Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1579Xümsün xərcləndiyi yerlər

Seyid səhmi seyidin ehtiyacından az olarsa

Məsələ 1579: Seyidlərin payı ehtiyaclarından çox olduğu halda onu adil müctəhidə vermək lazımdır ki, lazım bildikləri yerlərdə istifadə etsinlər. Əgər onların ehtiyaclarından az olarsa, İmamın (ə) payından götürüb onlara vermək olar. Belə olan halda, seyidlərin payının az və ya çox olmasının eybi yoxdur.

Nömrə 1584Xümsün xərcləndiyi yerlər

Növbəti ilin gəlirindən əvvəlki ilin borc xümsünü çıxmaq olmaz

Məsələ 1584: Əgər xümsü şəriət hakimi, yaxud onun vəkili ilə əldə dolandırıb (Bu belədir ki, bir kəs xümsü öz əli ilə verib sonra yenidən borc kimi alır) sonrakı il ödəmək istəsə o ilin mənfəətlərindən azalda bilməz. Məsələn, əgər 2000 tuman xümsə borcludursa sonrakı ilin mənfəətlərindən 20000 tuman xərclərindən artıq qalıbsa, gərək 20000 tumanın xümsünü versin, sonradan xüms kimi borclu olduğu 2000 tumanın əlavəsindən versin.

Nömrə 1586Zəkat

Zəkatı düşən mallar

Məsələ 1586: Zəkat 9 şeyə vacibdir: 1-Buğda; 2-Arpa; 3-Xurma; 4-Üzüm (kişmiş); 5-Qızıl; 6-Gümüş; 7-Qoyun; 8-İnək; 9. Dəvə. Əgər bir şəxs bu 9 şeydən birinin sahibi olsa, gərək sonradan qeyd ediləcək məsələlərdə bəyan edilən şərtlər əsasında müəyyən miqdarını təyin edilmiş yerlərdə istifadə etməlidir. Habelə, hər il iş, qazanc, alverin sərmayəsindən, həmçinin başqa taxıllardan (buğda, arpa, xurma, kişmişdən başqa) zəkat vermək müstəhəbdir.

Nömrə 1587Zəkatın vacib olma şərtləri

Zəkatın vacib olma sayı

Məsələ 1587: Zəkat bir neçə şərtlə vacib olur:1. Mal sonradan qeyd ediləcək nisab həddinə çatsın.2. Sahibi həddi-büluğa çatmış və ağıllı olmalıdır.3. O maldan təsərrüf etmə qüdrətinə malik olmalıdır.4. İnək, qoyun, dəvə, qızıl və gümüş məsələsində 12 ay keçməlidir. Lakin, vacib ehtiyata əsasən, on ikinci ayın əvvəllərindən zəkat (qeyd edilənlərə) aid olur (vacib olur). Əgər bəzi şərtlər 12-ci ay əsnasında aradan getsə, zəkat ödənilməlidir.

Nömrə 1589Zəkatın vacib olma şərtləri

Dörd dənli bitkinin zəkat zamanı

Məsələ 1589: Buğda və arpanın zəkatı dənin bərkidiyi-ona buğda və arpa deyildiyi halda vacib olur. Üzüm və kişmişin zəkatı meyvənin yetişdiyi- ona üzüm deyildiyi haldadır. Xurmanın hökmü isə yetişib, yeməli olduğu zamandadır. Lakin, buğda və arpanın zəkatının verilmə zamanı xırman edilib, samandan ayırdıqlarından sonradır. Xurma və kişmişdə quruyan zamanıdır. Əgər onu tər (qurumamış) halında istifadə etmək istəsələr, qurumuşu nisab həddinə çatdığı halda, zəkatını verməlidirlər.