Vəfat iddəsinin bitməsi ilə bağlı qadının sözlərini qəbul etmək
Məsələ 2155: Əgər qadın “mənim iddəm tamam olub” desə, qəbul edilməlidir. Bir şərtlə ki, töhmət mövqeyində olmamalı və vacib ehtiyata əsasən, e’timadlı olmalıdır.
Məsələ 2155: Əgər qadın “mənim iddəm tamam olub” desə, qəbul edilməlidir. Bir şərtlə ki, töhmət mövqeyində olmamalı və vacib ehtiyata əsasən, e’timadlı olmalıdır.
Məsələ 2156: Təlaq iki qisimdir: Bain təlağı və ric’i təlağı. Bain təlağı odur ki, kişinin arvadına dönmək hüququ yoxdur (dönməkdə məqsəd budur ki, kişi əqdsiz olaraq arvadı ilə barışıb, onu yenidən arvadlığa qəbul etsin).Bain təlağı da öz növbəsində 5 qismə bölünür: 1- Doqquz yaşı tamam olmayan qadının təlağı; 2- Yaisə qadının təlağı – yə’ni yaşı əllini keçsə; 3- Evləndikdən sonra əri onunla cinsi əlaqədə olmayan qadın; 4- Üç dəfə təlaq verilən qadının üçüncü təlağı; 5- Xül’ və mübarat təlağı. Bunların şərhi sonradan gələcək. Başqa təlaqlar isə ric’i təlaq adlanır və qadın iddədə olduğu zaman kişi ona dönə bilər.
Məsələ 2157: Əgər kişi arvadına ric’i təlağı versə, onu iddə zamanı yaşadığı evdən çıxarda bilməz (bəzi xüsusi hallarda istisnadır). Həmçinin, qadının özünə də lazımsız işlərdən ötrü evdən çölə çıxması haramdır.
Məsələ 2158: Ric’i təlaqda kişi nikah siğəsi oxumadan arvadına dönə bilər. Dönmək iki qismdir: 1- Sözünün mə’nası o arvadı yenidən arvadlığa qəbul etmək olsun; 2- Həmin mə’nanı çatdıran bir iş görməlidir.
Məsələ 2159: Kişinin döndüyü zaman şahid tutması, yaxud arvada xəbər verməsi lazım deyil. Hətta heç kəsin başa düşmədiyi halda “arvadıma döndüm” desə, düzgündür.
Məsələ 2159: Kişinin döndüyü zaman şahid tutması, yaxud arvada xəbər verməsi lazım deyil. Hətta heç kəsin başa düşmədiyi halda “arvadıma döndüm” desə, düzgündür.
Məsələ 2160: Əgər kişi arvadından bir mal alıb, təlaqdan sonra ona dönməyəcəyinə, yaxud dönmək hüququna malik olmamasına razılaşsa, dönmək hüququ pozulmur.
Məsələ 2161: Bir şəxs arvadına ikinci dəfə təlaq verib, sonra əqd etsə və yaxud yenidən ona dönsə (vacib ehtiyata əsasən, hər dəfə cinsi yaxınlıq edib, heyz görüb, pak olduqdan sonra ona təlaq versin), üçüncü dəfə ona təlaq versə, o qadın ona haram olar; o qadın yalnız bir halda ona halal olacaq ki, iddə keçdikdən sonra başqa bir ərlə daimi əqd edib, onunla cinsi yaxınlıq etsin və sonra ona təlaq verilsin. Belə bir halda iddədən sonra birinci ər onunla evlənə bilər.
Məsələ 2162: Əri ilə yaşamağa rəğbəti olmayan bir qadın onların ər-arvadlığı davam etdikdə günaha düşmək qorxusu olsa, ona təlaq vermək üçün öz mehriyyəsini və yaxud başqa malını ərinə bağışlaya bilər. Bu təlağa xül’ təlağı deyilir.
Məsələ 2163: Vacib ehtiyata əsasən, xül’ təlağı siğəsi aşağıda qeyd edilən şəkildə olsun:Əgər ər özü təlaq siğəsini oxumaq istəsə və qadının adı məsələn, Fatimə olsa, deməlidir:زَوجَتِى فَاطِمَةُ خاَلَعتُهَا عَلَى مَابَذَلَت هِىَ طاَلِقُ(Zəvcəti Fatimətu xalə’tuha əla mabəzələt hiyə taliq- yə’ni, “arvadım Fatiməni verdiyi şeylər müqabilində xul’ təlağı verdim və o azaddır.”)Əgər onun vəkili siğə oxumaq istəsə, vacib ehtiyata əsasən, bir nəfər qadın və bir nəfər də kişi tərəfindən vəkil olur, bu halda məsələn, ərin adı Məhəmməd, arvadın adı Fatimə olsa, qadının vəkili deyir: عَن مُوَكِّلَتي فَاطِمَةَ بَذلتُ مَهرَهَا لِمُوَكِّلىِ کَ مُحَمَّدٍ لِيَخلَعَهَا عَلَيهِ)Ən muvəkkiləti Fatimətə bəzəltu məhrəha limuvəkkilikə Muhəmmədin liyəxlə’əha ələyhi)Ondan sonra kişinin vəkili dərhal deməlidir:زَوجَةُ مُوَكِّلىِ خَالَعتُهَا عَلَى مَابَذَلَت هِىَ طَالِقُ(Zəvcətu muvəkkili xalə’tuha əla ma bəzələt hiyə taliqun). (Əgər qadın mehriyyədən başqa şey ərinə bağışlasa, siğə oxuyan zaman onun adını çəkməlidir).
Məsələ 2164: Əgər ər-arvad bir-biri ilə yaşamaq istəməsə və qadın öz mehriyyəsini, yaxud başqa malı kişiyə təlaq verməsi üçün bağışlasa, belə təlaqa “mübarat təlağı” deyilir.
Məsələ 2165: Vacib ehtiyata əsasən, mübarat siğəsini aşağıda qeyd edilən qayda ilə oxumalıdırlar. Əgər ərin özü mübarat siğəsini oxumaq istəsə və arvadının adı məsələn, Fatimə olsa, deyir:بَارَأتُ زَوجَتِى فَاطِمَةَ عَلَى مَابَذَلَت فَهِىَ طَالِقُ(Barə’tu zəvcəti Fatimətə əla ma bəzələt fəhiyə taliq)(Yə’ni, arvadım Fatiməyə, mehriyyəsinin müqabilində mübarat verdim (bir-birimizdən ayrıldıq) və o azaddır.) (Əgər mehriyyədən başqa bir şey verirsə adını çəkməlidir) və əgər kişinin vəkili siğəni oxumaq istəsə deməlidir:بَارَأتُ زَوجَةَ مُوَكِّلِى فَاطِمَةَ عَلَى مَابَذَلَت فَهِىَ طاَلِقُ(Barə’tu zəvcətə muvəkkili Fatimətə əla ma bəzələt fəhiyə taliq)Əlbəttə, qabaqcadan qadın öz mehriyyəsini və yaxud ondan az olan bir şeyi mübarat təlağı müqabilində ərinə bağışlamalıdır.