə və başqa birinin köməyindən istifadə etməyi bacarmasa, şər’i hakim ona kömək üçün bir şəxs tə’yin edə bilər.