Cehiz almaq üçün kürəkəndən alınan pul
Qızın atasının kürəkəndən qızının cehizi adı ilə aldığı pul cehiz xərclərindən artıq gələrsə, qızın atasına halaldırmı?
Əgər sözü gedən pulu nikah əqdinin daxilində şərt olaraq ata üçün nəzərdə tutsalar, artıq qalan məbləğdə pul ona halaldır. Əgər bu pulu qızın adına yazsalar və mehriyənin bir hissəsi olsa, qızına çatmalıdır.
Uşağın ana qanından qidalanmasında məqsəd
436-cı məsələdə qeyd etmişsiniz ki, “Heyz, hər ayda, bir neçə gün müddətində, qadınların bətnindən xaric olan bir qandır. Nütfə bağlanan zaman uşağın qidasıdır.” Bu məsələ aşağıda şərhi verilən məsələləri nəzərə almaqla elmi meyarlarla müvafiq deyil. Buna görə də xahiş edirik ki, daha artıq izah edəsiniz. Hər bir baliğ qadında yaisəlikdən öncə aylıq adət dövrü adətən aşağıdakı mərhələlərdən ibarətdir:1) Rəhimin (uşaqlığın) həcminin artması dövrü. Bu mərhələdə qadının bətni strogen hörmonlarının ifrazı nəticəsində qalınlaşır. Bətnin divarlarının qalınlaşması onun uşağı qəbul etməsi üçün hazırlaşmasına görədir. 2) Hamiləlik baş verərsə və rüşeym əmələ gələrsə, mövcud rüşeym bətnin borularından keçib bətnə daxil olur. Bu qalın və qanla dolu layı özünə yuva seçir. Rüşeym burada bir müddət qan vasitəsi ilə daşınan qida maddələri ilə qidalanır və inkişaf edir. Həqiqətdə rüşeym qida kimi qanın özündən qidalanmır. Yalnız qan vasitəsilə nəql olunan oksigen və qida maddələrindən istifadə edir. 3) Yuva seçimindən təxminən üç həftə sonra ciftin əsası qoyulur. Burada ciftin vəzifəsi bətnin qalınlaşmış toxumalarından oksigen və qida maddələrini alıb göbək bəndi vasitəsilə rüşeymə ötürməkdir. Habelə rüşeymin həyat fəaliyyətlərindən əmələ gəlmiş karbon qazlarını ananın qanına ötürür. Ciftin digər vəzifəsi isə analıq hormonlarının ifrazıdır ki, bu da aylıq adətin qarşısını alır. 4) Hamiləlik baş verməsə bətnin qalınlaşmış və qanla dolu divarları xarab olaraq sökülməyə başlayır ki, bu da aylıq adət adı ilə məşhurdur. Qanaxma qurtarandan sonra bətnin divarları yenidən rüşeymin qəbul edilməsinə hazırlaşır. Yəni qalınlaşmağa və qanla dolmağa başlayır. Buna görə də qadın hamilə olanda yuxarıda sözü gedən xas hormonların ifrazı üzündən adətən qanaxma keçirmir. (Nəinki, rüşeym o qanı yeyir.) Yəni əsas etibarilə qanaxma baş vermir ki, rüşeym onu yesin. 5) Yuxarıda sadalanan bütün mərhələlərə müxtəlif hormonların ifrazı sayəsində nəzarət olunur. Əgər bu hormonları iynə və ya yemək vasitəsilə qadına təzriq etsək, aylıq qanaxma baş verməyəcəkdir. Bütün bunları nəzərə alsaq qanı hansı şəkildə uşağın qidası adlandırmaq olar?
Burada bətnin divarlarının qan sızdırdığı və rüşeymin onu yediyi nəzərdə tutulmamışdır. Məqsəd budur ki, hamiləlik zamanı qan ananın damarlarında toplanır, cift vasitəsilə və ya digər yolla rüşeymə ötürülür. Qida maddələrini və oksigeni rüşeym həmin ana qanından alır. Necə ki, süd verən zaman adətən aylıq adət baş vermir. Çünki, qanın bir hissəsi südə çevrilib körpənin yeməyi olur. Əgər desək ki, qan uşağın yeməyidir, məqsəd sizin yazdığınız yox, bu mənadır.
Sidik kisəsini yanında daşıyan şəxsin təvafı
Yanımda bövl üçün məxsus kisə olduğunu və bədənin hərəkəti ilə bövlün çıxdığını nəzərə alsaq, təvaf və onun namazı üçün nə etməliyəm?
Təvaf və namazın hər biri üçün bir dəstəmaz kifayətdir.
İmamzadənin torpağında mağaza tikib icarəyə vermək
Cəhromun məscidinin və İsmayıl imamzadəsinin gündəlik işlərinə baxan iki nəfər mömin şəxs öz pulları ilə İmamzadənin istifadə olunmayan qəbiristanlığının bir guşəsində iki mağaza tikmiş və bu mağazaları 20 il müddətində icarə olaraq məntəqənin kooperativ yardım şirkətinin rəhbərlik heyətinin ixtiyarına qoymuş, icarə pulunu isə məscidin və imamzadənin xərcləri üçün nəzərdə tutmuşlar. Hal-hazırda məscidin və imamzadənin şəri nəzarətçisi olmadığını və heç bir vəqfnamənin də mövcud olmadığını nəzərə alsaq, aşağıdakı suallara cavab verin:1) Mağazanın tikilməsi, xüsusilə onun icarəyə verilməsində cameuş-şərait müctəhidin icazəsinə ehtiyac var idimi?2) Baş tutmuş icarə şəri baxımdan etibarlıdırmı?3) İcarə batildirsə, kooperativ şirkətinin məsulları tərəfindən mağazanın boşaldılması və onun anbar, dəftərxana və s. kimi lazımi işlərdə istifadə etmək üçün məscidin münsiflər heyətinə təhvil verilməsi vacibdirmi?4) Onların boşaldılması üçün kooperativ şirkətin məsullarının, ödənilən qiymət və ya ondan artığını,
1) Əlbəttə, icazəyə ehtiyac var və əgər sözü gedən torpaq sahəsi istifadəsiz idisə, hələlik bu tikintiyə icazə veririk və oranı icarə vermək o halda caizdir ki, imamzadənin və məscidin işləri üçün sözü gedən binaya ehtiyac duyulmasın, icarə pulu da məscid və imamzadə üçün xərclənsin. 2) İcarə ədalətli olsa, məscidin və imamzadənin sözü gedən binaya ehtiyacı olmasa, səhihdir. 3) Yuxarıdakı cavabdan məlum oldu.4) Onlar artıq olmamaq şərti ilə yalnız orada xərclədiklərini ala bilərlər.
Əcir tutulmuş şəxsin zəhmət haqqı müəyyən olunmasa, nə qədər olacaq.
Bir şəxs digərini öz atası üçün Quran xətm etməkdən ötrü əcir etmiş, lakin məbləği müəyyən etməmişdir. İndi isə qiraətdən sonra əcir tutulan şəxs böyük məbləğdə pul istəyir ki, əcir edən bu pulu ödəmir. Bu məsələnin hökmünü bəyan edin.
Camaat arasında və adət üzrə nə qədərdirsə, o qədər ödəməlidir və bundan artıq vermək lazım deyil.
Qonşunun ağacının kökündən göyərən pöhrə
Bir şəxs öz torpaq sahəsində bir ağac əkir. Ağac digərinin torpaq sahəsinə kök atır və ondan pöhrə göyərir. Bu pöhrə torpaq sahibinindir, yoxsa ağac sahibinindir?
Ağac sahibinindir. Lakin torpaq sahibi icarə haqqı ala və yaxud ağac sahibinə xəbər verməklə onu kəsə bilər. - Hindistanda hakimlərə verilmiş ləqəb.
Əcir tutulan şəxsin əməlləri üçün savab
Allah taala ibadətləri yerinə yetirmək, məscid və hüseyniyyə tikmək kimi əməllər üçün əcir olan (işə götürülən) və zəhmət haqqı alan şəxslərə savab verirmi?
Əgər əcir tutulan şəxsin məqsədi o əməlləri bəndələrin borcdan xilas olması üçün yerinə yetirmək və məsuliyyətini yerinə yetirmək olarsa, savabı var.
Həyat yoldaşının gəlini ilə məhrəmlik
İnsanın həyat yoldaşının gəlini (yəni onun digər ərindən olan övladının həyat yoldaşı) ona məhrəmdirmi?
İnsanın yalnız öz gəlini, yəni oğlunun həyat yoldaşı ona məhrəmdir, həyat yoldaşının gəlini yox.
Qadının birinci ərindən olan qızları
Əri vəfat etmiş və ondan oğlanları və qızları olan qadın, ikinci bir kişi ilə evlənsə, ikinci əri bu qadının qızlarına və oğlanlarına məhrəmdirmi?
İkinci əri o qadınla evlənəndən (yaxınlıq edəndən) sonra o qadının birinci ərindən olan qızlarına məhrəmdir, amma oğlanlarla məhrəm olmasının mənası yoxdur.
Kredit hissələrini yığmaq üçün xərclənən vəsaiti almaq
Mən kreditlə mal satıram. Kreditin aylıq hissələrini vaxtında gətirməsələr, borcları almaq üçün öz işim və vaxtımı bu yolda sərf edirəm. Bunun üçün sərf etdiyim vəsaiti, o cümlədən verdiyim yol pulunu və ya motosiklet və maşın istehlakı üçün xərclədiyim pulları onlardan tələb etməyə haqqım varmı?
Camaat içində adətən borcları almaq üçün xərclənən adi vəsaiti almağa haqqınız yoxdur. Lakin adi miqdardan çox vəsait xərcləsəniz, ala bilərsiniz. Bir şərtlə ki, qarşı tərəf öz borclarını vaxtında ödəməmiş olsun.
Televizorda hicabsız qadınlara baxmaq
Hicabsız və bəzənmiş qadınların iştirak etdikləri – və bəzən televiziya vasitəsi ilə efirə gedən – filmlərə tamaşa etməyin hökmü nədir?
Xüsusi bir fəsadlarla nəticələnərsə, haramdır.
Suyun bədənə zərərli olduğuna görə alınan təyəmmüm
Sidik zamanı daim məni hissələri ondan gələn şəxsin sağalmağa ümidi yoxdursa, təyəmmüm edib əməllərini yerinə yetirə bilərmi? Çünki, fərz olunur ki, daimi şəkildə cənabət qüslü almaq onun cisminə sağalmayan ziyanlar vura bilər.
Sualınızda fərz olunanlar haqda ehtiyat vacib budur ki, zərəri olmayan miqdarda qüsl etsin və zərəri olan hallarda isə təyəmmüm caizdir. Amma ehtiyat olaraq dəstəmaz da alsın. Bu, məni zərrələrinin bövldə həll olub aradan getmədiyi haldadır. (Məninin) aradan getdiyi təqdirdə isə qüslə ehtiyac yoxdur. Habelə, bu zərrələrin məni, yoxsa bəzi vaxtlar insandan gələn digər yapışqanlı sular olmasında şəkk etsə, qüsl lazım deyil.
Bir-birinə bitişik əkizlərin evlənməsi
Bir-birinə bitişmış halda dünyaya gələn iki əkizin evlənmə hökmünü bəyan edin.
Əgər ehtiyata əməl edərək evlənməyə bilsələr və şiddətli məşəqqətə düçar olmasalar, ehtiyat budur ki, evlənmək fikrindən daşınsınlar. Lakin evlənməyə məcburdurlarsa, bu iki qız növbə ilə eyni kişiyə ərə gedə bilərlər. Bu şəkildə ki, kişi onlardan birini öz nikahına keçirsin, talaqdan və iddə bitəndən sonra digərini öz nikahına keçirsin. (Xatırlatmaq lazımdır ki, çoxsaylı talaqlardan irəli gələn problemlərlə üzləşməmək üçün müvəqqəti nikahdan istifadə edə bilərlər.) İki əkiz oğlan barəsində də ehtiyat budur ki, əgər mümkündürsə, evlənməsinlər. Zərurət irəli gələn zaman isə, eyni vaxtda (ikisi üçün) eyni həyat yoldaşını seçmək caiz deyil. Lakin yuxarıda deyilən formada bir qadınla evlənə bilərlər. Hər halda, belə fərdlərin sayı olduqca az olduğuna görə bu şəriət hökmlərinin izahı insanlara təəccüblü gəlsə də, bəhs və mübahisəyə ehtiyac yoxdur.
Əhli-sünnətlə evlənmək
Sünni kişilərin şiə qızlarla evlənməyi caizdirmi? Şiə kişinin sünni qızla evlənməsi necə?
İnhiraf (əqidədən, məzhəbdən dönmək) qorxusu olmasa, maneəsi yoxdur. Lakin əqidə cəhətdən inhiraf (azma) ehtimalı olsa, caiz deyil.