Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1358Allaha, peyğəmbərə (s) və imamlara (ə) yalan qondarmaq

Sualın cavabında peyğəmbərin

Məsələ 1358: Əgər oruc tutan şəxsdən “Peyğəmbər belə bir şeyi buyurub ?” deyə soruşsalar və bilərəkdən “”Bəli” desə və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) belə bir sözü buyurmadığı halda və yaxud “Yox” desə və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) demiş olsa, onun orucunun eybi var.

Nömrə 1359Allaha, peyğəmbərə (s) və imamlara (ə) yalan qondarmaq

Şəriət hökmlərini nəql edərkən bilərəkdən yalan danışmış insanın hökmü

Məsələ 1359: Əgər şəriət hökmlərini nəql etdiyi zaman bilərəkdən yalan danışsa, məsələn, vacib əməli qeyri-vacib, haramı halal desə və məqsədi onu Allaha və Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) nisbət vermək olsa, orucunun eybi vardır. Lakin, məqsədi hökmü müctəhidə aid etmək olsa, haram iş görmüşdür, amma orucu batil deyil. Mə’lumatsız halda şübhəli bir hökmü nəql edən şəxs də belədir.

Nömrə 1360Udlağa qatı toz çatdırmaq

Orucun qatı toz ilə pozulmasının şərtləri

Məsələ 1360: Qatı tozu boğaza çatdırmaq - istər yeyilməsi halal olan toz olsun, istərsə də haram - palçığa dönüb içəri getmək şərti ilə orucu batil edir. Əks halda oruc səhihdir. Amma astmadan əziyyət çəkən insanların istifadə etdikləri speylər, narın qazdan ibarət olduğu üçün oruca xələl gətirmir.

Nömrə 1362Udlağa qatı toz çatdırmaq

Oruc tutmuş insanın siqaret çəkməsi

Məsələ 1362: Bütün insanların hər bir halda siqaret və digər tütün mə’mulatlarından çəkinmələri lazımdır və əlavə olaraq, bunlar, vacib ehtiyata əsasən, orucun batil olmasına səbəb olur. Həmçinin, ehtiyata əsasən, oruc tutan şəxs qəliz buxarı da boğazına çatdırmasın. Lakin, içi buxarlı olmasına baxmayaraq, hamama getməyin eybi yoxdur.

Nömrə 1365Başı suya batırmaq

Oruc halında başını suya batırmağın hökmü

Məsələ 1365: Vacib ehtiyata görə, oruc tutan şəxs bilərəkdən, hətta bədənin qalan hissəsi sudan çöldə olsa belə, başını tamamilə suya batırmamalıdır. Amma bədəninin hamısı, başın isə bir hissəsi suyun altına batsa, lakin başın bir hissəsi sudan xaric olsa, oruc batil olmaz. Başı gülab kimi mayelərə və başqa müzaf sulara batırmaq, mütləq suyun hökmündədir.

Nömrə 1367Başı suya batırmaq

Xilas edicinin orucu

Məsələ 1367: Boğulan bir nəfəri xilas etmək üçün başını suya batırmağa məcbur olan şəxsin orucunun eybi var. Lakin, müsəlman bir şəxsi xilas etmək üçün bu işi görmək vacibdir və sonradan qəzasını tutmalıdır.

Nömrə 1369Başı suya batırmaq

İxtiyarsız ya da səhvən başın suya batması

Məsələ 1369: Əgər oruc tutan şəxs ixtiyarsız olaraq suya düşsə, yaxud onu suya atsalar və başı suyun altına batsa, yaxud oruc olduğunu unudub, başını suya batırsa, orucu batil olmaz. Lakin, yadına düşsə, vacib ehtiyata əsasən, tez başını sudan çıxarmalıdır.