Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف

Casusluğun cəzası

Nə etdiklərini bilə-bilə İslam ölkəsinin hərbi və qeyri-hərbi sirlərini düşmənə verən və bunun üçün xarici ölkələrdə təlim görmüş casusların hökmü nədir? Onlar bu işin qarşılığında pul alır, bəzən də bunu heç bir mükafat almadan yerinə yetirilər. Onlar müharibdirlərmi?

Casusları müharib qələmə vermək çətindir. Çünki müharibin hədislərdə və fitvalarda olan tərifini casusa tətbiq etmək olmur. Lakin bəzən casusluğun elə formaları meydana çıxır ki, müharibdən daha kəskin, daha güclü nəzərə çarpır. Ümumiyyətlə, casusluğu onların gördükləri işlərə uyğun olaraq qisimlərə bölmək lazımdır: əgər İslamın dayaq sütunlarını sarsıdan, İslam hökumətinin sabitliyini pozan, müsəlmanların canını bu yolla təhlükəyə salan məlumatlara aid olsa, şübhəsiz, bu casus ölümə (edama) məhkumdur. Habelə, onun xaricə verdiyi məlumatlar fəsadın böyük miqyasda yayılmasına səbəb olsa, belə ki, “müfsid fil-ərz” ünvanı əsil mənasında ona aid olunsa, yenə də ölümə məhkumdur. Lakin yuxarıdakı variantların heç biri olmayan xırda məsələləri, misal üçün, çox da əhəmiyyəti və təhlükəsi olmayan məlumatları yadellilərə verərsə, təzir qanunları ona şamil olacaqdır. Təzirin miqdarı isə onun casusluğunun vurduğu zərərin miqdarı ilə mütənasib olacaqdır.

Bir yerdə vəfat edən ata və oğulun irslərinin bölünməsi

Ata və oğul eyni vaxtda və avtomobil qəzasında dünyalarını dəyişmişlər. Atanın başqa üç övladı da var. Digər tərəfdən, mərhum ata ilə birlikdə ölən oğulun da dörd övladı var. Sual budur ki, babanın irsindən bu yetim övladlara bir şey çatırmı?

Atanın əvvəlcə vəfat etdiyini fərz edirik: onun malından bu övlada irs çatır, onun da irs payı yetim övladlarına yetişir. Sonra oğulun əvvəlcə vəfat etdiyini fərz edirik: onun sahib olduğu əmlakın bir hissəsi ataya və bir hissəsi onun övladlarına çatır. Bir sözlə, irs qanununa əsasən onların hər birinə digərinin əmlakından irs çatır və həmin irs onların varislərinə yetişir.

Hədislərdə “əul” sözünün mənası

Xahiş edirik ki, aşağıdakı hədisdə “عالت الفريضه “ cümləsini izah edəsiniz:قال الشعبى: «ما رايت افرض من علىٍّ ولا احسب منه و قد سئل عنه عليه السلام و هو على المنبر يخطب، عن رجل مات و ترك امراته و ابوين و ابنتين، كم نصيب المرئة؟ فقال ـ عليه السلام ـ صار ثُمنهاً تسعاً فلقّبت بالمسئله المنبريه شرح ذلك: للابوين السدسان و للبنتين الثلثان و للمراه الثمن عالت الفريضه فكان لها 3 من 24 ثمنها فلما صارت الى 27 صار ثمنها تسعا فان ثلاثه من 27 تسعها و يبقى 24 للابنتين 16 و 8 للابوين سواء»

Hədisin mənası budur ki, ərinin uşağı olan təqdirdə zövcənin (arvadın) səhmi ilkin hökmə əsasən səkkizdə bir olacaqdır. Lakin valideynin (ata-ananın) və iki qızın səhmləri ilə yanaşı mühasibə olunarsa, onların səhmlərinin məcmusunu toplasaq 27 səhm olacaqdır. (Əgər əmlakı 24 hissəyə bölsəniz 16 pay suluseyn (üçdə iki), 8 pay suduseyn (altıda iki) və 3 pay (səkkizdə bir) olacaqdır. 16, 8 və 3-ün məcmusu 27 pay edir.) Əgər iyirmi yeddi paydan üçünü götürsəniz doqquzda birə bərabər olar. Hədisin təfsiri belədir. Lakin fiqhi nəzəriyyələrə görə digər hədislərə nəzər salmaqla bu məsələdə fikir ayrılığı mövcuddur.

Əmr be məruf və nəhy əz münkərin qüvvədən düşməsi

İslam respublikasında əmr be məruf etmək üçün xüsusi qurum fəaliyyət göstərdiyi təqdirdə əmr be məruf və nəhy əz münkər vəzifəsi digər insanlardan götürülürmü? Onların işi başqalarının işi ilə üst-üstə düşərsə, vəzifə nədir?

Əmr be məruf və nəhy əz münkər ümumi bir hökmdür. Hər kəs öz imkanı daxilində bu işə vəzifəlidir. Belə bir qurumun fəaliyyəti bu məsuliyyəti digərlərinin öhdəsindən götürmür. Üst-üstə düşmə hallarını isə müxtəlif planlaşdırmalarla həll etmək lazımdır.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت