Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف

Risaləyə əməl etməyin “müczi” olmasının mənası

. Adətən risalələrin əvvəlində ona əməl etməyin caiz olduğunun yazılması digərlərini inkar etmək mənasınadır? Camaat gözəl bəyan qabiliyyəti olmadığına görə tanınmamış qalan müctəhid barəsində məsuliyyət daşıyırmi?

Risaləyə əməl etməyin caizliyini bildirən aşkar yazı digərlərini inkar etmək demək deyil. Digərlərinin də bərabər şəraitdə olması, belə ki, hər iki nəfərə və ya bir neçə nəfərə təqlid etməyin caiz olması mümkündür. Amma əgər bir kəs öz risaləsinin əvvəlində yazsa ki, “yalnız bu risaləyə əməl olunmalıdır və bundan başqasına əməl etmək caiz deyil”, bunun mənası digərlərini inkar etməkdir. Hansı ki, kiminsə risalənin müqəddiməsində belə bir şey yazdığını əsla görməmişik. 2Gözəl bəyan qabiliyyətinin insanın tanınmasında rolu olması doğrudur. Lakin bir kəsin gözəl danışıq qabiliyyəti olması və onun elmi məqamı məchul qalsa, araşdırmalardan sonra da onu elmi məqamı aydınlaşmasa, camaatın onunla əlaqədar heç bir vəzifəsi yoxdur. Bu, kəşf olunmamış xəzinəyə bənzəyir ki, camaatın bu barədə heç bir vəzifəsi yoxdur.

Qazının elm əsasında verdiyi hökmün əsası

. İslam respublikasının möhtərəm qazılarının (hakimlərinin) elm (yəqin) əsasında verdikləri hökmlər, nəticə və hökm baxımından iqrar və etiraf əsasında çıxarılan qərar kimidir, yoxsa sübut və dəlil əsasında çıxarılan qərar kimidir, və ya üçüncü yol var ki, heç biri kimi olmayacaqdır?

Hər bir şəraitdə o şəraitin sübut və dəlilinə tabe olmaq lazımdır. Məsələn, hufeyrədən (daşqalaq çalasından) qaçmaq məsələsində dəlil və sübutlar qazının elminə (məlumatına) şamil olmur və cəza qanunu qüvvədən düşmür.

Qruplar: Qəzavət
قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت