Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 577Dəfn

Gəmidə dünyadan gedənlərin dəfni

Məsələ 577: Bir şəxs gəmidə ölsə, çürümə qorxusu olmasa və gəmidə saxlanması mümkün olsa, quruya çatınca gözləmək lazımdır. Onu gəmidə saxlamaq mümkün olmadıqda qüsül, hənut və kəfənləmədən sonra namaz qılınır, dəniz heyvanlarının toxuna bilməyəcəyi bir şeydə dənizə atılır. Bu da mümkün olmasa, onun ayağına ağır bir şey bağlanır və dənizə atılır. Meyyit elə bir yerə atılmalıdır ki, atılan kimi heyvanlara yem olmasın.

Nömrə 578Dəfn

Düşmən əlilə qəbrin açılma təhlükəsi

Məsələ 578: Əgər düşmənin qəbri açacağından, cəsədi çıxaracağından və ya ona bir zərər yetirəcəyindən qorxsalar, mümkün olduqda yuxarıda deyən şəkildə meyyit dənizə atılmalıdır.

Nömrə 579Dəfn

Dəfnin əlavə xərcləri

Məsələ 579: Lazım gəldikdə qəbir xərclərini, eləcə də meyyiti dənizə atmağın xərclərini meyyitin malından ödəmək olar.

Nömrə 580Dəfn

Bətnində müsəlman uşağı olan qeyri-müsəlman qadınn dəfni

Məsələ 580: Kafir qadın dünyasını dəyişsə və bətnində körpəsi ölsə, həmin körpənin atası müsəlman olduqda qadın qəbrə sol tərəfi üstündə arxası qibləyə qoyulur ki, uşaq üzü qibləyə qalsın. Hətta uşağın bədəninə ruh daxil olmazdan öncə vacib ehtiyata əsasən, bu göstərişə əməl olunmalıdır.

Nömrə 581Dəfn

Müsəlmanın qeyri-müsəlmanların qəbiristanında dəfni

Məsələ 581: Müsəlmanı qeyri-müsəlman qəbristanlığında, kafiri müsəlman qəbristanlığında dəfn etmək olmaz. Vacib ehtiyata əsasən, müsəlmanı ona ehtiramsızlıq sayılacaq yerdə də dəfn etmək haramdır. (Məsələn, küllük, zibillik)

Nömrə 582Dəfn

Ölünün qəsbi yerdə dəfni

Məsələ 582: Meyyit qəsb olunmuş yerdə dəfn edilməməlidir. Meyyiti dəfn üçün vəqf edilməmiş yerdə dəfn etmək olmaz. (Məsələn, məscid, mədrəsə). Amma öncədən vəqfdə dəfn üçün yer nəzərdə tutulsa eybi yoxdur.

Nömrə 584Dəfn

Ölünün ayrılmış bədən üzvlərinin dəfni

Məsələ 584: Vacib ehtiyata əsasən, meyyitdən ayrılan tük, dırnaq və diş kimi şeylər onunla birlikdə dəfn olunmalıdır. Amma bundan ötrü qəbir açılmamalıdır. Amma həyatda olduğu vaxt insanın bədənindən ayrılan dırnaq və dişləri onunla dəfn etmək vacib deyil. Amma bu iş görülsə daha yaxşıdır.

Nömrə 585Dəfn

Quyuda ölənin dəfni

Məsələ 585: Bir şəxs quyuda ölsə və onu oradan çıxarmaq mümkün olmasa, quyunun ağzını bağlamaq və quyunu həmin şəxsə qəbir qərar vermək lazımdır. Quyu başqa birinə məxsus olduqda, onu bir yolla razı salmaq lazımdır.

Nömrə 586Dəfn

Ana bətnində ölmüş uşaq

Məsələ 586: Körpə ananın bətnində ölsə və onun bətində qalması ana üçün zərərli olsa, onu ən asan yolla çıxarmaq lazımdır. Körpəni doğramaq lazım gəlsə belə bu iş görülməlidir. Bu işi ilk növbədə əgər əri ixtisaslıdırsa o görməlidir.Sonrakı sırada,bu iş ixtisaslı qadına tapşırılmalıdır. Bu da mümkün olmasa, həmin işi bacaran məhrəm kişi körpəni çıxarmalıdır. Başqa yol qalmadıqda həmin işi mütəxəssis naməhrəm kişi görə bilər.

Nömrə 587Dəfn

Vəfat etmiş ananın bətnindəki sağ uşaq

Məsələ 587: Ana ölsə və bətnindəki körpə sağ qalsa, həmin körpəni dərhal çıxarmaq lazımdır. Körpə yuxarıda qeyd olunan qaydada çıxarılmalıdır. Körpəni hansı tərəfdən sağlam çıxarmaq mümkünsə həmin tərəfdən də çıxarılmalıdır. Ölmüş ananın yarılmış bədəni yenidən tikilir. Bu iş peşəkar bir adamın nəzarəti altında görülür. Peşəkar olmadıqda meyyitin sol tərəfi yarılır və körpə dərhal çıxarılır.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت