Təlim görmüş it başqa ovu ovlasa
Məsələ 2244: Əgər əhilləşdirilmiş iti bir heyvanın dalınca göndərsələr, lakin o başqa heyvanı şikar etsə, eybi yoxdur; həmçinin, o heyvanı başqa bir heyvanla birgə şikar etsə, hər ikisi halaldır.
Məsələ 2244: Əgər əhilləşdirilmiş iti bir heyvanın dalınca göndərsələr, lakin o başqa heyvanı şikar etsə, eybi yoxdur; həmçinin, o heyvanı başqa bir heyvanla birgə şikar etsə, hər ikisi halaldır.
Məsələ 2245: Əgər bir neçə nəfər bir iti göndərsələr və onlardan biri kafir olsa və yaxud adətən Allahın adını çəkmirsə və yaxud bir neçə iti göndərsələr və onların biri əhilləşdirilməmiş olsa, vacib ehtiyata əsasən, o şikarın ətindən pəhriz etmək lazımdır.
Məsələ 2246: Əgər ov itindən başqa şahin və ov quşu bir heyvanı şikar etsə, o şikar halal deyil. Amma əgər heyvanın diri olduğu vaxt çatıb, şəriət qaydalarına əsasən başını kəssələr, halaldır.
Məsələ 2247: Halal balıq, pulunun az və yaxud çox, böyük və yaxud kiçik olmasından asılı olmayaraq, pullu balıqdır. Hətta pulu zəif olan, torda tutulan zaman tökülən balıqlar da halaldır. Əgər mikroskop və bu kimi s. cihazlarla göürünsə, lakin camaat ona pul deməsə faydasızdır.
Məsələ 2248: Əgər balığı suda diri tutduqdan sonra sudan xaricdə ölsə pak və halaldır. Hətta suda olan torda belə ölsə, halaldır.
Məsələ 2249: Əgər balıq sudan kənara düşsə, yaxud dalğalar onu kənara atsa, yaxud da su çəkilsə və balıq quruda qalıb ölsə, haramdır. Lakin ölməmişdən qabaq bir kəs onu əl ilə, yaxud başqa vasitələrlə tutduqdan sonra ölsə halaldır.
Məsələ 2250: Balığı tutan şəxsin müsəlman olması, onu götürən vaxt Allahın adını deməsi lazım deyil. Lakin, onu sudan diri tutması və yaxud tora düşdükdən sonra ölməsi mə’lum olmalıdır.
Məsələ 2251: Əgər balıq müsəlman bazarından və yaxud müsəlman şəxsdən alınsa, hətta onu sudan diri tutmaları mə’lum olmasa belə, halaldır və axtarış aparmaq da lazım deyil. Lakin kafirdən alınsa və balığın diri tutulub-tutulmaması, tora diri düşüb-düşməməsi mə’lum olmasa haramdır.
Məsələ 2252: Diri kiçik balıqları yeməyin iradı var. Əgər zəruri halda dərman kimi istifadə edilsə də iradı var.
Məsələ 2253: Daha yaxşı budur ki, baliqi sudan tutduqdan sonra can verməmişdən öncə bişirməsinlər.
Məsələ 2254: Əgər balığı sudan xaricdə iki yerə bölsələr, bir hissəsi diri halda suya düşüb ölsə, sudan kənarda qalan hissəni yeməyin iradı var.
Məsələ 2255: Krevet (meyqu) suda yaşayan halal heyvanlardandır. Amma quruda yaşayan, lakin balıq adı qoyulan səmənqur balığı haramdır. Əgər zəruri halda dərman kimi istifadə edilsə, istisnadır.