İsticari orucu pozmaq
İsticari orucu zöhrdən sonra açmaq caizdirmi?
Maneəsi yoxdur.
Çek və siftə ilə rəhn
Ticarət sənədlərində (çek, siftə, bərat) lazım olan məsələlərdən biri də onların arxasını imzalamaqdır ki, onların arxasını imzalamaqla bu sənədlərin digərinə köçürülməsi başa çatır. Lakin bunların tacirlər arasında ticarət dəyərinə malik olduğunu, hətta nağd pulun əvəzinə müamilə olunduğunu və dəyişdirildiyini nəzərə alsaq, bu sənədləri müstəqil şəkildə (bankda hansısa müqavilə ilə birlikdə vəsiqə sayılsın) rəhn olunmuş mal (vəsiqənin girovunda mal) adı altında vəsiqə və ya girov qoymaq olarmı?
Əgər çek və ya siftə mötəbər bir şəxs tərəfindən olsa, onu vəsiqə olaraq qəbul etmək olar.
Zifafdan öncə nəfəqə
Toy (nikah) mərasimi ilə zifaf gecəsi (müştərək həyatın ilk gecəsi) arasında, nə qədər ki, qız ər evinə getməyib, ərdən nəfəqə (xərclik) alması adət deyil. Əgər zövcə bir müddətdən sonra o dövrdəki nəfəqəsini tələb edərsə, onun nəfəqə almağa hüququ vardırmı? Halbuki, hələ tam şəkildə təslim olmayıb.
Nəfəqə almağa haqqı yoxdur.
Evlənməyə qadir olmadıqda cinsi qabiliyyəti aradan aparmaq
Əgər bir kişi heç bir vəchlə evlənməyə qadir deyilsə, yəni həyatının bütün sahələrində həmişə məğlubiyyətlə üzləşirsə və hətta ən yüngül və sadə şəkildə belə, evlənməyə qadir deyilsə, evlənməmək isə onun orqanizmində müxtəlif fəsadların və problemlərin yaranmasına səbəb olursa, dərman atmaq və ya cərrahiyyə əməliyyatı vasitəsilə öz cinsi qüdrətini aradan apara bilərmi?
Caiz deyil. Allah taala onun üçün bir çıxış yolu yaradana qədər səbirli olmalıdır.
Kürəkəndən alınan məbləğin xümsü
Əfqanıstan xalqının və şiələrinin arasında belə bir adət var ki, ailə qurularkən qızın atası kürəkəndən mehriyədən əlavə, müəyyən məbləğdə pul da alır. Bu pul halaldırmı? Əgər üstündən bir il keçsə, ona xüms düşürmü?
Əgər sözü gedən pulu nikah əqdinin daxilində şərt olaraq ata üçün nəzərdə tutsalar, halaldır və bir il keçməklə xüms ona vacib olur.
İki nəfərin bir meyit üçün əcir olunması
İki nəfər və daha artıq adam bir gündə eyni meyyit üçün oruc tuta bilərmi? Habelə imam və məmumun hər ikisi bir nəfərin niyyətinə namaz qıla bilərlərmi?
İki nəfər və daha artıq adam bir gündə eyni meyyit üçün oruc tuta bilərmi? Habelə imam və məmumun hər ikisi bir nəfərin niyyətinə namaz qıla bilərlərmi?
Müsafirin cümə namazında iştirakı
Müsafir təharətlə cümə namazının yalnız iki xütbəsinə qulaq asarsa, zöhrün iki rükətinin yerinə kifayət edirmi? Ümumiyyətlə, müsafir cümə namazında iştirak edə bilərmi?
Müsafir cümə namazında iştirak edə bilər, namazı da (zöhrün əvəzində) kifayət edir. Lakin iki xütbəni dinləmək kifayət deyil və cümə namazının iki rükətini qılmalıdır.
Hərəmdə vəfat edən şəxsin yerinə naib olmaq
Fəqihlərin dediklərinə görə bir kəs istitaətdən neçə il sonra və ya istitaətinin birinci ilində Məkkəyə gedərsə və hərəm hüdudlarına daxil olandan sonra dünyasını dəyişərsə, onun tərəfindən naib tutmaq (əvəzində həcc yerinə yetirmək) lazım deyil. Sualımız budur ki, təməttö ümrəsini tamamlayandan sonra dünyadan gedərsə, yenə də naib tutmaq lazım deyildirmi?
Hərəmə daxil olandan sonra ehramla dünyasını dəyişsə və ya təməttö ümrəsindən sonra vəfat etsə, naib tutmaq lazım deyil.
Səy əməlini Mərvədə başlayan şəxs
Səy əməlini Mərvədən başlayan şəxsin vəzifəsi nədir?
Birinci dövrəni saymasa, yerdə qalanını tamamlasa, və yeddinci dövrəni Mərvədə sona çatdırsa, onun səy əməlinin səhih olması uzaq görüş deyil.
Möhürün qabarıq üzünə səcdə etmək
Möhürlərin yazılı tərəflərinə (məsələn, “Kərbəlanın əla türbəti” yazısına) səcdə etmək caizdir, yoxsa ehtiyat buyurursunuz? Ehtiyata səbəb nədir?
Düşmənlərin əlinə bəhanə verən hallardan başqa eybi yoxdur.
İmam Zamanın (ə.c) tərəfindən qiblənin dəyişdirilməsinin mümkünlüyü
Deyirlər ki, Həzrət Höccətibnil-Həzən İmam Zaman (əleyhis-salam) zühur edəndə qibləni İmam Hüseynin məzarına sarı döndərəcək. Bu səhihdir?
Bu hədis Quran və Məsumlar (əleyhis-salam) tərəfindən sübuta yetmiş hədislərlə müxalifdir. Buna görə də onu kənara atmaq lazımdır.
Qütbdə qiblə
Hər hansı bir yolla, ya səfər üçün ya da qəbul etdiyi işlə bağlı qütbə səfər etmiş bir şəxsin, uzun müddət orada qalmaq fikri var. (Yeri gəlmişkən demək lazımdır ki, qütbdə altı ay gündüz və altı ay gecə olur.) Bunları nəzərə almaqla, bu şəxsin namazı, orucu və qibləsi necə olacaqdır? Əgər bir şəxs Aya səfər etmək fikrinə düşərsə, səfər boyu onun namazı, orucu və qibləsi (kosmik gəminin içində) və ayın üzərində necə olacaqdır?
Orta məntəqələrə uyğun əməl etməlidir. Bu haqda "Qütblərdə namaz və oruc" kitabında şərh vermişik. Lakin qütb məntəqələrində qibləni tapmaq çətin deyil. Məkkə ilə ən az məsafəsi olan səmtə tərəf dayanmalıdır. Buradan da fəzada olan şəxslərin namaz və oruclarının hökmü məlum olur. Fəzada səfərdə olanlar üçün qiblə, yer və onun fəzada olan hərəkəti səmtinədir.
Sahibləri boşaldılmasına israr edən kirayə edilmiş məkanlarda namaz qılmaq
Kirayə götürülmüş bəzi dövlət idarələri və məkanlarının sahibləri bu məkanların boşaldılmasına israr edir və öz narazılıqlarını bildirirlərsə, bu binaların çarəsizlik üzündən hələ də dövlət orqanlarının ixtiyarında olduğunu nəzərə alsaq, belə məkanlarda namaz qılmağın hökmü nədir?
Qəti zərurət halında eybi yoxdur.

