Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 2229Dəvəni kəsmək

İnadkar heyvanı şərtlərini gözləməklə nəhr etmək

Məsələ 2229: Əgər heyvan inadkar olsa və onu şəriətdə müəyyən olan göstərişlərə əsasən kəsə bilməsələr, yaxud quyuya düşüb ölməsi ehtimal edilsə və şəriətdəki qaydalara əsasən kəsilməsi mümkün olmasa, bıçaq kimi kəsici bir şeylə bədənini yaralasalr və həmin yaralanma nəticəsində can versə halaldır və üzü qibləyə olması lazım deyil. Lakin, heyvanların başının kəsilməsi haqqında deyilən sair şərtlərə malik olmalıdır.

Nömrə 2230Heyvan kəsməyin müstəhəb əməlləri

Heyvanları kəsərkən müstəhəb olanlar

Məsələ 2230: Bə’zi rəvayətlərə əsasən, heyvan kəsəndə bir neçə şey müstəhəbdir:1-Qoyunun başını kəsən zaman əl-ayağını açıq saxlamalı, inəyin əl-ayağını bağlamalı, dəvəni öldürdükdə iki əlini aşağıdan və yaxud qoltuğunun altından bir-birinə bağlamalı, ayaqlarını isə açıq saxlamalı və toyuğun başını kəsdikdən sonra qol-qanad vurması üçün azad buraxmalıdırlar;2-Heyvanı öldürən şəxs üzü qibləyə tərəf olsun;3-Heyvanı kəsməzdən öncə qabağına su qoymalıdırlar;4-Heyvanın əziyyət çəkməməsinə çalışmalıdırlar, məsələn, sür’ətlə başını kəsməlidirlər.

Nömrə 2231Heyvan kəsməyin müstəhəb əməlləri

Ruhu çıxmamış heyvanın başını bədənindən ayırmasınlar

Məsələ 2231: Müstəhəb ehtiyata əsasən, ruhu çıxmazdan öncə başını bədənindən ayırmasınlar. Bu baxımdan, heyvanları kəsmək üçün başını tamamilə ayıran cihaz hazırlasalar, haram olmur, baxmayaraq ki, başı tamamilə ayırmasa, yaxşıdır. Hər bir halda, cihazla kəsildikdə bütün şərtlərə riayət edilməlidir. Həmçinin, müstəhəb ehtiyata əsasən, heyvanın onurğa sümüyündə olan haram (onurğa) beynini can verməzdən öncə kəsməsinlər və heyvanın dərisini ayrımasınlar.

Nömrə 2231Heyvan kəsməyin müstəhəb əməlləri

Heyvanın haram beynini can verməzdən əvvəl kəsməsinlər

Məsələ 2231: Müstəhəb ehtiyata əsasən, ruhu çıxmazdan öncə başını bədənindən ayırmasınlar. Bu baxımdan, heyvanları kəsmək üçün başını tamamilə ayıran cihaz hazırlasalar, haram olmur, baxmayaraq ki, başı tamamilə ayırmasa, yaxşıdır. Hər bir halda, cihazla kəsildikdə bütün şərtlərə riayət edilməlidir. Həmçinin, müstəhəb ehtiyata əsasən, heyvanın onurğa sümüyündə olan haram (onurğa) beynini can verməzdən öncə kəsməsinlər və heyvanın dərisini ayrımasınlar.

Nömrə 2231 Heyvan kəsməyin müstəhəb əməlləri

Heyvanın dərisini can verməzdən əvvəl soymasınlar

Məsələ 2231: Müstəhəb ehtiyata əsasən, ruhu çıxmazdan öncə başını bədənindən ayırmasınlar. Bu baxımdan, heyvanları kəsmək üçün başını tamamilə ayıran cihaz hazırlasalar, haram olmur, baxmayaraq ki, başı tamamilə ayırmasa, yaxşıdır. Hər bir halda, cihazla kəsildikdə bütün şərtlərə riayət edilməlidir. Həmçinin, müstəhəb ehtiyata əsasən, heyvanın onurğa sümüyündə olan haram (onurğa) beynini can verməzdən öncə kəsməsinlər və heyvanın dərisini ayrımasınlar.

Nömrə 2232Heyvan kəsməyin müstəhəb və məkruh əməlləri

Heyvanın başını kəsərkən məkruh olanlar

Məsələ 2232: Bə’zi rəvayətlərə əsasən, heyvanın başını kəsməkdə bir neçə şey məkruhdur:1-Bıçağı heyvanın hülqumunun arxasına basıb qabağa tərəf gətirirlər ki, hülqum arxadan kəsilsin;2-Heyvanı başqa heyvan gördüyü yerdə kəsmək;3-Gecə vaxtı və yaxud cümə zöhründən qabaq heyvanın başını kəsmək, lakin ehtiyac duyulduğu halda eybi yoxdur;4-İnsanın öz əli ilə bəslədiyi heyvanı kəsməsi.

Nömrə 2234Heyvanların başını kəsmək və ov etmək qaydaları

Silahla ovun şərtləri

Məsələ 2234: Əgər əti halal olan çöl heyvanını silah ilə ovlasalar 5 şərt ilə halal olur:1-Qılınc, bıçaq, xəncər kimi kəsici silahlar və yaxud güllələrinin iti olub-olmamasından asılı olmayaraq, tüfəng və s. olmalıdır; heyvanın bədənini parçalamalı və ordan qan axmalıdır. Əgər heyvanı tora salmaqla, çubuq, daş və s. kimi şeylərlə şikar etsələr haramdır. Amma ona diri halında çatdıqdan sonra tutub başını şəriət qaydalarına əsasən kəssələr, haram olmaz. 2-Vacib ehtiyata əsasən, şikarçı müsəlman, yaxud yaxşı-pisi başa düşən müsəlman uşağı olmalıdır. 3-Silahı heyvanı şikar etmək üçün işlətsin. Amma məsələn, başqa yeri nişan aldıqdan sonra təsadüfən heyvana dəyib öldürsə, o heyvanın ətini yemək haramdır.4-Silahı işə salanda Allahın adını desin. Amma unutsa, eybi yoxdur.5-Heyvana çatanda ölmüş olsa, yaxud diri olsa da başını kəsmək qədər vaxt olmasa onun əti halaldir. Əgər baş kəsmək qədər vaxt olsa və heyvanın başını kəsməkdə səhlənkarlıq etdiyindən ölsə, haramdır.

Nömrə 2236Ovun hökmləri

Güllə dəymiş ovun suya düşməsi

Məsələ 2236: Əgər bir heyvanı güllə ilə vurduqdan sonra suya düşsə və onun güllə və suya düşmək vasitəsi ilə öldüyünü bilsə, halal deyil. Habelə, əgər yalnız güllə (ölüb-ölməmədiyində) şəkk etsə halal deyil.

Nömrə 2237Ovun hökmləri

Qəsb olunmuş silah və itlə ov etmək

Məsələ 2237: Əgər qəsb edilmiş silah və yaxud itlə bir heyvanı ovlasa, şikar halaldır və onun malı hesab edilir. Lakin günah etmişdir, silah və yaxud itin icarə pulunu sahibinə verməlidir.

Nömrə 2238Ovun hökmləri

Qılıncla edilən ovun hallallıq şərtləri

Məsələ 2238: Şikar etmək düzgün olan silah və yaxud qılıncla, əvvəldə deyilən şərtlərə uyğun, bir heyvanı iki parça edib, baş-boyun bir tərəfdə qalsa, əgər heyvan öləndən sonra çatsa və həmçinin diri olub, lakin başını kəsməyə vaxt az olsa, hər iki tərəf halaldır. Amma başı kəsməyə vaxt varsa, baş olmayan tərəf haramdır və baş olan tərəf şəriət hökmlərinə əsasən kəsilsə halaldır.

Nömrə 2239Ovun hökmləri

Ov etmək düzgün olmayan alətlərlə ov etmək

Məsələ 2239: Əgər şikar etmək düzgün olmayan üsulla, məsələn, tora salma, çubuq, daş və s. vasitə ilə bir heyvanı iki parça etsə, baş-boyun olmayan tərəf hər bir halda haramdır. Amma baş-boyun olan tərəf əgər diri olsa və onun başını şəriət göstərişlərinə uğun kəssələr halaldır.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت