Ticarətdə hər şəhərin qaydasına əməl etmək
Məsələ 1784: Əgər bir şəhərdə malı çəki, peymanə və başqa bir şəhərdə isə saymaq, yaxud müşahidə ilə müamilə edirlərsə, gərək hər şəhərin adət-ən’ənəsinə uyğun rəftar edilsin.
Məsələ 1784: Əgər bir şəhərdə malı çəki, peymanə və başqa bir şəhərdə isə saymaq, yaxud müşahidə ilə müamilə edirlərsə, gərək hər şəhərin adət-ən’ənəsinə uyğun rəftar edilsin.
Məsələ 1785: Yuxarıda qeyd edilən şərtlərdən biri olmadıqda müamilə batildir. Lakin, alıcı və satıcı, müamilənin batil olmasına rəğmən, bir-birlərinin mallarında istifadə etməyə razı olsalar, maneəsi yoxdur.
Məsələ 1786: Vəqf edilmiş malların müamiləsi batildir. Lakin, xarab olması ilə əlaqədar vəqf edilən məqsəd üçün yararsız olsa, məsələn, məscidin xalçası söküldüyündən ondan məsciddə namaz üçün istifadə edə bilmirlərsə, onun satılmasının eybi yoxdur. Həmçinin, təmir və yenidənqurma zamanı artıq qalan köhnə avadanlıqların (hökmü yuxarıda qeyd edilənlərlə eynidir). Lakin, gərək satdıqdan sonra onun pulunu həmin məsciddə eyni məqsəd üçün istifadəyə çatdırsınlar. Əgər mümkün olmasa, vəqf edən şəxsin məqsədinə (yaxın olan şeylərə sərf etsinlər). Əgər (buna) ehtiyac olmasa, başqa bir məsciddə istifadə etsinlər.
Məsələ 1787: Xüsusi vəqflərdə, onlar üçün vəqf edilmiş malda bə’zi şəxslər arasında elə ixtilaf yaransa ki, malı satmadıqda fəsadın üzə çıxması, qan tökülməsi və yaxud hansısa malın tələf olması qorxusu olsa, bu halda o malı sata və vəqf edənin məqsədinə yaxın olan yerlərdə sərf edə bilərlər.
Məsələ 1788: Malın sahibi ayrısına icarə verdiyi evi sata bilər və onun icarəsi batil olmur. İcarə müddətində o mülkdən istifadə etmək icarə edən şəxsin hüququdur. Lakin, alıcı o mülkün icarəyə verilməsini bilməsə və yaxud icarə müddətinin az olmasını güman etsə, xəbərdar olandan sonra müamiləni poza bilər.
Məsələ 1789: Müamilə edən tərəflər bildikləri hər dildə siğə oxuya bilərlər. Məsələn, əgər satıcı farsca (ya türkcə) “Mən bu malı filan qiymətə satdım” və alıcı “qəbul etdim” və yaxud bu mə’nanı verən başqa bir ifadə ilə desələr, müamilə düzgündür. Lakin, siğə oxumadan satıcı satmaq məqsədi ilə malını birinə versə və o da almaq qəsdi ilə (müamilə şərtlərinin onda cəm olması şərti ilə) alsa kifayat edər.
Məsələ 1790: Bütün müamilələrdə sənədlərin yazılıb imzalanması, istər rəsmi ofislərdə, istərsə də qeyrisində, dil ilə oxunan siğənin canişini ola bilər. Lakin, izdivac və təlaq siğələrində, vacib ehtiyata əsasən, siğə dil ilə oxunmalıdır.
Məsələ 1791: Müamilə siğəsi oxunan zaman hər iki tərəf inşa qəsdi etməlidirlər. Yəni, bu iki cümlələri deməkdə məqsədləri alqı-satqı olmalıdır. Həmçinin, əməli olan alver dil ilə oxunan siğənin əvəzi olduqda da inşa qəsdi olmalıdır. Həmçinin, həqiqi və hüquqi şəxslərin hər ikisi malik müamilə tərəfləri ola bilərlər. Bu baxımdan, təsis olunan hər bir xeyriyyə və pullu müəssisələr hüquqi şəxsiyyətə malik olsalar, bu baxımdan həqiqi şəxsiyyətlərlə fərqləri yoxdur.
Məsələ 1792: Sarı və yaxud qırmızı olan xurma, yaxud çiçəyi tökülən, dənəsi bağlanan meyvə zərərdən sovuşduğu halda, alqı-satqısı düzgündür. Həmçinin qoranın (yetişməmiş üzüm) ağaca satılmasının eybi yoxdur. Lakin, onların miqdarı mütəxəssislərin təxmini vasitəsi ilə mə’lum olmalıdır.
nMəsələ 1793: Ağacda olan meyvəni çiçəyi tökülməmişdən qabaq satmaq istəsələr, vacib ehtiyata əsasən, yerdə cücərən şeylərdən, məsələn, mövcud göyərtilər kimi, onunla satsınlar.
Məsələ 1794: Xiyar, badımcan və müxtəlif göyərtilər (tərəvəzlər), məsələn, ildə bir neçə dəfə dərilənlər kimi, zahir və aşkar olduğu halda alqı-satqılarının eybi yoxdur. Lakin, müştərinin onu ildə neçə dəfə dərməsini müəyyən etməlidirlər.
Məsələ 1795: Dənə bağlayandan sonra buğda və arpa sünbülünün satılmasının eybi yoxdur. Lakin onu buğda və arpaya satmaq iradlıdır. Həmçinin, yetişməsinə qədər qalmasını şərt etməsi və yaxud yalnız otundan istifadə etmək istəyindən asılı olmayaraq, tarlanın özünü sünbüllər zahir olmazdan qabaq almaq olar.