Həcc sona çatandan sonra məssi-meyyit qüslünün vacib olmasını başa düşmək
Bir şəxs təməttö həccinin əməllərini yerinə yetirəndən sonra bir məss-meyyit qüslünun ona vacib olduğunu, habelə digər vacib bir qüslü yerinə yetirmədiyini başa düşsə, həcci səhihdirmi?
Onun həcci səhihdir. Lakin ehtiyat vacib budur ki, təvafları (və səyi, təqsiri) yenidən yerinə yetirsin, qadir olmasa naib tutsun.
Karvan xidmətçilərinin hərəmdən kənara gedib-gəlmələri
Məkkeyi-Mükərrəmədə ət verilən məkan təxminən Tən’im məscidindən 1 kilometr məsafədə yerləşir. Xidmətçi qrupların karvanlara ət almaq üçün həmin məntəqəyə gedib-gəlməyə məcbur olduqlarını nəzərə alsaq, onların təməttö ümrələri və ya vacib həcləri işkallı olurmu? Bu məsələnin hökmü müstəhəbbi və ya naib ilaraq həcc yerinə yetirənlər üçün necədir?
Təməttö ümrəsini yerinə yetirəndən sonra belə məntəqələrə gedib gələ bilər. Müfrədə ümrədə isə, əgər ümrəni yerinə yetirdiyi ay qurtarmamış, xaric olub qayıtsa, ümrəni təkrar etmək lazım deyil. Amma sonrakı ayda qayıtsa sözü gedən Tənim məscidində ehram bağlayıb ümrə yerinə yetirməlidir.
Səyi Mərvədən başlamaq
Bir şəxs Səfa və Mərvədə səy edəndən bir neçə gün sonra və ikinci ehramdan öncə, səyi Mərvədən başlayıb Səfada bitirdiyini başa düşmüşdür. Belə halda səyi təkrar yerinə yetirmək lazımdırmı?
Məsələni bilməmək üzündən olarsa, səyi yenidən yerinə yetirməlidir. Əgər səhv və unutqanlıq üzündən olsa, Səfadan Mərvəyə bir dövrə yerinə yetirməyin kifayət etməsi ehtimalı uzaq görüş deyil. Lakin ehtiyat budur ki, mafiz-zimmə (öhdəsində olmaq) qəsdi ilə yeddi dövrə yerinə yetirsin.
Karvan işçilərinin hərəmdən kənara gedib-gəlmələri
Təməttö ümrəsindən sonra həcc karvanının məsul işçiləri hacıların çadırlarını təyin etmək və onların azuqələrini aparmaq üçün bir neçə dəfə təməttö həccinin ehramı olmadan Ərəfata və Minaya gedib gəlirlər. Onların hökmünü bəyan edin?
Caizdir. Əgər məşəqqəti olmasa, həcc ehramı bağlasınlar.
Uşaq ciftinin paklığı
Müasir dövrdə müsəlman qadınlarının istifadə etdikləri kosmetika maddələrinin çoxu körpənin ciftindən hazırlanır. Ondan istifadə etməyin hökmü nədir? Yeri gəlmişkən, deyin görək, körpənin cifti nəcisdir, yoxsa mütənəccis?
Ciftin nəcis olması barədə sübut yoxdur. ("Ürvə"-nin təliqəsində yazdığımız kimi). Buna görə də qana bulaşmış olmasa və ya (qana bulaşmasında) şübhəmiz olsa, pakdır.
Qadınların gündəlik namazlarda iştirakları
Qadınların gündəlik camaat namazlarında iştirakı məkruhdurmu?
Qadınların gündəlik camaat namazlarında iştirakı məkruhdurmu?
Səfərin başlanğıcı və son nöqtəsi
Qəsr namazının məsafəsində səfərin başlanğıcı və sonu haradan hesablanır?
İki şəhər arasındakı məsafədə meyar, hərəkət başlanan yerin axırıncı evi və məqsədin (çatdığı yerin) birinci evi nəzərdə tutulur.
Torpaq sahəsinin pulunun qalan məbləğinin günün qiyməti ilə ödənilməsi
Bir şəxs torpaq sahəsini 130 min tümən məbləğinə satmışdır. Alıcı isə bu məbləğin yalnız 50 min tümənini satıcıya təhvil vermişdir. İndi on dörd il keçəndə sonra torpaq bahalanmış və müştəri torpağın sahibi olduğunu iddia edir. Halbuki, birinci gündən bəri, torpaq sahəsinin dəyərinin əsas hissəsi olan 80 min tüməni torpaq sahibinə təhvil verməmişdir. Nəticədə torpağı satan iddia edir ki, “pulun təxiri” ixtiyar haqqına əsasən, hətta pulun ödənilməməyi səbəbindən əmlak qayıtmış və özünə məxsusdur. Müştəri də iddia edir ki, əmlak bütövlükdə ona məxsusdur. Məsələnin hökmü necədir?
Təxir ixtiyarı belə hallara aid deyil. Torpaq sahəsi müştəriyə məxsusdur. Lakin bu müddətdə torpaqların qiyməti arasında böyük fərq yarandığına görə ehtiyat vacib budur ki, 80 min tümən məbləğində pulun əvəzini torpaq sahələrinin bugünkü qiymətini nəzərə almaqla versin və yaxud satıcını razı salsın
İki namazı dalbadal (fasilə olmadan) qılmaq
Nə üçün şiələr zöhrlə əsr, habelə məğriblə işa namazlarını bir yerdə qılırlar, amma digər müsəlmanlar bu namazları ayrı şəkildə - beş vaxtda qılır?
Namazları ayrılıqda qılmaq bizim nəzərimizcə də müstəhəb və sünnətdir. Lakin onları birlikdə qılmaq da caizdir. Hətta əhli-sünnə hədislərində də bunu caizliyinə sübut vardır. Buna görə də bunları bir qılmaq rüxsətdir (icazədir) və ayrı qılmaq fəzilətdir.
Vacib həcc üçün ərin icazəsinin şərt olmaması
Həccə getmək üçün “Həcc və ziyarət idarəsi” istitaətli qadından ərinin rəsmi icazəsini tələb edirsə və əri buna icazə vermirsə, qadın nə etməlidir?
Onların vacib həcc üçün ərin icazəsini istəmələrinə inanmaq çətindir. Çünki şəri baxımdan ərin icazəsi lazım (vacib) deyil.
Namazı səhih olmayan şəxsin həcci
Savadsız olan və namazı çox da kamil olmayan, yəni yaxşı öyrənməyən bir nəfər, bütün bunlarda indi mərhum atasının əvəzinə həccə gedir. Onun həcci düzdürmü?
Təvaf namazına kimi olan bu müddət ərzində namazını kamil etsə, maneəsi yoxdur. Əks-halda onun naib olması işkallıdır.

