Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 735Namaz qılanın geyiminin şərtləri

Namaz qılanın geyiminin altı şərti var

Məsələ 735: Namaz qılan şəxsin libası ilə bağlı altı şərt var: Pak olsun; vacib ehtiyata əsasən, qəsbi olmasın; ölü heyvanın hissələrindən olmasın; əti haram heyvanın hissələrindən olmasın; (beşinci və altıncı şərt) namaz qılan şəxs kişidirsə, onun libası xalis ipək və ya qızılla toxunmuş olmasın. Bu Məsələlər qarşıda şərh olunacaq.

Nömrə 1043Namazı pozmaq

Namaz qılarkən məscidin murdar olmasını bilmək

Məsələ 1043: Əgər namaz əsnasında mə’lum olsa ki, məscid murdarlanıb və məscidin paklanması namazı kəsmədən mümkünsə, paklamaq lazımdır. Başqa hallarda namazı bitirdikdən sonra məscid paklanır. Vacib ehtiyat budur ki, bu hallarda namaz uzadılmasın.

Nömrə 1213İsticari namaz

Namaz qıldırmağın olar-olmaz halları

Məsələ 1213: Dünyasını dəyişmiş insanın qəza namazları və ibadətlərini yerinə yetirmək üçün muzd vermək iradsız deyil. Amma həcc istisnadır. Bir şəxs ibadət üçün muzd vermək, “əcir” tutmaq istədikdə savab qazanmaq ümidində olsun. Amma qəza namaz və oruclarını, eləcə də müstəhəb namaz və orucları savab üçün əcir almadan yerinə yetirməyin eybi yoxdur.