On gün qalacağını və istəyərsə artıq qalacağını qəsd edən insanın vəzifəsi
Məsələ 1175: Bir şəxs bir məhəldə on gün qalmağı niyyət etmişsə, on gündən artıq qaldıqda səfərə çıxanadək namazı tamdır. Onun yenidən on gün niyyət etməsinə ehtiyac yoxdur.
Məsələ 1175: Bir şəxs bir məhəldə on gün qalmağı niyyət etmişsə, on gündən artıq qaldıqda səfərə çıxanadək namazı tamdır. Onun yenidən on gün niyyət etməsinə ehtiyac yoxdur.
Məsələ 1176: On gün qalmaq niyyət etmiş şəxs vacib oruclarını tutmalıdır. O müstəhəb oruc tutub, günorta, ikindi və xiftən namazlarının nafiləsini qıla bilər.
Məsələ 1177: Bir yerdə on gün qalmaq niyyət etmiş şəxs on gün keçdikdən və ya bir dörd rəkətlik namaz qıldıqdan sonra dörd fərsəxdən uzaqda olmayan bir yerə gedərsə, qaldığı yerə qayıtdıqda namazını tam qılmalıdır. Əgər qaldığı yerdən səkkiz fərsəxdən uzaqda olmayan yerə gedərsə və həmin yerdə on gün qalarsa, namazını yolda və ikinci yerdə tam qılmalıdır. Səkkiz fərsəxdən uzağa gedərsə, namazını yolda yarı, on gün qalmaq məqsədində olduğu ikinci yerdə tam qılmalıdır.
Məsələ 1178: Yoldaşlarının bir yerdə on gün qalmaq məqsədində olduğunu düşünüb on gün qalmaq qərarına gələn şəxs bir dörd rəkətli namaz qıldıqdan sonra başa düşsə ki, yoldaşları belə bir niyyət etməyib və ya fikirlərindən daşınıblar, nə qədər ki, həmin yerdədir, namazlarını tam qılmalıdır.
Məsələ 1179: Bir yerdə neçə gün qalacağını bilməyən müsafir namazını yarı qılır. Bu vəziyyətdə otuz gün keçdikdən sonra isə namazını tam qılmalıdır. Həmin müddətdən sonra az da qalsa bu hökm gücündədir.(Əgər qəməri təqvimlə bir ay qalsa, bu ay otuz gündən az olsa da bəs edər. Məsələn, bir ayın onundan o biri ayın onunadək.)
Məsələ 1180: Bir şəxs bir məhəldə doqquz gün və ya bir qədər az qalmaq istəsə, həmin müddət ötdükdən sonra bir daha doqquz günü və ya bir qədər az qalmaq qərarına gələrsə, otuz gün başa çatanadək namazını yarı qılır. Otuz birinci gündən namazlarını tam qılmağa başlayır.
Məsələ 1181: Bir məhəldə otuz gündən az qalmaq bəs etmir. Bir şəxs niyyət etmədən bir yerdə iyirmi gün qalıb sonra bir neçə fərsəx uzağa gedərsə həmin yerdə iyirmi gün qaldıqda namazı yarıdır.
Məsələ 1182: Müsafir dörd yerdə namazını tam və ya yarı qılmaqda azaddır: “Məscidül-Həram”, “Məscün-Nəbi”, “Kufə” məscidi, İmam Hüseyn (ə)-ın hərəmi. Bu dörd yerdə namazı tam qılmaq fəzilətlidir. Məscidin Peyğəmbər (s) dövründəki əhatəsi ilə bu günkü əhatəsi arasında fərq yoxdur. Peyğəmbər (s) məscidi, Kufə məscidi və İmam Hüseynin (ə) hərəmi də bu hökmdədir.
Məsələ 1183: Müsafir olduğunu bilib, namazı yarı qılmalı olan şəxs onun tam qılarsa namazı batildir. Əgər müsafir namazının yarı olduğunu unudarsa və tam qılarsa, onu təzələməlidir. Müsafir namazının hökmünü bilib səfərdə olduğuna diqqət yetirməyən və namazını tam qılan şəxs, əgər müsafir namazının yarı olması hökmünü bilməmişsə, bu vaxtadək bu hökmü eşitməmişsə, yarı namaz əvəzinə qıldığı tam namaz düzgündür.
Məsələ 1184: Namazı yarı qılmalı olduğunu ümumi şəkildə bilən müsafir onu xırdalıqlarından xəbərsiz olarsa (məsələn, bilməzsə ki, müsafir üçün səkkiz fərsəx yol getmək şərtdir) ehtiyat vacibə əsasən tam qıldığı namazı yarı şəkildə təzələməlidir.
Məsələ 1185: Bir şəxs müsafir olduğunu unudub namazı tam qılarsa, namazın vaxtı ötməmiş yadına düşdükdə, namazı yarı şəkildə yerinə yetirməlidir. Vaxtı keçdikdən sonra başa düşsə qəzası yoxdur.
Məsələ 1186: Vəzifəsi namazı tam qılmaq olan şəxs bilərəkdən, səhvən və ya unutduğu üçün namazı yarı qılarsa, namazı batildir. Hətta on gün qalmaq qərarına gəlib həmin müddətdə namazı tam qılmalı olduğunu bilməyən və yarı qılan şəxs vacib ehtiyat budur ki, onları tam şəkildə təzələsin.