Müctəhid qadına təqlid
. Əgər qadın ictihad məqamına yetişsə, onun da (başqasına) təqlid etməsi haramdır?
Bu məsələdə qadın və kişi arasında fərq yoxdur.
Qadının ictihadı
Qadın İslam elmlərinə yiyələnib ictihad məqamına çata bilərmi?
Maneəsi yoxdur. İctihad məqamına çatması mümkündür.
Mütəcəzzi müctəhidə təqlid
Mərcəyi-təqlid mütləq (fiqhin bütün sahələrində) müctəhid olmalıdır, yoxsa mütəcəzzi (bütün sahələrdə deyil, bəzi hissələrində) olsa da olar?
Mütəcəzzi müctəhidə təqlid işkalsız deyildir.
Hakimin hökmünün nüfuzu
Ali həzrətləri, siz hakimin hökmünü nüfuzlu bilirsiniz? Buna əsasən əgər bir mərcəyi-təqlid hökm versə, ona əməl etmək hamıya hətta digər mərcəyi-təqlidlərə də vacibdirmi?
Buna əməl etmək hamıya vacibdir. Yalnız xilafına (hökmün əksinə) yəqin olunan hallar istisnadır.
Müctəhidin cəmiyyətin gündəlik məsələlərindən xəbərsizliyi
Cəmiyyətin müasir dövrdə tələblərindən, ölkənin daxili və xarici siyasətindən xəbəri olmayan, lakin risalədə deyilən şərtlərə malik olan müctəhidə təqlid caizdir?
Caizdir. Bu şərtlə ki, onun verdiyi fitvalar islam cəmiyyətində məfsədəyə və hərc-mərcliyə səbəb olmasın.
Yeni müctəhidlə əvvəlki müctəhidin fitvaları arasındakı fərq
Əgər insana öz keçmiş mərcəyi-təqlidinin fitvasına uyğun olaraq xüms və bu kimi hökmlər vacib, yaxud əməllərindən bəziləri batil və ya şübhəli nəzərə gəlsə, lakin hazırkı mərcəyi-təqlidinin fitvasına görə əməlləri səhih olsa və ya xüms və sair isə vacib olmasa, xahiş edirik buyurasınız ki, öz sonrakı mərcəyi-təqlidinin fitvasına uyğun əməl edə bilərmi ki, nəticədə əməlləri səhih olsun və xüms və s.-i də verməsin?
Bu iş işkalsız deyil.
İxtilaflı məsələlərdə əksəriyyətin nəzərinə əməl etmək
Risalələrdə yazılmışdır ki, ələm müctəhidə təqlid olunmalıdır. Müctəhidlər arasında ələm şəxsi təyin etmək elm əhli və (fiqh elmində) təcrübəli ekspertlər üçün çətin, avam camaat üçün isə qeyri-mümkün olmasını nəzərə alsaq, ixtilaflı məsələlərdə konkret bir nəfərə təqlid etmək yerinə əksəriyyətin nəzərini əməl üçün meyar götürmək olarmı?
Əksəriyyətin rəyi kifayət deyil. Əgər ələm sübuta yetibsə, ixtilaflı məsələlərdə ona təqlid etmək lazımdır. Sübuta yetməyibsə camaat (hansı bir müctəhidə təqlid etməkdə) ixtiyar sahibidir.
İxtilaflı məsələlərdə əksəriyyətin nəzərinə əməl etmək
Risalələrdə yazılmışdır ki, ələm müctəhidə təqlid olunmalıdır. Müctəhidlər arasında ələm şəxsi təyin etmək elm əhli və (fiqh elmində) təcrübəli ekspertlər üçün çətin, avam camaat üçün isə qeyri-mümkün olmasını nəzərə alsaq, ixtilaflı məsələlərdə konkret bir nəfərə təqlid etmək yerinə əksəriyyətin nəzərini əməl üçün meyar götürmək olarmı?
Əksəriyyətin rəyi kifayət deyil. Əgər ələm sübuta yetibsə, ixtilaflı məsələlərdə ona təqlid etmək lazımdır. Sübuta yetməyibsə camaat (hansı bir müctəhidə təqlid etməkdə) ixtiyar sahibidir.
İbadətlərin təqlidsiz yerinə yetirilməsi
Bir şəxs on il təqlidsiz ibadət edərsə, onun ibadəti necədir?
Yubanmadan təqlid etməlidir. Əməllərindən hal-hazırkı mərcəyi-təqlidinin buyruqlarına uyğun olanlar səhihdir. Bundan qeyrisini yenidən yerinə yetirməlidir.
Ehtiyat vacibdə digər müctəhidə müraciət etmək
Xahiş edirik, sizin buyurduğunuz ehtiyat hallarında mərcəyi-təqlidlərin hansına müraciət etməyimizi təyin edəsiniz.
Elmi mərkəzlərdə olan tanınmış mərcəyi-təqlidlərin birinə müraciət edə bilərsiniz.
Müqəllid qazının vəzifəsi
Əgər İslam respublikasında qüvvədə olan (Milli məclis tərəfindən eləcə də keşikçilər şurası və digər qanunverici orqanlar tərəfindən təsdiqlənmiş) dövlət qanunu ilə mərcəyi-təqlidin verdiyi fitva arasında fərq aşkara çıxarsa, müqəllid qazının vəzifəsi nədir?
Qazı müctəhiddirsə öz rəyinə uyğun hökm etməlidir. Əgər zərurət üzündən qeyri-müctəhid mühakimə mənsəbinə təyin edilərsə öz mərcəyi-təqlidinin rəyinə əməl etməlidir. İslam hökumətinin qanunu ilə mərcəyi-təqlidinin rəyi arasında qarşılıqlı ziddiyyət yaranarsa, bu halda ehtiyata əməl etmək mümkün olarsa, ehtiyata əməl etmək daha üstündür. Mümkün olmasa və ya zərər-ziyana, üsr-hərəcə (çətinliyə, məşəqqətə) səbəb olarsa, ümumi və ictimai məsələlərdə İslam hökumətinin qanunlarına üstünlük verilməlidir. Xüsusi məsələlərdə isə öz mərcəyi-təqlidinin rəyinə əməl etməlidir.
Risaləyə əməl etməyin “müczi” olmasının mənası
. Adətən risalələrin əvvəlində ona əməl etməyin caiz olduğunun yazılması digərlərini inkar etmək mənasınadır? Camaat gözəl bəyan qabiliyyəti olmadığına görə tanınmamış qalan müctəhid barəsində məsuliyyət daşıyırmi?
Risaləyə əməl etməyin caizliyini bildirən aşkar yazı digərlərini inkar etmək demək deyil. Digərlərinin də bərabər şəraitdə olması, belə ki, hər iki nəfərə və ya bir neçə nəfərə təqlid etməyin caiz olması mümkündür. Amma əgər bir kəs öz risaləsinin əvvəlində yazsa ki, “yalnız bu risaləyə əməl olunmalıdır və bundan başqasına əməl etmək caiz deyil”, bunun mənası digərlərini inkar etməkdir. Hansı ki, kiminsə risalənin müqəddiməsində belə bir şey yazdığını əsla görməmişik. 2Gözəl bəyan qabiliyyətinin insanın tanınmasında rolu olması doğrudur. Lakin bir kəsin gözəl danışıq qabiliyyəti olması və onun elmi məqamı məchul qalsa, araşdırmalardan sonra da onu elmi məqamı aydınlaşmasa, camaatın onunla əlaqədar heç bir vəzifəsi yoxdur. Bu, kəşf olunmamış xəzinəyə bənzəyir ki, camaatın bu barədə heç bir vəzifəsi yoxdur.
Ehtiyata əməl etməkdə vəfat etmiş müctəhidlərin nəzərləri
Ehtiyata əməl edən şəxs vəfat etmiş müctəhidlərdən verilmiş hökmləri də nəzərə almalıdır?
Əgər məqsəd mütləq ehtiyatdırsa, gərək bütün nəzəriyyələrə baxsın. Lakin məqsədi mərcəiyyət ehtimalı verilən müctəhidlər arasında ehtiyatdırsa, təkcə diri olan alimlərin nəzərlərini öyrənmək, onun üçün kifayətdir.