Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1572Xümsün xərcləndiyi yerlər

Seyid səhmi xərcləyən seyidin şərtləri

Məsələ 1572: Adil olmayan seyidə xüms vermək olar. Lakin, ehtiyat vacibə əsasən, (xüms) aşkar günah etməyən şəxsə verilsin. Günah məqsədi ilə səfər etməyən şəxsin yolda müşkülü çıxdığı halda ona xüms vermək olar; Tövbə edib, yolun davamını günah etməyən şəxsə də xüms vermək olar.

Nömrə 1573 Xümsün xərcləndiyi yerlər

Xüms düşməyən seyidlər

Məsələ 1573: 12 İmamı (ə) qəbul etməyən seyidə, vacibun-nəfəqəyə, məsələn, insan öz xümsünu seyid arvadına verə bilməz. Əgər arvad çarəsizlik üzündən, kişinin vacibun-nəfəqəsi olmayan şəxslərin xərclərini ödəyirsə, istisnadır.

Nömrə 1574Xümsün xərcləndiyi yerlər

Seyidliyi sübut etmək üçün yollar

Məsələ 1574: Seyidlərin seyid olması aşağıdakı üsullarla sabit olur:1. İki nəfər adil şəxs onun seyidliyini təsdiq etsin (bir nəfər də kafidir).2. Güman və yaxud yəqinə səbəb olmasından asılı olmayaraq, öz şəhər və məntəqəsində seyidliyi ilə məşhur olsun.

Nömrə 1577Xümsün xərcləndiyi yerlər

Xümsü başqa şəhərə aparmaq icazəlidir

Məsələ 1577: Şəhərində müstəhəqqin (xüms almaq üçün lazım olan şərtlərə malik olan şəxs) olub-olmamasından asılı olmayaraq, xümsün bir şəhərdən ayrı şəhərə aparılmasının maneəsi yoxdur. Lakin, hər bir halda, xüms tələf olduqda vacib ehtiyata əsasən gərək ayrı malından onu ödəsin və aparma xərci də öz öhdəsinədir. Lakin, şəriət hakiminin nümayəndəsinə versə, o, bir şəhərdən ayrı şəhərə apardığı zaman tələf olsa, ona heç nə vacib olmaz.

Nömrə 1579Xümsün xərcləndiyi yerlər

Seyid səhmi seyidin ehtiyacından artıq olarsa

Məsələ 1579: Seyidlərin payı ehtiyaclarından çox olduğu halda onu adil müctəhidə vermək lazımdır ki, lazım bildikləri yerlərdə istifadə etsinlər. Əgər onların ehtiyaclarından az olarsa, İmamın (ə) payından götürüb onlara vermək olar. Belə olan halda, seyidlərin payının az və ya çox olmasının eybi yoxdur.