Ərinin icazəsi olmadan arvadın yad adamın uşağına süd verməsi
Məsələ 2131: Qadın ərinin hüququ pozulmamaq şərti ilə, ondan icazəsiz olaraq başqasının uşağına süd verə bilər. Lakin ehtiyat müstəhəbdir ki öz qızının uşağına süd verməsin.
Məsələ 2131: Qadın ərinin hüququ pozulmamaq şərti ilə, ondan icazəsiz olaraq başqasının uşağına süd verə bilər. Lakin ehtiyat müstəhəbdir ki öz qızının uşağına süd verməsin.
Məsələ 2132: Əgər bir kişi qardaşı arvadının ona məhrəm olmasını istəsə, bir südəmər qızı onun vəlisinin icazəsi ilə özünə əqd etməli və bu halda qardaşı arvadı o qıza kamil süd verməlidir. Vacib ehtiyata əsasən, əqdin müddəti qızın cinsi faydalanma həddinə çatması qədər olmalı və həmçinin, belə bir əqd qızın məsləhətinə uyğun olmalıdır.
Məsələ 2133: Məhrəmliyə səbəb olan süd vermə iki yolla sübut olunur:Birincisi, insanın yəqin tapdığı bir dəstənin xəbər verməsi ilə;İkincisi, İki adil kişi və yaxud dörd adil qadının şəhadət verməsi ilə. Hətta, vacib ehtiyata əsasən, bir kişi və yaxud qadının şəhadəti ilə də kifayətlənsinlər. Lakin, şahidlər süd vermənin şərtlərini də deməlidirlər. Məsələn, onlar “filan uşaq 15 dəfə filan arvadın döşündən (2116-cı məsələdə qeyd edildiyi kimi) kamil süd yemişdir” deməlidirlər. Əgər onların bütün şərtləri bilmələrini və onda eyni nəzərə malik olmalarını bilsək, onu şərh vermək lazım deyil.
Məsələ 2134: Əgər uşağın məhrəmliyə səbəb olacaq qədər süd yeyib-yemədiyini bilməsələr, məhrəm olmaq sabit olmur, gərək yəqinə çatsınlar.
Məsələ 2135: Öz arvadına təlaq verən kişi aqil, vacib ehtiyata görə həddi-büluğa çatan olub öz ixtiyarı üzündən təlaq verməlidir. Əgər onu, arvadına təlaq verməyə məcbur etsələr, təlaq batildir. Həmçinin gərək təlaq vermək niyyəti olsun. Deməli, təlaq siğəsini zarafatyana desə düzgün deyil.
Məsələ 2136: Vacib ehtiyata əsasən, təlaq siğəsi düzgün ərəb dilində oxunmalıdır və iki adil kişinin onu eşitməsi vacibdir. Əgər ər özü təlaq siğəsini oxumaq istəsə, arvadının adı, məsələn, Fatimədirsə, deyir:زَوجَتىِ فَاطِمَةُ طَالِقُ(Zəvcəti Fatimətu taliqun- yəni, arvadım Fatimə arvadlıqdan azaddır).Əgər başqasını vəkil etsə, o vəkil deməlidir:زَوَجَةُ مُوَكْلِىِ فَاطِمَةُ طَالِقُ(Zəvcətu muvəkkili Fatimətu taliqun- yəni, müvəkkilimin arvadı azaddır.)
Məsələ 2137: Qadın təlaq zamanı heyz, nifas qanından pak olmalı və habelə, o paklıq zamanı əri onunla cinsi yaxınlıq etməməlidir. Əgər ondan qabaqkı paklıqda olan nifas və ya heyz halında onunla yaxınlıq etsə, vacib ehtiyata əsasən, təlaq kifayat deyil; ikinci dəfə aybaşı olub, sonra pak olmalıdır.
Məsələ 2138: Üç yerdə heyz və nifas halında təlaq vermək düzgündür:1-İzdivacdan sonra ər mütləq halda onunla cinsi əlaqədə olmayıbsa; 2-Hamilə olsa; 3-Qadın hazır olmadığı (qaib olduğu) üçün əri bilməsin və yaxud qadının pak olmasını başa düşmək onun üçün müşkül olsun.
Məsələ 2139: Əgər bir şəxs qadını heyz qanından pak hesab edib təlaq versə, sonradan təlaq vaxtı heyz halında olduğu mə’lum olsa təlaqı batildir. Əgər qadının heyz halında olduğunu hesab edərək təlaq versələr və sonra pak olduğu mə’lum olsa, onun təlağı düzgündür.
Məsələ 2140: Öz arvadının heyz və ya nifas halında olduğunu bilən şəxs qaib olsa (məsələn, səfərə getsə) və ona təlaq vermək istəsə, amma qadının halından xəbər tuta bilməsə, qadınların adətən heyz və ya nifasdan pak olacaqları müddətə qədər gözləməlidir.
Məsələ 2141: Əgər arvadı ilə cinsi yaxınlıqda olub, ona təlaq vermək istəsə, heyz görüb, pak olmasına qədər səbr etməlidir. Lakin hamilə olsa, cinsi yaxınlıqdan sonra fasiləsiz olaraq təlaq verə bilər. Həmçinin, əgər yaisə olsa, yəni yaşı 50-dən çox olsa, yuxarıdakı hökmlə eynidir.
Məsələ 2142: Əgər heyz və nifasdan pak olan arvadı ilə cinsi əlaqədə olsa, sonra səfər getsə və qadının halından xəbər tutmaq üçün araşdırma aparmaq imkan olmasa, əgər ona təlaq vermək istəsə, vacib ehtiyata əsasən, ən azı bir ay səbr edib sonra təlaq verməlidir.