Əqd siğəsinin nikahdakı tərəflərin dilində oxunması
Bildiyiniz kimi, alğı-satqı, icarə, nikah və s. qəbildən olan əqdlərin hökmlərində əqdin tərəfləri (və ya onların vəkilləri) icab və qəbul üçün – xüsusilə nikah əqdində – siğə oxumalıdırlar. Siğə dedikdə hər hansı ifadə və dillə olan sözlər və cümlələr nəzərdə tutulur. Əlbəttə, zatən məqsəd, ilk növbədə sözlərin və cümlələrin mənaları və məfhumlarıdır. Buna görə də ağıl və məntiq hökm edir ki, siğə izdivac tərəflərinin, hadisənin şahidlərinin və məclisdə hazır olanların tanış olduqları dildə oxunmalıdır. Sual budur ki, ərəb olmayan şəxs üçün bu siğənin ərəb dilində oxunmasının nə vacibliyi (lüzumu) var? Halbuki, hər bir kəs öz ana və rəsmi dilində hər hansı mətləbi daha yaxşı bəyan edə, başa sala və anlaya bilər.
Siğənin icra olunması tərəflər üçün anlaşılan hər hansı dillə oxunsa, caizdir. Yalnız nikah və talaq siğələrində ehtiyat budur ki, siğə ərəb dilində oxunsun, bu şərtlə ki, onun mənasını bilsinlər. Buna görə də siğəni icra edən şəxs ərəb dili ilə tanış olmasa, onu öz dilində də icra edə bilər.
İki yerdə namazı camaatla qılmaq
Bayram namazını camaatla iki məkanda qılmaq olarmı?
İşkallıdır. Lakin gündəlik namazları iki dəfə iki müxtəlif camaatla qılmaq olar.
Məşərdən çıxarkən ərin arvadı ilə yanaşı olması
Bayram axşamı, gecə yarısından sonra qadınları Minaya aparırlar. Qadını ilə o qrupda olan kişi, öz xanımı ilə birgə Minaya gedə bilərmi?
Əgər xanımı ilə bir yerdə olması zəruridirsə, caizdir, əks halda caiz deyil.
Xidmətçilərin Məşərdə qalmamağı
Bayram axşamı karvan işçiləri gecə yarısından sonra qadınlarla Minaya gedir və yenidən Məşərə qayıtmırlar. Bunun kəffarəsi varmı, həcləri səhihdirmi?
Onlara yol göstərmək və işlərini yerbəyer etmək üçün onlarla getmələri lazımdırsa, maneəsi yoxdur və kəffarə də lazım deyil.
Uzun müddətli yatırımların xümsü
Banklara uzun müddətli əmanət qoyulan və banklar tərəfindən dövriyyədə olan pullara xüms düşürmü?
Onun xümsünü ödəmədiyi təqdirdə xümsünü verməlidir.
Bank faizi
Bankların öncədən şərt qoymaqla kredit müqabilində aldıqları 13%-lik qazanc (mənfəət) və ya banka yatırılan uzun müddətli pulların müqabilində verdikləri 10%-lik qazanc, sələm sayılırmı?
Əgər bankın şəri əqdlər və sələmdən xilas olmaq yolları haqqında olan nizamnamələri həyata keçirilsə, işkalı yoxdur.
Bank faizi
Bankların öncədən şərt qoymaqla kredit müqabilində aldıqları 13%-lik qazanc (mənfəət) və ya banka yatırılan uzun müddətli pulların müqabilində verdikləri 10%-lik qazanc, sələm sayılırmı?
Əgər bankın şəri əqdlər və sələmdən xilas olmaq yolları haqqında olan nizamnamələri həyata keçirilsə, işkalı yoxdur.
Məscidin tikiləcəyi yerin bankdan götürülən kredit pulla alınması
Bankdan kredit pul götürməklə məscidin inşası üçün yer alınsa və kredit hissələri ödənilməsə, bank öz haqqını bütövlükdə almaq üçün məscidin ərazisindən istifadə edə bilərmi?
Bankın bu ərazini öz mülkiyyətinə keçirməyə haqqı yoxdur. Yalnız öz kreditini tələb etməyə haqqı var. Lakin kredit verərkən şərt olunsa ki, kredit pulları ödənməsə ərazi bankın istifadəsinə veriləcək, bu halda ərazini öz mülkiyyətinə keçirməyə haqqı var. Bundan əlavə, kreditin riba (sələm) ilə yanaşı olan kredit olmasına deyil, şəri əqdlərə uyğun olmasına da diqqət yetirməyiniz lazımdır.
Başın məsh olunan yeri
Başın yalnız qabaq hissəsinə məsh çəkilməlidir, yoxsa başın dalına və ya iki tərəfinə də məsh çəkmək olar?
Məshin yeri yalnız başın qabaq hissəsidir.
Abortun diyəsi
Bağlanan (mayalanan) nütfəni (spermanı) tələf etməyin, habelə uşağı saldırmağın diyəsi nə qədərdir?
Yalnız (mayalanmış) nütfə olsa, 20 şəri misqal qızıl (20 dinar), bağlanmış (laxta) qan şəklində olsa 40 misqal (40 dinar), müzğə (ət) şəklində olsa 60 misqal (60 dinar), ətsiz sümük şəklində olsa 80 misqal (80 dinar), əgər kamil uşaq olsa, amma ruhu və hərəkəti olmasa 100 misqal qızıl (100 dinar) və ona ruh verildiyi təqdirdə isə 1000 misqal (1000 dinar) oğlan uşağı üçün və 500 misqal (500 dinar) qız uşağı üçün diyə verilməlidir. (Şəri misqal dedikdə 18 noxud nəzərdə tutulur ki, bu da dövriyyədə olan misqalın dörddə üçü deməkdir.)
Partlayıcı maddələrlə ov etmək
Bəziləri qumbara və sair partladıcı maddələrdən istifadə etməklə balıq ovlayırlar. Belə ki, baş verən partlayış dalğasının nəticəsində balıqlar suyun üzərinə çıxır və balıqçılar onları suyun üzündən yığırlar. Belə balıqlar halaldırmı?
Əgər balıqlar dənizdən diri və ya yarımcan halda tutulsa, halaldırlar.
Namazdan sonra əl verib görüşmək
Bəzi tələbələrin fikrincə, namazdan sonra əl verib görüşməyin hökmü hədislərdə gəlmədiyinə görə, bu iş bidətdir və onu tərk etmək lazımdır. Digər tərəfdən də, namazdan sonra əl verib görüşmək tərk olunarsa camaat namazının xas hədəfləri layiqincə icra olunmayacaqdır. Bunları nəzərə almaqla xahiş edirik ki, namazdan sonra əl verib görüşməyin hökmünü bəyan edəsiniz.
Bidət odur ki, dində olmayan bir şeyi dinin bir hissəsi adı ilə yerinə yetirsinlər və ya əməldə belə bir fikri bəyan etmiş olsunlar. Buna əsasən əl verib görüşməyi mütləq mətlub olan (namazdan da qeyri hallarda, ümumi şəkildə istənilən) əməl məqsədilə yerinə yetirsələr və bəzən də bunu tərk etsələr, heç bir işkal (problem) yaranmayacaqdır.