Bakirəliyi şərt edib bakirə çıxmadıqda əqdi pozmaq olar
Məsələ 2094: Əgər nikahda qadının bakirə olmasını şərt bilsələr, sonradan qadının bakirə olmaması mə’lum olsa, izdivacı poza bilərlər.
Məsələ 2094: Əgər nikahda qadının bakirə olmasını şərt bilsələr, sonradan qadının bakirə olmaması mə’lum olsa, izdivacı poza bilərlər.
Məsələ 2095: Vacib ehtiyata əsasən, naməhrəm kişi və qadın heç kəsin olmadığı və gələ bilmədyi xəlvət yerdə qalmasınlar. Hətta orada namaz qılsalar belə, onların namazları iradlıdır.
Məsələ 2096: Əgər kişinin məqsədi əvvəldən mehriyyəni ödəməmək olsa, əqd düzgündür və ona mehriyyəni ödəmək vacib deyil.
Məsələ 2097: Müsəlman atadan dünyaya gələn müsəlman şəxs mürtəd olsa, yəni Allahı, Peyğəmbəri (s) və yaxud İslam dininin bariz hökmlərindən birini, məsələn namazı, orucu inkar etsə və onları inkar etməyin mənası, Allahı, Peyğəmbəri (s) inkar etmək olsa, onun izdivacı batil olur və həyat yoldaşı ondan uzaqlaşıb vəfat iddəsi, yə’ni əri ölən qadın iddəsi saxlamalıdır və sonradan evlənə bilər. Əgər qadın yaisədirsə (aybaşı olmursa) və yaxud bu vaxta qədər cinsi yaxınlıq etməyibsə, iddə saxlaması lazım deyil.
Məsələ 2098: Əgər nikah zamanı ər öz həyat yoldaşını müəyyən bir şəhərdən başqa yerə aparmamasını şərt etsə, kişi onu o şəhərdən başqa yerə apara bilməz. Əgər onun razılığı olsa, istisnadır.
Məsələ 2099: Əgər bir şəxs bir qızı öz oğluna əqd etsə, özü o qızın anası ilə evlənə bilər. Həmçinin, əgər əvvəl özü o qızın anası ilə evlənsə, o qızı oğlu üçün ala bilər.
Məsələ 2099: Əgər bir şəxs bir qızı öz oğluna əqd etsə, özü o qızın anası ilə evlənə bilər. Həmçinin, əgər əvvəl özü o qızın anası ilə evlənsə, o qızı oğlu üçün ala bilər.
Məsələ 2100: Qeyri-qanuni yolla hamilə olan qadının uşağını abort etməsi caiz deyil, onun övladı hesab olunur, yalnız ondan irs aparmır.
Məsələ 2101: Əgər bir şəxs ərsiz və başqasının iddəsində olmayan bir qadınla zina etsə, sonradan onu əqd etməsi caizdir. Əgər sonra onlardan bir uşaq dünyaya gəlsə, halal və yaxud haram nütfədən olduqlarını ayrıd edə bilməsələr, o uşaq halalzadədir.
Məsələ 2102: Əgər qadın “ərim yoxdur” desə, onun sözünü qəbul etmək olar, bir şərtlə ki, müttəhim olmasın. Əgər yaisə olduğunu desə, onun iddiasını qəbul etməyin iradı vardır.
Məsələ 2103: Bir nəfər hansısa bir qadınla evlənsə və digər bir şəxs o arvadın ərli olduğunu söyləsə və qadının özü ərsiz olduğunu desə və həm də şəriət hökmlərinə əsasən (bu) məsələ sübuta yetməsə, qadının sözü qəbul edilməlidir. Lakin e’timadlı bir mö’min onun ərli olmasını təsdiq etsə, vacib ehtiyata əsasən, ona təlaq verməlidir.
Məsələ 2104: Həddi-büluğa çatmış qızı ərə verməkdə tələsmək müstəhəbdir. Həmçinin, arvada ehtiyacı olan oğlan üçün arvad almaq da eyni hökmdədir.