Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 697Namazlar arasında ardıcıllıq

Namaz əsnasında niyyəti dəyişmək

Məsələ 697: Günorta namazı niyyəti ilə namaza başlayıb namazın gedişində günorta namazını öncə başa vurduğunu yada salan şəxs niyyətini ikindi namazına çevirə bilməz və namazı batildir. Şam və xiftən namazları da belədir. Amma əgər bir şəxs ikindi namazını niyyət edib namaz gedişində günorta namazını qılmadığını yada salarsa, niyyətini günorta namazını çevirə bilər. Xiftən namazını başladıqdan sonra şam namazını qılmadığı yadına düşərsə, dördüncü rəkətin rükusundan sonra niyyətini dəyişə bilər. Amma əgər dördüncü rəkətin rükusundan sonra yadına düşərsə, namazını xiftən namazı niyyəti ilə başa vurub, sonradan şam namazını qılmalıdır. Ehtiyat vacib budur ki, xiftən namazını da yenidən qılsın.

Nömrə 1174On gün qalmaq qəsdi

Namaz əsnasında on günü qalmaq qərarına gələn müsafirin höküm

Məsələ 1174: Əgər bir müsafir namazı yarı qılmaq niyyəti ilə namaza başlasa və namaz gedişində orada on gün, ya daha artıq qalmaq qərarına gəlsə, namazını dörd rəkətli qılmalıdır. Əksinə, on gün qalmaq niyyət edib dörd rəkətli namaza başlasa və namazın gedişində niyyətini dəyişsə, üçüncü rəkətə başlamamışsa, namazını iki rəkətli qılmalıdır. O biri namazları da yarıdır. Əgər üçüncü rəkətin rükusuna getmişsə namazı batildir. Nə qədər ki, oradadır, namazları yarı qılmalıdır.

Nömrə 973Səcdə etmək düzgün olan əşyalar

Namaz əsnasında səcdə edilən şey yoxa çıxarsa

Məsələ 973: Əgər namaz əsnasında səcdə ediləsi şey əldən çıxsa, məsələn, uşaq onu götürsə,əgər səcdənin səhih olduğu(o cümlədən kağız,daş,salfetka və kağız pul)ələ gətirmək mümkün olarsa ona səcdə etməlidir və namazı yenidən qəlmağa ehtiyac yoxdur.Əgər bunlar olmasa və əynində olan paltarı kətandan olarsa ilk olaraq ona alnını qoymalıdır.Əgər o olmasa libası yundandırsa ona yaxud xalçaya alnını qoyacaqdır.O da olmasa dəmir və mədən əşyalarına alnını qoymalıdır.O da olmadıqda alnını əlinin arxasına qoyacaqdır(əlin arxası sonuncu alın qoyma vasitəsidir). Bu halda namazın vaxtı geniş olarsa namazı tamamlamalı ehtiyat vacibə əsasən yenidən qılmalıdır.Əgər vaxt olmasa qəzası yoxdur.

Nömrə 684Namaz vaxtlarının hökmləri

Namaz əsnasında vaxtın girmədiyini bilməyənlər

Məsələ 684: Yuxarıdakı göstərişlər əsasında namaza başlayan şəxs namazın ortasında vaxtın çatmadığını bilərsə, namazı batildir. Namazı başa çatdırdıqdan sonra da bunu anlayarsa, namazı bütünlüklə vaxtından qabaq qıldığı halda həmin namazı təzələməlidir. Amma namaz arasında və ya namazdan sonra başa düşərsə ki, vaxt daxil olmuşdur, namazı düzgündür.

Nömrə 1018Salam və cavabının hökmləri

Namaz halında salam vermək

Məsələ 1018: Namaz qılan şəxs namaz halında başqasına salam verməməlidir. Amma bir başqası ona salam verərsə salamın cavabını alması vacibdir. Amma namaz qılan şəxs verilən salamı həmin şəkildə almalıdır. Əgər “Əssəlamu ələykə” deyilmişsə, “Əssəlamu ələykə” deyərək cavab vermək lazımdır. Əgər təkcə “salam” deyilmişsə, bu salamın cavabı da təkcə “salam” söyləməkdir.

Nömrə 1018Salam və cavabının hökmləri

Namaz halında salamın cavabını almaq

Məsələ 1018: Namaz qılan şəxs namaz halında başqasına salam verməməlidir. Amma bir başqası ona salam verərsə salamın cavabını alması vacibdir. Amma namaz qılan şəxs verilən salamı həmin şəkildə almalıdır. Əgər “Əssəlamu ələykə” deyilmişsə, “Əssəlamu ələykə” deyərək cavab vermək lazımdır. Əgər təkcə “salam” deyilmişsə, bu salamın cavabı da təkcə “salam” söyləməkdir.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت