Doqquz yaşından öncə və yaisəlikdən sonra gələn qanın hökmü
Məsələ 429: Qızın doqquz yaşdan öncə və qadının yaisə olduqdan sonra gördüyü qan heyiz hökmündə deyil. Əgər bu qan yara və ya zədələnmə qanı deyilsə, istihazə qanıdır.
Məsələ 429: Qızın doqquz yaşdan öncə və qadının yaisə olduqdan sonra gördüyü qan heyiz hökmündə deyil. Əgər bu qan yara və ya zədələnmə qanı deyilsə, istihazə qanıdır.
Məsələ 430: Hamilə qadınlar və ya körpəsinə süd verən qadınlar heyiz ola bilər.
Məsələ 431: Doqquz yaşının tamam olub-olmadığını bilməyən qız özündə qan görərsə və həmin qanda heyiz nişanələri olmazsa, bu qan heyiz qanı sayılmır. Əgər həmin qanda heyiz nişanələri olarsa və qız heyiz olduğuna əmin olarsa, demək, doqquz yaşı tamam olmuşdur və büluğ həddinə çatmışdır. Amma yaisə olub-olmadığına şübhə edən qadın özündə qan görüb bu qanın heyiz qanı olub-olmadığını bilməzsə, bunu heyiz qanı qəbul etməli və hələ ki, yaisə olmadığını bilməlidir.

Məsələ 432: Heyiz üç gündən az, on gündən çox olmur. Hətta azca əskik olarsa bu heyiz deyil.
Məsələ 433: Heyizin ilk üç günü ardıcıl olmalıdır. Əgər iki gün qan görüb, bir gün pak olarsa və yenidən qan görərsə, bu heyiz deyil. Üç gün ardıcıl dedikdə həmin üç gündə qanın kəsilməməsi nəzərdə tutulmur. Daxil hissədə qanın olması bəs edir.
Məsələ 434: Birinci gecə və dördüncü gecə qan görmək şərt deyil. Amma ikinci və üçüncü gecə qanın kəsilməməsi və davam etməsi şərtdir.
Məsələ 435: Əgər üç gün ardıcıl qan görünüb sonra pak olarsa və yenidən qan görünərsə, qan görünən günlər üst-üstə on gündən artıq olmamalıdır. Qanın göründüyü bütün günlər heyiz sayılır. Ortada pak olduğu günlər pak qadın hökmündədir.
Məsələ 436: Əgər üç gündən az qan görüb paklanarsa, sonradan üç gün və ya artıq deyilən nişanələrə malik qan görünərsə, yalnız ikinci qan heyiz qanıdır.
Məsələ 437: Qanaxma keçirən qadın həkimə müraciət etdikdə həkim bu qanın heyz və ya yara qanı olduğunu bildirərsə, həkimin sözlərindən əminlik yarandıqda deyilən hökmə əməl edə bilər.
Məsələ 438: Heyz qadına haram olan işlər bunlardır:1. Namaz, oruc, Allah evinin təvafı kimi dəstəmaz, qüsl və ya təyəmmümlə icra olunan bütün ibadətlər. Amma meyyit namazı kimi paklıq tələb etməyən ibadətləri yerinə yetirə bilər.2.Cənabətli insana haram olan bütün işlər.3. Cinsi yaxınlıq etmək. Bu iş həm kişi, həm də qadın üçün haramdır.4.Heyizli halda təlaq (boşanmaq) batildir.
Məsələ 439:Heyz halında yaxınlıq etmək həm kişi həm də qadına haramdır.Əgər kişi öz qadını ilə heyz halında yaxınlıq edərsə, müstəhəbdir ki, kəffarə versin. Kəffarə miqdarı heyiz günlərinin birinci üçdə birində bir misqal qızıl və ya onun qiyməti, ikinci üçdə birində yarım misqal qızıl, üçüncü üçdə birində dörddə bir misqal qızıldır. Əgər aybaşı altı gün çəkərsə, onun ilk iki günündə bir misqal, ikinci iki günündə yarım misqal, son iki günündə dörddə bir misqal kəffarə verilir.