Səfərin başlanğıcı və son nöqtəsi
Qəsr namazının məsafəsində səfərin başlanğıcı və sonu haradan hesablanır?
İki şəhər arasındakı məsafədə meyar, hərəkət başlanan yerin axırıncı evi və məqsədin (çatdığı yerin) birinci evi nəzərdə tutulur.
Səfərin şəri məsafədə olmasında şəkk
Bir kəsin yaşadığı yerlə sahib olduğu mülk arasında məsafə dəqiq məlum deyil. Yolun neçə kilometr olduğunu müəyyənləşdirməyib. Lakin adi halda iki saatlıq yoldur. O mülkdə onun və uşaqlarının namazlarının hökmü nədir?
Mümkündürsə, araşdırma aparsın. Əgər araşdırmaq mümkün deyilsə, məsafənin nə qədər olması şübhəlidir: namazını tamam qılsın.
Namazın qunutunda üzüyü çevirmək
Namazın qunutunda üzüyü (qaşını səmaya tərəf) çevirməyin savabı varmı?
Bəzi hədislərdən bu işin müstəhəb olması başa düşülür.
Qara libasla qılınan namaz
Namazda qara paltarın məkruhluğu bacıların qara çadrasına, habelə qara əbaya şamil olurmu?
Qara paltarın namazda məkruhluğu məşhurdur. Bunun üçün istinad edilən dəlil həm qadın, həm də kişilərə aiddir. Lakin əba bu hökmdən istisna olunmuşdur. Qadınların çadrasının da bu hökmdən istisna olmasını ehtimal vermək olar.
Təşəhhüd zamanı təvərrük
Təşəhhüd zamanı müxtəlif əyləşmək üsullarından adi şəkildə əyləşmək əfzəldir, yoxsa bəzi qardaşların bədənlərinin ağırlıqlarını (həddindən artıq) sol tərəfə salmaq qəsdi ilə əyləşdikləri kimi (əyləşmək) ki, Əhli-sünnətin, xüsusilə də hənəfilərin əyləşməyinə bənzəyir?
İkinci şəkildə əyləşmək "təvərrük" adlanır və müstəhəb əməllərdən biri hesab olunur.
Namazın qunutunda üzüyü çevirmək
Namazın qunutunda üzüyü (qaşını səmaya tərəf) çevirməyin savabı varmı?
Bəzi hədislərdən bu işin müstəhəb olması başa düşülür.
Qiraətdən sonra "kəzalikəllahu rəbbi" zikri
İkinci rükətdə imam “Tovhid” surəsini oxuyub qurtarandan sonra məmumun "kəzalikəllahu rəbbi" deməsi caizdirmi?
Mütləq zikr (yəni ümumiyyətlə zikr olan bir kəlmə) niyyəti ilə maneəsi yoxdur.
Namazdan sonra əl verib görüşmək
Bəzi tələbələrin fikrincə, namazdan sonra əl verib görüşməyin hökmü hədislərdə gəlmədiyinə görə, bu iş bidətdir və onu tərk etmək lazımdır. Digər tərəfdən də, namazdan sonra əl verib görüşmək tərk olunarsa camaat namazının xas hədəfləri layiqincə icra olunmayacaqdır. Bunları nəzərə almaqla xahiş edirik ki, namazdan sonra əl verib görüşməyin hökmünü bəyan edəsiniz.
Bidət odur ki, dində olmayan bir şeyi dinin bir hissəsi adı ilə yerinə yetirsinlər və ya əməldə belə bir fikri bəyan etmiş olsunlar. Buna əsasən əl verib görüşməyi mütləq mətlub olan (namazdan da qeyri hallarda, ümumi şəkildə istənilən) əməl məqsədilə yerinə yetirsələr və bəzən də bunu tərk etsələr, heç bir işkal (problem) yaranmayacaqdır.
Namazda gözləri yummaq
Namazda gözləri (Allah qarşısında) təvazökarlıq və diqqəti cəmləşdirmək üçün yummaq caizdirmi?
Namazda gözləri yummaq məkruhdur. Lakin hüzuri-qəlb əldə etmək üçün tənha yol bu olarsa, bunun müstəhəb olması ehtimalı, az deyil.
Çox şəkk edən insanın vəzifəsi
Hafizəsi çox zəif olan, şəxs, məsələn, əksər hallarda namazlarda 2, ya 3, ya 4 rükət qıldığını unudursa, vəzifəsi nədir?
Kəsiruş-şəkk (çox şəkk edən) insan, niyyəti öz halına faydalı olan tərəfə qoymalıdır.
Unudulmuş təşəhhüdün qəzası
Bir şəxs namazın təşəhhüdünü unudarsa, təşəhhüdün qəzasından sonra namazın salamını da deməlidir?
Ehtiyat budur ki, salamı da desin. Səhv səcdəsi də yerinə yetirməlidir.
Təşəhhüd və səcdənin unudulması
Namaz qılan şəxs birinci rükətdə səcdələrdən birini, ikinci rükətdə təşəhhüdü və üçüncü rükətdə rukunu unutsa, vəzifəsi nədir?
Əgər üçüncü rükətin birinci səcdəsində başa düşsə, o rükəti özünün ikinci rükəti qərar verib, (namazı davam etməli) təşəhhüd oxumalı və namazdan sonra unudulmuş səcdənin qəzasını yerinə yetirməlidir. Sonra risalədə deyilmiş göstərişlərə əsasən, səhv səcdələrini yerinə yetirməli və ehtiyat olaraq namazı yenidən qılmalıdır. Əgər ikinci səcdədən sonra başa düşsə, namazı batildir.
Namaz əsnasında ağızdan qanın gəlməsi
Əgər namaz halında namaz qılanın ağzından qan gələrsə namazı batildirmi?
Əgər qan ağzının içindədirsə namazı batil etmir. Lakin dodağın zahirinə (çöl tərəfdən) dirhəm qədərində və ya ondan artıq dəysə, namazı buraxıb ağzını suya çəkməli, sonra namazını qılmalıdır. Dirhəmdən az olarsa və ağız suyuna qarışıb xaricə çıxarsa namaz üçün işkallıdır.
Təşəhhüddə Həzrət Əlinin (əleyhis-səlam) vilayətinə şəhadət vermək
Namazın təşəhhüdündə Əmirəl-möminin Əli ibn Əbi Talib (əleyhis-səlam)-ın vilayətinə şəhadət vermək olarmı?
Məsum İmamların (əleyhimus-salam) üçüncü şəhadəti artırmağa icazə vermədiklərini nəzərə alsaq, bu iş səhih deyil. Belə hallarda bizim vəzifəmiz məsumların (əleyhimus-salam) göstərişlərinə tabe olmaqdır.