Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1071Müstəhəb namazda şəkk

Müstəhəb namazın rəkətlərində şəkk

Məsələ 1071: Əgər müstəhəb namazların rəkətlərinin sayında şəkk yaransa namaz qılan şəxs yuxarı və ya aşağı sayı götürməkdə azaddır. Yuxarı say namazı batil etdikdə, aşağı say əsas götürülür. Məsələn, bir və ya iki rəkət namaz qılındığına şəkk yarandıqda, həm bir, həm də iki rəkət əsas götürmək olar. Amma iki və ya üç rəkət namaz qılındığına şəkk yarandıqda, hökmən iki rəkəti əsas götürmək lazımdır.

Nömrə 901Qiraət

Müstəhəb namazlarda surə oxunmasa

Məsələ 901: Müstəhəb namazlarda surəni oxumamaq olar. Hətta müstəhəb namaz nəzir vasitəsi ilə vacib olarsa da bu iş mümkündür. Amma xüsusi surələri olan müstəhəb namazlarda həmin namazın göstərişlərinə əməl edilməlidir.

Nömrə 1075Müstəhəb namazda şəkk

Müstəhəb namazlardan səhv-səcdəsi lazım deyil

Məsələ 1075: Müstəhəb namazlarda səcdeyi-səhv yoxdur. Yə’ni əgər müstəhəb namaz qılan şəxs, vacib namazlarda səcdeyi-səhvə səbəb olan işi yerinə yetirsə, səcdeyi-səhv lazım deyil. Həmçinin müstəhəb namazlarda yaddan çıxmış səcdə və təşəhhüdün qəzası yoxdur.

Nömrə 1471Müstəhəb oruclar

Müstəhəb orucu sona çatdırmaq vacib deyil

Məsələ 1471: Müstəhəb oruc tutan şəxsin orucunu axıra qədər tutması lazım deyil və istədiyi vaxt iftar edə bilər. Hətta, müstəhəbdir ki, mö’min qardaşlardan bir nəfər onu yeməyə də’vət etsə, onun də’vətini qəbul edib iftar etsin.

Nömrə 1320Orucun niyyəti

Müstəhəb orucun niyyət vaxtı

Məsələ 1320: Bütün gün uzunu müstəhəb orucun niyyətini etmək olar. Hətta qüruba az bir vaxt qalmış olsa belə, orucu batil edən şeyləri yerinə yetirməyibsə, müstəhəb oruc niyyəti edə bilər və onun orucu düzgündür.