Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 363

Spermanın istibrası

Məsələ 363: Müstəhəbdir ki, sperma xaric olduqdan sonra sidiyə gedilsin. Belə olduqda sperma zərrələri kanaldan xaric olur. Əgər sidiyə gedilməsə, qüsldən sonra özündə rütubət görsə, bu rütubətin sperma olub-olmadığı mə’lum olmazsa, o sperma hökmündədir və yenidən qüsül verilməlidir.

Nömrə 364

Cinsi əlaqə yolu ilə cunub olmaq

Məsələ 364: Əgər insan cima (cinsi yaxınlıq) etsə və sünnət yeri həddində yaxınlıq olsa, həm kişi, həm də qadın cunub, cənabətli olar. Tərəflərin buluğ həddində olub-olmaması, spermanın xaric olub-olmaması şərt deyil. Deyilən hökm qabaqdan yaxınlığa aiddir. Əgər arxadan yaxınlıq olarsavə sperma xaric olmasa, vacib ehtiyata əsasən, həm qüsl etməli,həm də dəstəmaz almalıdır.(Xatırlama:Arxadan yaxınlıq etmə kişinin qadınının razılığı olmasa haram,razı olduğu təqdirdə şiddətli kərahəti vardır.Bəzi vaxtlar müxtəlif xəstəliklərə səbəb olur)

Nömrə 365

Daxil olmasında şəkk

Məsələ 365: Əgər sünnət həddində yaxınlıq olub-olmadığı şübhəlidirsə, qüsül vacib deyil.

Nömrə 366

Heyvanla yaxınlıq

Məsələ 366: Allah eləməmiş, insan heyvanla yaxınlıq edərsə və sperma xaric olarsa, cunub olar və qüsl etmək kafidir. Amma sperma xaric olmasa, vacib ehtiyata əsasən, namaz və bu kimi ibadətlər üçün həm qüsl lazımdır, həm də dəstəmaz. Amma bu işdən öncə dəstəmazı olarsa təkcə qüsl bəs edər.

Nömrə 367

Spermanın çıxmasının qarşısını almaq

Məsələ 367: Əgər sperma yerindən hərəkət edərsə amma onun qarşısı alınarsa və ya hər hansı bir səbəbdən xaric olmazsa, qüsl vacib deyil. Spermanın xaric olub-olmadığına şübhə ediləndə də qüsl vacib olmur.

Nömrə 368

Su olmadıqda cinsi yaxınlıq

Məsələ 368: Bir şəxsin qüsl üçün suyu yoxdursa, zövcəsi ilə yaxınlıq edə bilər və bu iş üçün təyəmmüm kifayat edir. Bu işin namaz vaxtından öncə və ya sonra olmasının fərqi yoxdur.

Nömrə 369

Öz paltarında sperma görmək

Məsələ 369: İnsan öz libasında sperma görərsə və əmin olarsa ki, bu onun öz spermasıdır, qüsl verməlidir. İnsan hansı namazları cənabət halda qıldığına əmindirsə, onları təzələməlidir. Şübhəli namazları təzələməyə ehtiyac yoxdur.

Nömrə 370

Cunub olana beş iş haramdır

Məsələ 370: Beş iş cənabətli şəxsə haramdır:1. Qur’an xəttinə, Allahın adına, vacib ehtiyata əsasən peyğəmbərlərin və imamların adına əl vurmaq (dəstəmaz haqqında danışılarkən qeyd olunduğu kimi);2. Hətta bir qapıdan daxil olub o birindən çıxdıqda, Məscidül-Həram və Məscidün-Nəbiyyə daxil olmaq;3. Digər məscidlərdə dayanmaq. Amma bir qapıdan daxil olub, o birisindən çıxdıqda eybi yoxdur. Məsciddən bir şeyi götürmək üçün də oraya daxil olmaq mümkündür. Vacib ehtiyata əsasən, mə’sum imamların hərəmində də dayanmaq olmaz;4. Məscidə bir şey qoymaq üçün oraya daxil olmaq;5. Səcdəli ayələrdən birini oxumaq. Amma səcdə ayəsi olan surələrdə səcdə ayəsindən başqa digər ayələri oxumaq olar.Məsələ 371: Vacib səcdəsi olan dörd surə var: 32-ci surə: “Əlif, lam mim, səcdə”, 41-ci surə: “Ha, mim, səcdə”, 53-cü surə: “Ən-nəcm”, 96-cı surə: “İqrə”.

Nömrə 371

Vacib səcdəsi olan surələr

Nömrə 372

Cunub olana məkruh olan işlər

Məsələ 372: Cənabətli şəxs üçün bir neçə iş məkruhdur, yə’ni bu işləri tərk etmək yaxşıdır:1, 2. Yemək və içmək; dəstəmaz alınsa bu işlər məkruh olmaz;3. Qur’ani-kərimdən yeddi ayədən artıq ayə oxumaq. Vacib səcdəsi olmayan surələrdən də yeddi ayədən artıq oxumaq məkruhdur;4. Bədənin Qur’an cildinə, onun haşiyəsinə, sətirlərinin arasına toxunmaq və Qur’an gəzdirmək;5. Dəstəmazsız yatmaq;6. Saçlara həna qoymaq və bu kimi işlər;7. Bədənə yağ və krem çəkmək;8. Sperma xaric olduqdan (“möhtəlim”) sonra cinsi yaxınlıq etmək.

Nömrə 373

Cənabət qüslü vacib namaz və bu kimi əməllər üçün vacib olur

Məsələ 373: Paklanmaq məqsədi ilə cənabət qüslü vermək müstəhəbdir. Amma namaz və bu kimi ibadətlər üçün qüsl vermək vacibdir. Meyyit namazı, şükür səcdəsi, başqasından səcdə ayəsi eşitdikdə səcdə etmək üçün cənabət qüslü vermək vacib deyil. Bu işləri cənabət halında da görmək olar. Amma yaxşı olar ki, meyyit namazı, şükür səcdəsi və bu kimi işlər üçün qüsl verilsin.

Nömrə 374

Vacib və müstəhəb qüslün niyyəti

Məsələ 374: Qüsldə vacib və ya müstəhəb qüsül niyyət etmək zəruri deyil. İnsan Allahın əmrini yerinə yetirmək məqsədi ilə bu işi görürsə bəs edir.