Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1978Zəmanətin şərt və hökmləri

Zamin və borc sahibinin şərtləri

Məsələ 1978: Zəmanətçi və borc sahibi həddi-büluğa çatmış, aqil olmalı və kimsə onları məcbur etməməli, səfih olmamalıdır. Müflis olduğuna görə şəriət hakimi tərəfindən malından istifadəsi qadağan olunan borc sahibi zamin tuta bilməz (yəni borcunu başqasının öhdəsinə qoya bilməz).

Nömrə 1979Zəmanətin şərt və hökmləri

Borclu olmayan insan haqqında zəmanət

Məsələ 1979: Borcuna zamin durulan şəxs borclu olmalıdır. Bu baxımdan, başqasından borc alan şəxs, onu almayana qədər, heç kəs onun zamini ola bilməz. Lakin, məsələn, “filankəsi işə götür, bir nasazlıq və yaxud xəyanət qarşıya çıxartsa mən zaminəm” desə, eybi yoxdur və bu zəmanət də e’tibarlıdır.

Nömrə 1980Zəmanətin şərt və hökmləri

Borclu, borc sahibi və borcun növünün müəyyən olmasının lazımlığı

Məsələ 1980: Zəmanətdə “borc sahibi”, “borclu şəxs” və “borc alınmış mal” müəyyən olmalıdır. Bu baxımdan, əgər iki nəfərin bir nəfərdə borcu varsa və insan “mən onların biri qarşısında zaminəm” desə, faydasızdır. Həmçinin, əgər iki nəfər bir adama borclu olsa və bir şəxs “mən o iki nəfərdən birinin borcunu verməyə zaminəm” desə, (onlardan heç birini) müəyyən etmədiyi üçün, batildir. Habelə, əgər bir şəxs başqasına 100 kq. buğda və 100 tümən pul borc veribsə və bir şəxs “mən iki borcdan birinə zaminəm” deyib, (hansı birini verəcəyini dəqiqliklə) müəyyən etməsə düzgün deyil.

Nömrə 1983Zəmanətin şərt və hökmləri

Borc sahibinin pozmaq haqqı olmayan hallar

Məsələ 1983: Zəmanətçi zamin olduğu vaxt borcu ödəməyə imkanı olsa, borc sahibi onun zəmanətini pozub, öz borcunu birinci borc verdiyi şəxsdən tələb edə bilməz. Həmçinin, əgər zəmanətçi o vaxtda fəqir olsa, lakin borc sahibi bunu bilib, onun zamin olmasına razılıq versə, müqaviləni pozmaq hüququ yoxdur. Lakin, zamin elə həmin vaxtdan fəqir olsa və borc sahibi də (bunu) bilməyib, sonradan xəbər tutsa, onun zəmanətçiliyini poza bilər.

Nömrə 1985Kəfalət

Kəfalət və kəfilin mənası

Məsələ 1985: Əgər birinin başqasına haqqı olsa (məsələn, borc, qisas, diyə və s. kimi), yaxud hansısa bir haqqın iddiasını etsə və onun iddiası isbat olunsa və bu halda bir insan, müttəhimi haqq və yaxud iddia sahibindən azad etdirib, istədiyi vaxt onu ona təhvil verəcəyinə zamin olsa, bu müqaviləyə “kəfalət” və bu işə zamin olan şəxsə “kəfil” deyilir.

Nömrə 1986Kəfalət

Şifahi sözlərlə kəfalət

Məsələ 1986: Kəfaləti şifahi siğə oxumaqla yerinə yetirmək olar. Məsələn, kəfil borc sahibinə “borclu şəxsi istədiyin vaxt sənə təhvil verməyə hazıram” desə və borc sahibi də qəbul etsə və yaxud şifahi oxunan siğənin mənasını verən, hansısa sənədi imzalamaq və s. kimi bir iş görsələr, kəfalət düzgündür.

Nömrə 1989Kəfalət və kəfilin şərtləri

Kəfaləti pozan məsələlər

Məsələ 1989: Bir neçə şey kəfaləti pozur:1-Borc sahibinin borcunu vermək; 2- Borc sahibinin borcunu bağışlaması; 3-Borclu ölsə; 4- Borclu və yaxud müttəhim şəxsi borc sahibinə təhvil vermək; 5- Borc sahibinin öz haqqını kəfildən alması; 6- Kəfilin ölməsi; 7-Haqq sahibi borcunu həvalə və yaxud başqa vasitə ilə başqa bir şəxsə tapşırması.