Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 2139Talağın şərtləri

Talaq heyz və nifas halında baş verərsə

Məsələ 2139: Əgər bir şəxs qadını heyz qanından pak hesab edib təlaq versə, sonradan təlaq vaxtı heyz halında olduğu mə’lum olsa təlaqı batildir. Əgər qadının heyz halında olduğunu hesab edərək təlaq versələr və sonra pak olduğu mə’lum olsa, onun təlağı düzgündür.

Nömrə 2143Talağın şərtləri

Aylıq adət qanı görməyən qadın

Məsələ 2143: Xəstəlik və yaxud başqa səbəblə əlaqədar aybaşı olmayan qadına əri təlaq vermək istəsə, onunla cinsi əlaqədə olduğu vaxtdan üç ay onunla cinsi yaxınlıqdan çəkinməli və sonra ona təlaq verməlidir.

Nömrə 2144Talağın şərtləri

Müvəqqəti izdivacın talağı yoxdur

Məsələ 2144: Müvəqqəti evlənmənin (siğənin) təlaqı yoxdur, müddəti bitdikdə və yaxud kişi ona müddəti bağışladıqda onun arvadlığından azad olur. Onun aybaşıdan paklanması və iki nəfər şəxsi şahid tutmaq lazım deyil.

Nömrə 2145Talaq iddəsi

İddə saxlamaq vacib olmayan hallar

Məsələ 2145: Ərindən təlaq alan qadın iddə saxlamalıdır; əri ümumiyyətlə onunla cinsi əlaqədə olmasa, doqquz yaşına çatmazdan öncə təlaq versə və yaxud qadın yaisə olsa, yə’ni yaşı əllini ötübsə, istisnadır. Bu halda təlaqdan sonra fasiləsiz olaraq ərə gedə bilər. Əlbəttə hicri qəməri ilə əlli yaşından yuxarı olan qadın heyzin bütün şərtlərini əks etdirən qan görərsə, yaisə olmamışdır və iddəni gözləməsi lazımdır.

Nömrə 2146Talaq iddəsi

Aylıq adət görən qadınların iddəsi

Məsələ 2146: Aybaşı olan qadınlarda iddə müddəti, vacib ehtiyata əsasən, səbr edib ikinci dəfə aybaşı olduqdan sonra pak olmalı və üçüncü heyzi gördükdə onların iddəsi tamam olur.

Nömrə 2147Talaq iddəsi

Aylıq adət qanı görməyən qadınların iddəsi

Məsələ 2147: Aybaşı olmayan qadın, əgər aybaşı olan qadınlarla yaşıd olsa, əri cinsi əlaqədən sonra ona təlaq versə, təlaqdan sonra üç ay iddə saxlamalıdır. Üç aydan məqsəd budur ki, əgər ayın əvvəlidirsə üç qəməri ayı tamam və əgər ayın başqa günüdürsə, məsələn, 5-i, 10-u, dördüncü ayın 5-i, 10-u çatdıqda, onun iddəsi tamam olur. Məsələn, rəcəb ayaının 5-də təlaq alıbsa, şəvval ayının 5-də iddəsi tamam olur.

Nömrə 2148Talaq iddəsi

Hamilə qadının iddəsinin sonu

Məsələ 2148: Hamilə qadınların iddəsinin sonu uşağın doğulması və yaxud abort olunmasıdır. Hətta təlaqdan bir saat keçdikdən sonra uşaq dünyaya gəlsə, onun iddəsi tamam olur və ərə gedə bilər.

Nömrə 2149Talaq iddəsi

Müvəqqəti izdivacın iddəsi

Məsələ 2149: Müvəqqəti evlənmənin iddəsi müddət tamam olandan sonra aybaşı olduğu halda iki kamil heyz qədərdir, əgər aybaşı olmursa 45 gün tamamdır.

Nömrə 2150Talaq iddəsi

İddənin başlanğıcı

Məsələ 2150: Təlaq iddəsinin əvvəli qadının bilib-bilməməsindən asılı olmayaraq, təlaq siğəsinin oxunduğu vaxtdan etibarən başlayır. Əgər iddə qurtarandan sonra ona təlaq verilməsini başa düşsə, yenidən iddə saxlaması lazım deyil.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت