İstirahət və turizm səfərinin höküm
Məsələ 1139: Əyləncə, gəzinti, istirahət üçün səfərə çıxmaq, su, hava və bu kimi şeylərdən istifadə etmək israf və haram işə səbəb olmasa, halaldır və namaz qəsr qılınır.
Məsələ 1139: Əyləncə, gəzinti, istirahət üçün səfərə çıxmaq, su, hava və bu kimi şeylərdən istifadə etmək israf və haram işə səbəb olmasa, halaldır və namaz qəsr qılınır.
Məsələ 1140: Bir şəxs dolanışıq məqsədi ilə ova çıxsa səfəri halaldır və namazı yarıdır. Eləcə də, daha çox qazanmaq üçün ova gedənin namazı yarıdır. Amma bir şəxs əyləncə üçün ova çıxarsa, səfəri haramdır və namazını tam qılmalıdır.
Məsələ 1141: Günah səfərdən qayıdan şəxs tövbə etsə, qayıtdığı yerə səkkiz fərsəx və ya bir qədər artıq qalan məhəldən namazını yarı qılmalıdır. Tövbə etməsə də, geri qayıdarkən günaha yol verməzsə eyni hökmə əməl edir.
Məsələ 1142: Səfəri günah səfər olan şəxs yolda məqsədini dəyişsə, qalan yol səkkiz fərsəx və ya daha artıq olarsa, eləcə də gedib qayıdacağı yol üst-üstə səkkiz fərsəx olarsa, namazını yarı qılmalıdır. Amma günah üçün səfərə çıxmamış, yolda məqsədini dəyişib günah iş görmək istəyən şəxs namazını tam qılmalıdır. Amma əvvəlcə yarı qıldığı namazlar düzgündür.
Məsələ 1143: Köçərilərin xüsusi vətəni olmur, harada özləri və heyvanları üçün su və qida tapırlarsa orada qalırlar. Onlar bu səfərlərdə namazlarını tam qılmalı və oruc tutmalıdırlar.
Məsələ 1144: Əgər köçəri bir insan həcc, ticarət səfəri kimi köçəri həyatına aid olmayan səfərə çıxarsa namazını yarı qılır.
Məsələ 1145: Sürücü, təyyarəçi, dənizçi, sarvan kimi peşəsi səfərə çıxmaq olan şəxslər hətta birinci səfərdə namazlarını tam qılmalıdırlar.
Məsələ 1146: Peşəsi səfərə çıxmaq olmayan insan peşəsi ilə bağlı (müəllim, fəhlə, qulluqçu kimi) səfərə çıxmağa məcbursa, hər gün işi ilə bağlı yol gedirsə, gedib gəldiyi yol səkkiz fərsəx və ya daha artıq olarsa, namazını tam qılmalı, oruc tutmalıdır.
Məsələ 1147: Peşəsi səfərə çıxmaq olan şəxs peşəsindən əlavə bir məqsədlə (məsələn, həcc ziyarəti üçün) səfərə çıxarsa, başqa müsafirlər kimi namazını yarı qılmalıdır. Amma sürücü haqqını almaqla ziyarətçiləri apararsa və bu səfərdə özü də ziyarət edərsə, namazını tam qılmalıdır.
Məsələ 1148: Bir şəxs həcc rəhbəri və ya hər hansı ziyarətdə karvan müdiri kimi səfərə çıxarsa, səfər onun peşəsi ilə bağlı müqəddimə sayılır və bir müddət uzanır. Belə bir şəxs namazını tam qılmalıdır.
Məsələ 1149: Əgər bir şəxsin peşəsi ilin bir hissəsini səfərə çıxmaqdırsa (məsələn, bə’zi sürücülər yalnız müəyyən fəsildə işləyir) onun üçün iş sayılan səfərlərdə namazını tam qılmalıdır.
Məsələ 1150: Bir şəxs şəhər daxilində sürücülük edirsə, təsadüfən şəhərdən çıxdıqda və səkkiz fərsəx, daha artıq yol getdikdə, namazı yarıdır. Amma həm şəhərdə, həm də şəhərdən kənarda sürücülük edən şəxs şəhərdən kənara çıxdıqda namazını tam qılmalıdır.