Səfeh insanın əmlakla bağlı nəziri
Məsələ 2276: Malını boş yerə sərf edən səfeh adamın, eləcə də, müflis olduğu üçün şər’i hakim tərəfindən malına qadağa qoyulmuş şəxsin həmin maldan nəzir etməsi düzgün sayılmır.
Məsələ 2276: Malını boş yerə sərf edən səfeh adamın, eləcə də, müflis olduğu üçün şər’i hakim tərəfindən malına qadağa qoyulmuş şəxsin həmin maldan nəzir etməsi düzgün sayılmır.
Məsələ 2277: Əgər qadının nəzri onun ərinin hüquqlarını pozarsa, onun icazəsiz nəzri batildir. Əgər ərinin hüquqlarını pozmazsa, müstəhəb ehtiyat budur ki, ərinin icazəsi ilə nəzir etsin.
Məsələ 2278: Əgər qadın ərinin icazəsi lazım olduğu yerdə onun icazəsi ilə ilə nəzir edərsə, əri vacib ehtiyata əsasən onun nəzrini poza bilməz və ya bu nəzirin qarşısını ala bilməz.
Məsələ 2279: Övlad nəzir etmək üçün atasından icazə almaya bilər. Amma ediləcək nəzir ataya əziyyət olarsa, belə bir nəzir düzgün sayılmaz.
Məsələ 2280: Yalnız yerinə yetirilməsi mümkün olan işləri nəzir etmək mümkündür.
Məsələ 2281: İnsanın nəzir etdiyi iş şər’ən bəyənilməlidir. Beləcə, haram və ya məkruh işlərin görülməsini, vacib və ya müstəhəb işlərin tərk edilməsini nəzir etmək düzgün deyil.
Məsələ 2282: Nəzir ediləcək işini bütün xırdalıqlarının bəyənilməsi zəruri deyil. Əgər iş özü şər’ən bəyənilirsə, bu bəs edir. Məsələn, nəzir edilərsə ki, hər ayın ilk gecəsi gecə namazı qılınacaq, bu nəzir düzgündür və ona əməl edilməlidir. Əgər nəzir edilsə ki, yoxsullara müəyyən bir yerdə təam veriləcək, həmin nəzirə deyildiyi şəkildə əməl olunmalıdır.
Məsələ 2283: Yerinə yetirilməsi və ya tərk olunması eyni dərəcədə mübah olan bir işi nəzir etmək mümkün deyil. Amma həmin işi yerinə yetirmək və ya tərk etmək müəyyən bir baxımdan daha yaxşıdırsa, həmin məqsədlə nəzir etmək olar. Məsələn, nəzir edilsə ki, ibadətə qüvvə olması üçün bir şey yeyiləcək və ya ibadətdə süstlük yaranan bir qida tərk olunacaq, bu nəzir düzgündür.
Məsələ 2284: Bir şəxs nəzir etsə ki, oruc tutacaq, amma onun vaxtını və miqdarını müəyyənləşdirməsə, bir gün oruc tutsa bəs edər. Eləcə də, miqdarı və necəliyi müəyyənləşdirilmədən namaz qılmaq nəzir edilsə, iki rəkət namaz qılmaq bəs edər. Digər xeyir işlərin nəziri də belədir.
Məsələ 2285: Bir şəxs nəzir etsə ki, müəyyən bir gün oruc tutacaq, vacib ehtiyat budur ki, həmin gün səfərə çıxmasın və orucunu tutsun. Əgər həmin gün səfərə çıxsa nəzir etdiyi orucun qəzasını tutması vacibdir. Vacib ehtiyat budur ki, kəffarə də versin.
Məsələ 2286: Bir şəxs imkan olan halda nəzirini yerinə yetirməsə günaha yol vermişdir və kəffarə də ödəməlidir. Nəzirin kəffarəsi 60 fəqiri doyurmaq, ya iki ay ardıcıl oruc tutmaq, ya da bir qul azad etməkdir.
Məsələ 2287: Əgər bir şəxs müəyyən bir əməli müəyyən vaxtadək tərk edəcəyini nəzir edərsə, həmin müddət ötdükdən sonra həmin işi yerinə yetirə bilər. Vaxt tamam olmamış yaddan çıxardığı üçün və ya məcburi şəkildə həmin işi görsə, günah etməmişdir. Amma nəzərdə tutulan vaxtadək həmin işi görməməsi lazımdır. Bir şəxs üzürsüz səbəbdən nəzirini pozub həmin işi görərsə, ötən məsələdə deyildiyi kimi kəffarə verməlidir.