Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف

Gizlində haram işlər qörənlər

Ayrı-ayrı şəxslər öz mənzillərində, xəlvətdə və başqalarına maneçilik yaratmadan aşağıda sadalanan haram işlər görürlər. İcazəli qazı haram iş törətdiklərinə görə belə fərdləri təzir edə bilərmi? Yoxsa belə bir iş görməyə şəri əsas yoxdur? 1) Əxlaqsız video filmlərə tamaşa etmək; 2) Günah musiqilərin lent yazılarını dinləmək; 3) Əcnəbi qadınların əxlaqsız, intim xarakterli şəkillərini saxlamaq; 4) Qumar alətlərini evdə saxlamaq və onlardan şəxsi istifadə.

Qazı belə hallar üçün də icazəli olarsa və belə hallar barəsində adi yollarla dəlil-sübutlar (elm) əldə edərsə, təzir etmək lazımdır. Amma əgər bu kimi ölçülər fəsadlarla nəticələnəcəksə, onu məxfi saxlamaq lazımdır. Əgər məhkəməyə çağırmaq, xəbərdarlıq etmək, nəsihət vermək və öhdəlik (iltizam) almaqla bu işdən çəkinərsə, həmin miqdarla kifayətlənmək lazımdır.

İndiki zamanda ənfalın hökmü

Ayələrin və hədislərin zahirinə əsasən ənfal, dünyanın hər yerində olan bütün səhralara, çöllərə, dağlara, meşələrə, dənizlərə və s. şamil olur. Lakin hazırkı şəraitdə beynəlxalq coğrafi sərhədlər bütün ölkələr tərəfindən qəbul olunduğu halda, ənfal da bu sərhədlər çərçivəsində məhdudlaşırmı?

Ənfal hədislərinin zahiri mənası, hətta onların əksəriyyətinin aşkar buyruqları göstərir ki, yer üzündə olan bütün mənfəətlərə şamil olur. Lakin aydındır ki, İslam hakimi və vəliyyi-fəqih müsəlmanların məsləhətlərinə müvafiq olaraq beynəlxalq qanunları nəzərə ala bilər.

Qruplar: Ənfal

Çanaq sümüyünün sınması

Avtomobil başqa maşınla toqquşmuş və sürücünün çanaq sümüyü sınmışdır. Müalicədən sonra sınan yer sağalsa da, sol ayağı 3 sm qısalmışdır. Habelə, zərərçəkən hadisə nəticəsində öz nəcisinin qarşısını ala bilmir. Bu xəsarətlərin diyəsi müqəddəs İslam hökmlərinə uyğun olaraq nə qədərdir?

Əgər nəcisi saxlamaq qüvvəsi tamamilə aradan getmişdirsə, buna görə bütöv diyə ödənilməlidir. Sınmış çanağın diyəsində isə ekspertlərə müraciət etməklə onun naqisliyinin faizi müəyyən olunmalı və tamam diyə ilə müqayisədə həmin miqdar ödənməlidir. (Onun neçə faizi aradan getmişdirsə, ona mütənasib şəkildə ödənməlidir.)

Müqəssir sürücünün və sərnişininin diyəsi

Avtobusun peykan markalı yükdaşıyan avtomobil ilə toqquşması nəticəsində avtomobilinin sürücüsü və onun yanında oturan şəxs həlak olur. Yol polisi yükdaşıyan avtomobilinin sürücüsünü hadisədə təqsirli bilirsə, hökm necə olacaqdır?

Əgər yükdaşıyan avtomobilin sürücüsü yol hərəkəti qaydalarını öz ölümündə özü təqsirli bilinəcək bir şəkildə pozmuşdursa, qanı hədərdir. Onunla birlikdə həlak olmuş şəxsin diyəsi də onun əmlakından verilməlidir. Əgər o, yol hərəkəti qaydalarını ölüm hadisəsində təqsirli bilinəcəyi bir formada pozmamışdırsa, yəni hər iki tərəf təqsirli bilinirsə, hər ikisinin diyəsinin yarısını avtobus sürücüsü ödəməlidir və ölən ikinci şəxsin diyəsinin yarısı yükdaşıyan peykan avtomobilinin sürücüsünün malından götürülməlidir. Belə hallarda məlumatı olan insanların sözləri - onların etibarlı şəxs olduqları surətdə, sübut sayılır.

Başqasını naib tutan naib

Atanın bir neçə övladı var. O, özünün bütün əmlakını və mal-dövlətini müsalihə ünvanı ilə iki oğluna vermiş və bağlamışdır ki, öləndən sonra ən çoxu dörd il ərzində onun tərəfindən bir kəsi “həccətul-islam” yerinə yetirmək üçün göndərsinlər. Övladı şərtinə uyğun əməl edərək, dördüncü il öz məntəqəsindən bir kəsi həccə yollamışdır. Bu naib isə başqa şəhərə çatanda özü getməyib, başqa bir kəsi “Miqat həcci” üçün göndərmiş və “Miqat həcci” yerinə yetirilmişdir. Halbuki, mərhumun övladlarının bundan xəbərləri yox idi. (Yeri gəlmişkən, oranın camaatı Miqat həccinin nə olduğunu bilmir, “həcc üçün naib olmaq” - deyəndə “Bələd həcci” başa düşülür.) Sualımız budur ki:1) Naibin ikinci şəxsi naib tutmaq haqqı varmı?2) Mərhumun əvəzinə yerinə yetirilmiş həcc səhihdirmi? (Həcc vəzifəsi) mərhumun boynundan götürülmüşdürmü?3) Atanın bütün mal-dövlətini övladların hamısına deyil, təkcə ikisi ilə müsalihə etməsinin hökmü nədir?4) Şərtə əməl olunubmu? Mərhumun digər övladları iddia edirlər ki, şərtə əməl olunmayıb. Buna görə də onun mirası varislər arasında bölünməlidir.

1) Naibin başqasını naib etməyə haqqı yoxdur. 2)Yerinə yetirilmiş həcc səhihdir və mərhumun öhdəsindən götürülmüşdür. 1) Müsalihə öz qüvvəsində qalır. 2) Oğlu həcc pulunu birinci naibdən almalıdır. Yaxşı olar ki, varislər arasında bölsün.

Mülkiyyətinin necəliyi məlum olmayan torpaqlar

Ata-babalarımızdan bizə mülk və torpaq sahələri irs çatmışdır, lakin onların necə əldə olunduğu bizə məlum deyil. Biz bu torpaqları digər əmlak kimi irs qanunu ilə bölüşdürə bilərikmi?

Bu torpaqları sizin ata-babalarınız abadlaşdırmışdırsa, ondan qabaq isə sahibsiz idisə, irs qanunu əsasında onların vərəsələrinə çatır. Habelə onlar bu torpaqları pulla (satın) almışlarsa və bu torpaqların keçmişinə dair heç bir sənəd mövcud deyilsə, şahid və sübut da yoxdursa, mülk kimin əlindədirsə, onunkudur. Yəni, sizin əcdadlarınızın mülkü olmuşdur və irs qanununa əməl etməlisiniz.

Mülkiyyətinin necəliyi məlum olmayan torpaqlar

Ata-babalarımızdan bizə mülk və torpaq sahələri irs çatmışdır, lakin onların necə əldə olunduğu bizə məlum deyil. Biz bu torpaqları digər əmlak kimi irs qanunu ilə bölüşdürə bilərikmi?

Bu torpaqları sizin ata-babalarınız abadlaşdırmışdırsa, ondan qabaq isə sahibsiz idisə, irs qanunu əsasında onların vərəsələrinə çatır. Habelə onlar bu torpaqları pulla (satın) almışlarsa və bu torpaqların keçmişinə dair heç bir sənəd mövcud deyilsə, şahid və sübut da yoxdursa, mülk kimin əlindədirsə, onunkudur. Yəni, sizin əcdadlarınızın mülkü olmuşdur və irs qanununa əməl etməlisiniz.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت