Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف

Qisas haqqının xüsusi və ya ümumi olması

İslamda adam öldürmə ümumi (ictimai) xarakter daşıyır, yoxsa xüsusi (şəxsi)? Qan sahibləri (qəyyum) əfv edərsə şəri hakim müxtəlif təzirlər (yüngül cəza növləri) nəzərdə tuta bilərmi?

İslam dinində adam öldürmə xüsusi xarakter daşıyır. Qan sahiblərinin əfv etməsi ilə qisas hökmü qüvvədən düşür. Amma bu işin (əfvin) təkrarı ictimaiyyət arasında müəyyən mənfi təsirlər qoyarsa, ictimai asayişi, nizam-intizamı pozarsa, məsələ ümumi xarakter alacaq və ikinci dərəcəli hökmlər meydana gələcəkdir. Yalnız sualda qeyd olunan formada deyil, şəhərlərdə, kəndlərdə baş verən buna oxşar hallarda da şəriət hakimi nizam-intizamın qorunmasında müqəddimə kimi münasib təzirlərdən istifadə edə bilər. Bu məsələni şəriətdə şəxsi xarakter daşıyan digər hallara da aid etmək və problemin ümumi xarakter aldığı vaxt, təzirlərdən istifadə etmək olar. Bunu da qeyd etmək lazımdır ki, mövzunu ayırd etmək şəri hakimin öhdəsindədir. Bəzən belə məsələlərdə təcrübəli ekspertlərin də rəyini öyrənmək lazım gəlir.

Əri itkin düşmüş qadının hökmü

Əri itkin düşmüş qadının vəzifəsi nədir? Bu müddətdə onun nəfəqəsi haradan təmin olunmalıdır?

Əri itkin düşmüş qadın barədə bir neçə hal mümkündür:1) Əgər bir xəbər gələnə qədər gözləyərsə, eybi yoxdur və onun nəfəqəsi ərinin malından ödənilməlidir.2) Əgər vəli və ya başqası tərəfindən (xərclərinə) kömək edən olsa, gözləməlidir. Yalnız ağır məşəqqət və ya mühüm bir zərər meydana çıxan halda, şəriət hakimi onun talağını verə bilər. 3) Bu iki haldan başqa hallarda şəriət hakiminə müraciət edə bilər. O, 4 il müddətində onun itdiyi məntəqələrdə axtarış aparacaq. Heç bir məlumat əldə etmədiyi təqdirdə öncə onun vəlisinə talaq təklifi verəcəkdir. O, talaq verməsə, hakimin özü talaq verəcək, sonra qadın talaq iddəsi saxlayacaqdır. (Hərçənd rici talaq iddəsi saxlaması ehtimalı güclü olsa da, mümkün olan qədər ehtiyat tərk edilməməlidir.) Bundan sonra ərə gedəcəkdir. Qız iddədə olan zaman birinci əri tapılıb qayıtsa, ərə getməyə üstünlük verilir. İddədən sonra gəlsə – hətta qadın yenidən ərə getməmişsə – talaq öz qüvvəsindədir. Yalnız iki tərəfin razılığı və yeni oxunan əqdi ilə qayıtmaq imkanı vardır.

İslam dininin qadına münasibəti

Bəzən ictimaiyyətdə İslam dininin qadına qarşı mənfi fikirdə olduğu haqda fikirlər söylənir. Məsələn, deyilir ki, qadının ağlı naqisdir, yaxud qadın ərinə etiraz etsə cəhənnəmdə yanacaq. Halbuki kişi öz qadınına zülm edəndə, spirtli içkilər içəndə onun haqqında deyilmir ki, Cəhənnəmdə yanacaqdır. İslam dininə görə qadının heç bir üstünlüyü yoxdur? Nə üçün İslam dinində qadınlar haqqında belə sözlər səslənir?

İslam dininin qadın və onun hüquqları ilə bağlı tərzi-təfəkkürünə nəzər salın. İslam dini qadını kişi kimi tam mənasında müstəqil və azad sayır. Qadını sevməyi peyğəmbərlərin xüsusiyyətlərindən biri hesab edir. مِنْ اخْلاقِ الْانْبِياءِ حُبُّ النِّساءِDigər hədisdə oxuyuruq: Hər kəs həyat yoldaşına əzab-əziyyət verməklə onu malını verib canını qurtarmağa məcbur etsə, Allah onun əri üçün cəhənnəmdən aşağı cəzaya razı olmayacaq. Çünki Allah-taala zülm olunan qadına görə yetim (və onun tapdanmış hüquqları) üçün qəzəbləndiyi qədər qəzəblənər. Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunan digər hədisdə deyilir: Cəbrayıl qadın barəsində o qədər tapşırıqlar verdi ki, güman etdim, aşkar günahdan başqa səbəbdən talağ (boşanma) məsləhət deyil. Eləcə də çox saylı ayə və hədislər İslam dinində qadının rolunu və dəyərini göstərir. Onları mütaliə etməklə aydın olur ki, İslam dininin qadın və onun hüquqları haqda mənfi fikirdə olması fikri yanlışdır və bu sözü deyən insan İslam qanunlarından bixəbərdir.

Edama məhkum edilmiş şəxsdən talaq almaq

Bir qadının əri narkotik maddələrdən istifadə edir, bir müddət olar ki, yoxa çıxmış (qaçmış) və edama məhkum edilmişdir. Onun arvadının talağı hansı şəkildədir?

Əgər (kişi) qaçmışdırsa və qayıdacağına ümid yoxdursa, habelə qadın dözülməz məşəqqətə düşmüşdürsə və belə bir kişi ilə yaşamaq onun üçün mümkün deyilsə, şəriət hakimi onun talağını verə bilər. Amma əgər gözləyə bilirsə, habelə ərinin qayıdacağına ehtimal varsa və onunla yaşamaq mümkündürsə, onun hökmü “talağı verilməmək”dir.

İtkin düşmüş ərdən talaq almaq

Bir qadının ərinin filan hadisədə öldüyü yoxsa itkin düşdüyü məlum deyilsə və son dörd ildə ondan heç bir xəbər yoxdursa, qadın başqası ilə evlənə bilərmi?

Başqa kişiyə ərə getməyə haqqı yoxdur. Yalnız o halda ərə gedə bilər ki, onun ölümünə yəqin etmiş olsun, yaxud şəriət hakiminə müraciət etmiş olsun ki, sözü gedən şəxs barəsində araşdırma aparmağa göstəriş versin və şəri mərhələləri keçəndən sonra onun talağını versin.

Toydan öncə baş vermiş zinanın cəzası

Əgər bir şəxs kəbindən sonra və toydan (cinsi əlaqədən) öncə zina etsə, şallaqdan əlavə, onu sürgün etmək və saçlarını qırxmaq lazımdırmı? Cavab müsbətdirsə, deyin, cinsi yaxınlığın mümkünlüyünün hökmdə təsiri varmı?

Başını qırxdırmaq və sürgün etmək lazımdır. Cinsi yaxınlıq üçün şərait və imkan da burada şərt deyil. Yalnız qadının uzun müddət məcburən ərindən ayrı qaldığı hal istisnadır.

Ziharın kəffarəsin

Mən 24 il olar ki, öz arvadımla bir yerdə yaşayıram və altı uşaq sahibiyik. Bu illərdə daim qayınatam, qayınanam və qaynım işlərimə birbaşa müdaxilə ediblər. Çox acı həyat keçirmişəm. Belə ki, bir müddət öncə artıq bıçaq sümüyə dirəndi və arvadımdan ayrılmaq qərarına gəldim. Öz qərarımda ciddi olduğuma görə bir neçə dəfə (amma Fars dilində) dedim: “Arvadım mənim üçün bacım və anam kimi olsun!” Hal-hazırda arvadım öz keçmişindən peşman olmuş və söz vermişdir ki, bir daha əvvəlki kimi öz qohumlarının təhrikli sözlərinə qulaq asmayacaq. Mən də istəyirəm ki, onun üçün (sözündə sadiq olmasını bilmək üçün) yeni bir fürsət yaradım və onunla yaşayım. Yuxarıda söylədiklərimə əsasən onunla bir ər-arvad kimi yaşaya bilərəmmi?

Əgər bu sözü iki şahidin olduğu bir yerdə demişsinizsə, o qadın da adət (heyz) halında olmamışdırsa, pak olandan sonra onunla yaxınlıq etməmişsinizsə, kəffarə verməlisiniz. Onun kəffarəsi iki ay oruc tutmaqdır ki, onun otuz bir günü ardıcıl şəkildə (arada fasilə olmadan) olmalıdır. Oruc tutmağa gücünüz çatmasa, 60 miskinə yemək verməlisiniz. Amma iki adil şahidin şahidliyi ilə olmamışdırsa, heç bir kəffarəsi də yoxdur və bu söz təsirsizdir. Qeyd etmək lazımdır ki, kəffarə lazım olan surətdə kəffarə verməyənə qədər (qadın sizə) halal olmayacaqdır.

Müharibədə itkin düşmüş insanların arvadlarının vəzifələri

Uzun illərdir ki, İran-İraq müharibəsində itkin düşənlərin arvadları onlar barəsində heç bir məlumat əldə edə bilməmişlər. Onlar hansı surətdə evlənə bilərlər?

Ərlərinin vəfat etdiklərinə yəqin əldə etsələr, evlənmək caizdir. Qeyri halda bu şəkildə yaşamaq onlar üçün ağır məşəqqətə səbəb olursa, şəriət hakimi onların talaqlarını verə bilər. Məşəqqətin olmadığı təqdirdə isə şəriət hakiminin göstərişi ilə dörd il müddətində onlar barəsində tədqiqat aparılmalıdır. Müsbət nəticə verməsə və əsər-əlamət tapılmasa, şəriət hakimi onların talağını oxuyacaqdır.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت