Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1241İmam və məmumun dayandığı yer

Məscidin digər mərtəbələrində məmumların namazı

Məsələ 1241: Mə’mumun yerinin imamın yerindən hündür olmasının eybi yoxdur. Amma imam məscid səhnəsində dayansa mə’mumların balkon və damda dayanması, “camaat namazı” adlandırılmayacaq şəkildə yerləşməsi düzgün deyil. Məsələn, imamın birinci mərtəbədə dayandığı vaxt mə’mumun camaatdan uzaq təbəqədə dayanması düzgün sayılmır.

Nömrə 1247Camaat namazının hökmləri

İqtida edərkən niyyətdə şəkk

Məsələ 1247: Əgər mə’mum namazın gedişində şəkk etsə ki, iqtida niyyət edib yoxsa yox, əminlik əldə edə bilsə, namazını camaatla başa vurur. Amma əminlik əldə etməsə, namazını fərdi niyyətlə başa çatdırmalıdır.

Nömrə 1250Camaat namazının hökmləri

Fərdi qılmağı niyyət edəndən sonra camaat namazına qayıtmağın höküm

Məsələ 1250: Əgər namaz gedişində hər hansı üzür səbəbindən fərdi namaz niyyət edilsə, yenidən camaat namazına qatılmaq olmaz. Əgər fərdi niyyət etsin yaxud etməsin fikri ilə tərəddüddə olub və sonra qərara gələrsə ki, namazı camaatla qılsın, qıldığı namazın irad var. Amma fərdi niyyət edib-etmədiyinə şəkk də olsa, qəbul edir ki, fərdi niyyət etməyib.

Nömrə 1251Camaat namazının hökmləri

Ruku halında pişnamaza iqtida etmək

Məsələ 1251: İmam rükuda olduğu vaxt ona iqtida edən şəxs imamın rükusuna çatarsa namazı düzgündür. Rükuda imama çatmazsa və ya çatıb-çatmadığına şübhə edərsə, namazı fərdi tamamlasın və vacib ehtiyat budur ki, namazını təzələsin.