Qiraətdən sonra "kəzalikəllahu rəbbi" zikri
İkinci rükətdə imam “Tovhid” surəsini oxuyub qurtarandan sonra məmumun "kəzalikəllahu rəbbi" deməsi caizdirmi?
Mütləq zikr (yəni ümumiyyətlə zikr olan bir kəlmə) niyyəti ilə maneəsi yoxdur.
Mütləq zikr (yəni ümumiyyətlə zikr olan bir kəlmə) niyyəti ilə maneəsi yoxdur.
Bidət budur ki, azanın hissəsi qəsdi ilə deyilsin. Əgər bu qəsd olmasa, bidət deyil və eybi yoxdur. Şiələr bu məqsədlə demirlər.
Bəzi hədislərdən belə məlum olur ki, bu iş İmamların (əleyhimus-salam) əsrindən başlamışdır. Lakin o dövrdə özünə ümumi hal almamışdı. Sonradan şiələrin şüarına çevrilmişdir. (Əlavə məlumat üçün nəfis "Müstəmsək" kitabının azan və iqamə hissəsinə baxın.)
Oranın müsəlmanları arasında qiblə adı ilə məşhur olan tərəfə dayansanız, eybi yoxdur.
Bu hədis Quran və Məsumlar (əleyhis-salam) tərəfindən sübuta yetmiş hədislərlə müxalifdir. Buna görə də onu kənara atmaq lazımdır.
Dərhal üzlərini qibləyə tərəf döndərməlidirlər.
Azan səsini adi və normal həddə çoxaltmağın eybi yoxdur və qonşular azan səsinə mane ola bilməzlər.
Məscidi heç bir vəchlə məscid olmaqdan çıxarmaq və ya idman salonuna çevirmək olmaz. Lakin orada idmanla məşğul olmaq məscidin rövnəqdən düşməsinə, vəhninə (süstləşməsinə) səbəb olmasa və namaz qılanlara maneçilik törədilməsə, caizdir.
Səhih və məzhəbi (dini) məfhumu olan şüarlar verməyin eybi yoxdur. Bu şərtlə ki, namaz qılanlara maneçilik törədilməsin və məsciddə irada (vəhn) səbəb olan səslər orada olmasın.
Zinətləndirmə qızılla, yaxud canlı varlıqların şəkilləri ilə olmasa, israfa da yol verilməyən halda eybi yoxdur.
Ehtiyat vacibə görə kafirlərin məscidə girmələrinin qarşısını almaq lazımdır. Lakin İslam dini və bu kimi məsələlər barəsində araşdırma aparmaq üçün olsa eybi yoxdur.
Məsciddə bu kimi işlərin görülməsi haram deyil və şəri hakimin hökmünə də ehtiyac yoxdur. Lakin dünya ilə bağlı işlərin məsciddə görülməsi məkruhdur. Namaz qılanlara maneçilik törədirsə bu işlər haramdır.
Səyyar (qeyri-sabit) avadanlıq vasitəsilə hissələrə bölünsə ki, namaz üçün lazım olan hallarda yerini dəyişmək mümkün olsun, habelə dini fəaliyyətlər üçün nəzərdə tutularsa, maneəsi yoxdur.