Müsafirin cümə namazında iştirakı
Müsafir təharətlə cümə namazının yalnız iki xütbəsinə qulaq asarsa, zöhrün iki rükətinin yerinə kifayət edirmi? Ümumiyyətlə, müsafir cümə namazında iştirak edə bilərmi?
Müsafir cümə namazında iştirak edə bilər, namazı da (zöhrün əvəzində) kifayət edir. Lakin iki xütbəni dinləmək kifayət deyil və cümə namazının iki rükətini qılmalıdır.
Məchulul-malik namazxanalar
Universitetdə adətən namaz qılmaq üçün xüsusi yer ayrılır. Bu yerlər məchulul-malik (sahibi məlum olmayan, naməlum) olduğuna görə (əsl sahibi məlum deyil) tələbələrə bu məkanlarda namaz qılmaq üçün bir məbləğdə pul fəqirlərə vermək lazımdırmı? Bu məsələ universitetdə tədris etmək barəsində də qüvvədədirmi?
Namaz üçün ayrılan məkan hökumətin əlindədirsə və onun vəziyyəti sizə aydındırsa, orada namaz qılmağın universitet rəhbərliyinin icazəsi ilə heç bir maneəsi yoxdur. Bir şey vermək də lazım deyil. Lakin doğrudan da məchulul-malikdirsə və sahibini tanımaq üçün heç bir yol yoxdursa, bu halda namazı qılıb və müqabilində bir qədər pul yoxsullara verə bilərsiniz.
Sahibləri boşaldılmasına israr edən kirayə edilmiş məkanlarda namaz qılmaq
Kirayə götürülmüş bəzi dövlət idarələri və məkanlarının sahibləri bu məkanların boşaldılmasına israr edir və öz narazılıqlarını bildirirlərsə, bu binaların çarəsizlik üzündən hələ də dövlət orqanlarının ixtiyarında olduğunu nəzərə alsaq, belə məkanlarda namaz qılmağın hökmü nədir?
Qəti zərurət halında eybi yoxdur.
Nəcisin quyu suyunda təsiri
Xuzistan vilayətinin kəndlərindən birində qəlil suyu olan üç quyu bir-birinin yanındadır. Bu quyuların birindən it su içib (yalayıb) və digərinə nəcis bir şey tökülüb. Amma üçüncüsü pakdır. Lakin biz onlardan hansının pak olduğunu bilmirik. Bu halda şübhə, məhsurə (məhdud, sayı məlum olan) sayılır? Onların hamısından çəkinmək lazımdır?
Əgər bunlar su çıxan (qaynayan) adi quyulardırsa, sadəcə nəcisə toxunmaqla nəcis olmurlar. Yalnız o halda nəcis olur ki, onların rəngi, iyi və dadı dəyişmiş olsun.
Aylıq adətinə görə təməttö ümrəsini yerinə yetirməyən qadın
Aylıq adət halında olduğuna görə təməttö ümrəsinin əməllərini yerinə yetirməyən qadın, doqquzuncu günün səhəri Ərəfatda pak olur. Lakin təməttö ümrəsinin əməllərini yerinə yetirmək üçün Məkkəyə gəlmək yolda izdiham olduğuna və ya yoldaşı olmadığına görə mümkün deyil. Vəzifəsi nədir?
Onun həcci ifrad həccinə çevrilir və davam etməyi lazımdır. Həcci tamamladıqdan sonra müfrədə ümrə yerinə yetirməlidir.
Qütbdə qiblə
Hər hansı bir yolla, ya səfər üçün ya da qəbul etdiyi işlə bağlı qütbə səfər etmiş bir şəxsin, uzun müddət orada qalmaq fikri var. (Yeri gəlmişkən demək lazımdır ki, qütbdə altı ay gündüz və altı ay gecə olur.) Bunları nəzərə almaqla, bu şəxsin namazı, orucu və qibləsi necə olacaqdır? Əgər bir şəxs Aya səfər etmək fikrinə düşərsə, səfər boyu onun namazı, orucu və qibləsi (kosmik gəminin içində) və ayın üzərində necə olacaqdır?
Orta məntəqələrə uyğun əməl etməlidir. Bu haqda "Qütblərdə namaz və oruc" kitabında şərh vermişik. Lakin qütb məntəqələrində qibləni tapmaq çətin deyil. Məkkə ilə ən az məsafəsi olan səmtə tərəf dayanmalıdır. Buradan da fəzada olan şəxslərin namaz və oruclarının hökmü məlum olur. Fəzada səfərdə olanlar üçün qiblə, yer və onun fəzada olan hərəkəti səmtinədir.
Mehrus-sünnənin qramla miqdarı
500 dirhəm olan mehrus-sunnənin bir dirhəmi neçə qrama bərabərdir?
Hər dirhəm təxminən 2,5 qramdır. Buna görə də 500 dirhəm təxminən 1250 qram miqdarında olur.
Əcir tutulan şəxsin əməlləri üçün savab
Allah taala ibadətləri yerinə yetirmək, məscid və hüseyniyyə tikmək kimi əməllər üçün əcir olan (işə götürülən) və zəhmət haqqı alan şəxslərə savab verirmi?
Əgər əcir tutulan şəxsin məqsədi o əməlləri bəndələrin borcdan xilas olması üçün yerinə yetirmək və məsuliyyətini yerinə yetirmək olarsa, savabı var.
Mehrus-sunnənin qiymətində meyar
İndiki zamanda sikkəli dirhəm olmadığı üçün mehrus-sunnənin qiymətində meyar ümumi gümüşün dəyəridirmi?
Sikkəli dirhəm olmadığı şəraitdə, belə fərz etməliyik ki, əgər mövcud olan gümüş sikkəli və işlənən (tədavüldə) olsaydı, onun qiymətinə nə qədər əlavə olunardı, bu qiymət fərqini təxmini şəkildə hesablayıb ona artıraq. Bu hökmün müstəhəbbi bir hökm olduğuna görə təxmini mühasibələrin burada ziyanı yoxdur.
Ehram əsnasında heyz olan qadınların vəzifəsi
Ümrədə ehram halında, ya ehramdan öncə, ya da ehramdan sonra heyz olan qadının vəzifəsi nədir?
Bu qadının ehramı hər bir halda səhihdir. Lakin pak olana qədər gözləməli, sonra təvafı və onun namazını yerinə yetirməli, sonra isə ümrənin digər əməllərini yerinə yetirməlidir.
Bilərəkdən pozduğu orucun saylarında olan şəkk
Bir kəs bilərəkdən Ramazan ayının bir neçə gününün orucunu pozmuşdur. Lakin onun dəqiq sayını bilmir. Onun vəzifəsi nədir?
Neçə günün orucunu pozduğuna yəqini varsa, həm qəzasını yerinə yetirməli, həm də hər gün üçün kəffarə verməlidir. Əgər yükü ağır olsa və gücü çatmasa, Şəriət risaləsində 1402-ci məsələdə dediklərimizə uyğun əməl etsin.
İki nəfərin bir meyit üçün əcir olunması
İki nəfər və daha artıq adam bir gündə eyni meyyit üçün oruc tuta bilərmi? Habelə imam və məmumun hər ikisi bir nəfərin niyyətinə namaz qıla bilərlərmi?
İki nəfər və daha artıq adam bir gündə eyni meyyit üçün oruc tuta bilərmi? Habelə imam və məmumun hər ikisi bir nəfərin niyyətinə namaz qıla bilərlərmi?
Daimi əqdin yerinə müvəqqəti əqd siğəsinin oxunması
Qadın kişini daimi kəbinin icrası üçün vəkil tutmuşdursa, kişi isə müvəqqəti kəbinin icra olunduğunu iddia edərsə (özü də bir neçə ildən sonra), kəbinin, mehriyyənin, ər-arvad və uşaqlar arasındakı irsin hökmü nədir?
Kişinin düz dediyinə və müvəqqəti kəbin oxuduğuna yəqini olsa, kəbin batildir, kişi və qadın bir-birindən irs aparmırlar. Lakin uşaqları onlardan irs aparırlar. Amma kişi bu kəbinin batil olmasını bilirdisə, bu halda uşaqlar yalnız qadından irs aparırlar, kişidə yox. Kişi barəsində isə zina cəzası icra edilməlidir və hər bir halda qadının mehrul-mislini (mövcud mehriyyə dəyərini) ödəməlidir.
Çəkilərində fərq olan halda qızılın qızıla satılması
Çəkilərində fərq olarsa qızılın qızıla müamiləsinin işkalı varmı?
Qızılın qızıla müamiləsi, çəkilərinin arasında fərq olsa, caiz deyil, baxmayaraq ki, onlardan biri keyfiyyətli növdən, digəri isə keyfiyyətsiz növdən olsun. Müamilənin səhih yolu budur ki, keyfiyyətli növü pula çevirib alsınlar və sonra ikinci növü həmin yolla satsınlar.