Müzaribə mənfəətinin müsalihəsi
Müzaribə və bu kimi əqdlərdə pul ilə işləyən şəxs və sərmayə sahibi üçün təyin olunmuş qazanc faizini pulun müəyyən miqdarına müsalihə etmək olarmı?
Əldə olunan mənfəət və onun miqdarı qeyri-müəyyəndirsə, onun sülh olunmasının eybi yoxdur. Lakin qazanc aşkar olmamış sülh etmək caiz deyildir.
Müvəqqəti əqdin iddəsində baş verən zina
Müvəqqəti nikahın iddəsi zamanı zinanın hökmü nədir? Əbədi haramlığa səbəb olurmu? İmamın (r) bu barədə fitvası nədir?
Müt’ənin iddəsi zamanın zina şübhəsiz ki, haramdır. Lakin o qadının əbədi haramlığına səbəb olmur. Buna görə də iddə sona çatandan sonra nikah siğəsinin oxunmasının eybi yoxdur. İmamın “Təhrirul-vəsilə”-də və “Tozihul-məsail”-dəki fitvası da belədir.
Qadınların rövzə oxumaq səslərini eşitmək
Bəzi qadınların peşəsi qadın məclislərində Əhli-beytə (ə) təvəssül və rövzə oxumaqdır. Bəzən rövzə oxuduqları zaman, o evin həyətinə kişi və ya yaxşını-pisi ayıran (səğir) uşaq daxil olur və bu qadının səsini eşidirlər. Bu qəbildən olan “rövzə oxumaq”ların hökmü nədir?
Qeyd etdiyiniz halda daha astadan və ya nəğmədən istifadə etmədən oxumalıdır.
Mehrüs-sünnənin miqdarını bilməmək
Əgər qadın öz mehriyəsini “mehrus-sunnə” qərar versə, onun qiymətini almalıdır, yoxsa mehrul-misli?
Əgər hər iki tərəf mehrus-sunnənin məşhur fətvaya görə 500 dirhəm (gümüş pul) olduğunu bilirdilərsə, eybi yoxdur və gərək hal-hazırda işlənən pulla hesablasınlar. Amma hər ikisinin, yaxud birinin bundan xəbəri yox idisə, ehtiyat budur ki, mehriyənin miqdarında bir-birləri ilə müsalihə etsinlər.
Məninin ixtiyarsız çıxması
Mənisi ixtiyarsız çıxan şəxsin vəzifəsi nədir?
: Məninin çıxması hər şəkildə olursa olsun, qüslə səbəb olur. Bu şərtlə ki, yəqini olsun. Əgər prostatın əməlinə (fəaliyyətinə) görə məni zərrələri bövldə aradan gedərsə, cənabətə səbəb olmur.
Narkotik maddələrin alveri
“Narkotik maddələrin alqı-satqısı şərab alveri kimidir”, – desək, səhihdirmi? Bu mənaya ki, alıcı bu maddələrin sahibi (maliki) olmur və satıcı məbləğin və vəsaitin sahibi olmur.
Bəli, səhihdir və bu maddələrin müamiləsi batildir.
İsticari orucu pozmaq
İsticari orucu zöhrdən sonra açmaq caizdirmi?
Maneəsi yoxdur.
Yaşları ötmüş narkoman şəxslərin narkotik maddələrdən istifadə etməsi
Buyurmuşsunuz ki, narkotik maddələrdən istifadə etmək haramdır. 20 il və daha çox müddətdə tiryəkdən istifadə edən və yaşları ötmüş şəxslərə də haramdırmı?
Narkotik maddələrdən istifadə etmək heç bir kəsə caiz deyil. Yalnız onu atmaq istədiyi təqdirdə canı təhlükəyə düşən şəxslər müstəsnadır.
Səyi yeddi dövrədən artıq yerinə yetirmək
Bir şəxs Səfa və Mərvə arasında səy edərkən, Səfada səkkizinci dəfə dövr etdiyini başa düşsə, vəzifəsi nədir? Səfa və Mərvənin bu səyindən başqa “müstəhəb Səfa və Mərvə” səyi də vardırmı?
Artıq hissəyə etina etməməlidir və onun səyi səhihdir. Səfa və Mərvənin müstəhəb səyi yoxdur.
Evlənməyə qadir olmadıqda cinsi qabiliyyəti aradan aparmaq
Əgər bir kişi heç bir vəchlə evlənməyə qadir deyilsə, yəni həyatının bütün sahələrində həmişə məğlubiyyətlə üzləşirsə və hətta ən yüngül və sadə şəkildə belə, evlənməyə qadir deyilsə, evlənməmək isə onun orqanizmində müxtəlif fəsadların və problemlərin yaranmasına səbəb olursa, dərman atmaq və ya cərrahiyyə əməliyyatı vasitəsilə öz cinsi qüdrətini aradan apara bilərmi?
Caiz deyil. Allah taala onun üçün bir çıxış yolu yaradana qədər səbirli olmalıdır.
Çek və siftə ilə rəhn
Ticarət sənədlərində (çek, siftə, bərat) lazım olan məsələlərdən biri də onların arxasını imzalamaqdır ki, onların arxasını imzalamaqla bu sənədlərin digərinə köçürülməsi başa çatır. Lakin bunların tacirlər arasında ticarət dəyərinə malik olduğunu, hətta nağd pulun əvəzinə müamilə olunduğunu və dəyişdirildiyini nəzərə alsaq, bu sənədləri müstəqil şəkildə (bankda hansısa müqavilə ilə birlikdə vəsiqə sayılsın) rəhn olunmuş mal (vəsiqənin girovunda mal) adı altında vəsiqə və ya girov qoymaq olarmı?
Əgər çek və ya siftə mötəbər bir şəxs tərəfindən olsa, onu vəsiqə olaraq qəbul etmək olar.
Orucun kəffarəsini nəfəqəsi özünə vacib olan şəxsə vermək
Kəffarəni vacibun-nəfəqəyə (xərcləri insanın özünə vacib olan şəxslərə) vermək caizdirmi?
Ehtiyat budur ki, kəffarə vacibun-nəfəqəyə heç bir vəchlə verilməsin.