Kəlmeyi-şəhadəti təlqin etmək
Məsələ 510: Müstəhəbdir ki, can verən şəxsə şəhadət kəlmələri, on iki imamın adı və digər dini əqidələr onu anlayacağı şəkildə təlqin olunsun (deyilsin). Müstəhəbdir ki, bu sözlər can verən şəxs ölənədək təkrarlansın.
Məsələ 510: Müstəhəbdir ki, can verən şəxsə şəhadət kəlmələri, on iki imamın adı və digər dini əqidələr onu anlayacağı şəkildə təlqin olunsun (deyilsin). Müstəhəbdir ki, bu sözlər can verən şəxs ölənədək təkrarlansın.
Məsələ 511: Müstəhəbdir ki, can verən insana belə bir dua təlqin olunsun: “Əllahumməğfirliəl-kəsirə min məasikə vəqbəl minnil-yəsirə min taətikə ya mən yəqbəlul-yəsirə və yə’fu ənil kəsiri iqbəl minnil-yəsirə və’fu hənnil-kəsirə innəkə əntəl-əfuvvul-ğəfur. Allahummərhəm fəinnəkə rəhim.” Yaxşı olar ki, bu duanı o özü də təkrarlasın.
Məsələ 512: Müstəhəbdir ki, çətin can verən insanı namaz qıldığı yerə aparsınlar.
Məsələ 513: Can verən şəxsin rahatlığı üçün onun başı üzərində “Yasin”, “Saffat”, “Əhzab” surələrini və “Ayatəl-kürsi” oxumaq yaxşıdır. Can verənin başı üzərində bacardıqca çox Qur’an oxunsun.
Məsələ 514: Can verən şəxsi tənha qoymaq, onun qarnı üzərinə ağır bir şey yerləşdirmək, onun yanında cənabətli və heyiz halında insanın qalması, can verənin yanında ağlamaq və danışmaq, can verəni qadınlarla tənha buraxmaq məkruh əməllərdəndir, (pislənilir).
Məsələ 541: Müsəlman meyyiti üç parça ilə kəfənləmək vacibdir. Bu hissələr fitə, köynək və sərtasər (başdan başa) adlanır.
Məsələ 542: Fitə meyyitin göbəkdən dizinədək olan hissəni örtməlidir. Yaxşı olar ki, sinədən ayaqların üzərinədək örtsün. Vacib ehtiyata əsasən, köynək çiyinlərdən baldırların yarısınadək (dizdən aşağı) hissəni tamam bürüsün. Vacib ehtiyata əsasən, sərtasərin uzunluğu elə bir həddə olmalıdır ki, meyyit büründükdən sonra hər iki başını bağlamaq mümkün olsun. Sərtasərin eni elə bir həddə olmalıdır ki, bir tərəfini o biri tərəfinin üzərinə aşırmaq mümkün olsun.
Məsələ 543: Kəfəni orta həddi gözləməklə meyyitin malı hesabına hazırlamaq olar. Onun övladları qalmışsa da belədir. Amma övladlarının payından adi həddən artıq miqdarda götürmək olmaz. Amma ölən şəxs vəsiyyət etmiş olarsa, artıq miqdarı üçdə birdən hesablamaq olar.
Məsələ 544: Kəfənin vacib miqdarını, qüsül, hənut və dəfn kimi vacib işlərin xərclərini meyyitin malından götürürlər və vəsiyyətə ehtiyac yoxdur. Əgər meyyitin malı olmasa, o xərclər Beytül-maldan ödənir.
Məsələ 545: Arvadın kəfən xərci ərin öhdəsinədir. Qadının öz malı olsa da belədir. “Ric’i” təlaq verilmiş (boşanmış) qadın iddə müddəti başa çatmamış ölərsə, onun kəfən xərci ərinin öhdəsinədir.
Məsələ 546: Əgər meyyitin bir malı olmasa, hətta sağ ikən onun xərcini ödəyən qohumlarına vacib deyil ki, kəfən xərcini ödəsinlər. Amma başqa bir yol olmasa vacib ehtiyata əsasən, sağ ikən onun xərcini ödəyən kəs kəfən hazırlamalıdır.
Məsələ 547: Vacib ehtiyat budur ki, kəfənin hər üç hissəsi qalın olsun və onun o biri tərəfi görünməsin.