Üzrlü olan üçün gecə rəmyi-cəmərat etmək
Mənim kimilər üçün gündüz rəmyi-cəmərat etmək mümkün deyil. Biz gecələr rəmy edə bilərikmi? Cavabın müsbət olmasını fərz etsək, mənimlə birgə olanlar da gecə rəmyi-cəmərat edə bilərlərmi?
Gecə rəmyi-cəmərat edə bilərsiniz. Lakin sizinlə birlikdə olanlar üçün (gündüz rəmy etmək) mümkündürsə, gündüz rəmy etsinlər.
Vəkil tərəfindən müvəkkilin qarşı tərəfinə yol göstərilməsi
Əgər vəkil insaniyyət baxımından və məhkəmədə müvəkkilinin qarşı tərəfinin haqqı tapdalanmasın deyə, müqabil tərəfə yol göstərib ona məsləhət versə və öz hazırkı vəkalətindən istefa verdiyi təqdirdə onun vəkilliyinin digər bir şəxsə tapşırılacağını və nəticədə münaqişədəki müqabil tərəfin şəri haqqının tapdalanacağını, belə ki, məhsuldar iş həyatı boyu zəhmətlə əldə etdiklərinin hamısının aradan gedəcəyini hiss etsə, müvəkkilin qarşısında, habelə məhkəmədə müqabil tərəfin qarşısında olan vəzifəsi nədir?
Məzluma yol göstərmək hamı üçün caizdir, hətta sözü gedən halda vacib olması da mümkündür və xəyanət sayılmır (müvəkkil zahirdə qanuna uyğun söz danışsa da), lakin belə hallarda müvəkkildən zəhmət haqqı almağa haqqı yoxdur.
Libas üzərindən əl verib görüşmək
Paltarın üzərindən naməhrəmlə əl verib görüşməyin hökmü nədir?
Ləzzət və reybə qəsdi olmasa, libas üzərindən toxunmağın eybi yoxdur.
Təyin olunmuş qazılar
Təyin olunmuş qazılar barəsində öz mübarək nəzərinizi bəyan edin.
Adil olan müctəhidlərin qəzavəti qətidir. Şəri məsələləri bilən qeyri-müctəhidin qəzavəti isə, cameüş-şərait müctəhidin tapılmadığı halda məqbuldur.
Heyzli qadınla qüsl almadan öncə yaxınlıq etmək
Heyzlə qan kəsiləndən sonra və qüsl almamışdan qabaq yaxınlıq etmək caizdirmi?
Caizdir. Lakin ehtiyat müstəhəb, bu işi tərk etməkdir.
Kişilərə məxsus bəzək əşyalarını alğı-satqısı
Kişilər üçün qızıl bəzək əşyalarının – üzük, boyunbağı və bilərzik kimi – alğı-satqısının hökmü nədir?
Əgər bu kimi qızıl əşyaları adətən kişilərdən qeyri halda istifadə olunmursa, caiz deyil.
Xəstəliyinə görə əməlləri yerinə yetirməyə qadir olmayan şəxs
Xəstəlik və s. səbəblər üzündən Mina əməllərini, təvafı, səy əməlini və Məkkə əməllərini yerinə yetirməyə qadir olmayan şəxsin vəzifəsi nədir?
Bu şəxs məhsur hökmündədir. Lakin naib tuta bilərsə, bu iş (naib tutmaq) həcci təkrar yerinə yetirmək əvəzindən kifayət edər və sonrakı il həcci təkrar yerinə yetirməsi lazım (vacib) deyil.
Həcc sona çatandan sonra məssi-meyyit qüslünün vacib olmasını başa düşmək
Bir şəxs təməttö həccinin əməllərini yerinə yetirəndən sonra bir məss-meyyit qüslünun ona vacib olduğunu, habelə digər vacib bir qüslü yerinə yetirmədiyini başa düşsə, həcci səhihdirmi?
Onun həcci səhihdir. Lakin ehtiyat vacib budur ki, təvafları (və səyi, təqsiri) yenidən yerinə yetirsin, qadir olmasa naib tutsun.
Evlənmək üçün istixarə açmaq
Qızın elçilərinə cavab vermək üçün istixarə etməyin bir eybi varmı?
Əgər lazımi araşdırma və məşvərətdən sonra problem həll olmasa, istixarədən istifadə etmək olar.
Azyaşlı qızın qəyyum tərəfindən ərə verilməsi
Ata özünün həddi-buluğa çatmamış qızını bir oğlan uşağının əqdinə keçirmişdir. Hal-hazırda bu qızın 17 yaşı var. Oğlan isə 13 yaşındadır və fiziki baxımdan çox cılız görünür. Qız atasını itirmiş, yetim olmuşdur və o oğlanla evlənmək istəmir. Çünki onun böyüməsini gözləyə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq cənab ustaddan xahiş edirik ki, müqəddəs İslam şəriəti icazə verdiyi təqdirdə hökm edin ki, sözü gedən qız bu oğlan uşağının böyük qardaşı ilə evlənsin. Qızın özü də buna razıdır.
Əgər sözü gedən nikah əqdi əvvəlcədən qızın məsləhətinə olmamışdısa, əqd bünövrədən batildir. Əgər onun məsləhət olduğunu fərz etsək, qızın bundan artıq gözləməsi onun həddən artıq məşəqqətinə səbəb olursa, oğlanın vəlisi (qəyyumu) bu qızın talaq siğəsini icra edə bilər. Sonra kiminlə istəsə, evlənə bilər.
Zinət və bəzəyi örtmək
Qadının bəzəyi olsa (əlində nişan halqası və ya üzük olsa, yaxud da üzünü bəzəmiş olsa), üz və əllərini örtməsi vacibdirmi?
Halqa və üzük taxmasının maneəsi yoxdur, lakin bəzənməsi işkallıdır.

