Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف

Övladlığa götürülmüş uşağın (qızın) necə məhrəm olması

Bəzən övladı olmayan şəxslər, uşaq evindən bir qız götürürlər. Onun öz atalığı ilə məhrəm olması üçün bir yol varmı?

O kişinin atası varsa, bu qız onun (atasının) müvəqqəti nikahına girsə bu kişiyə və onun övladlarına məhrəm olacaqdır. Əgər başqa qadından oğlanları varsa, qızın müvəqqəti nikahını özü üçün oxusun ki, oğlanlarına məhrəm olsun. Amma bu şəkildə müvəqqəti əqdin müddəti sona çatandan sonra özünə məhrəm olmayacaqdır.

Təvaf namazı üçün naib tutmağın şərtləri

Təvaf namazı üçün naib tutmaq məsələsində, qiraətini tədricən düzəldə bilən şəxslə, qiraətini düzəltməyə qətiyyən qadir olmayan şəxs arasında fərq varmı?

Əgər tədricən düzəltməyə qadirdirsə, ona vacibdir ki, tədrici şəkildə düzəltsin. Əks halda, namazı qadir olduğu miqdarda qılması caizdir və naib tutması, habelə namazını camaatla yerinə yetirməsi vacib deyil.

Qəzf halları

Bir şəxs digərini irtidad (mürtəd olma) və küfrdə ittiham edir, amma bu ittihamı şəri hakimə sübut edə bilmirsə, hökmü nədir? 1) Belə halları qəzfin nümunələrindən saymaq olarmı?2) Cavabın mənfi olduğu təqdirdə onunla necə rəftar etmək lazımdır?3) İttihama məruz qalmış şəxs öz haqqından keçərsə (hakimə şikayət etməzsə) belə bir şəxsin cəzası ləğv olunurmu?

1) və 2) Qəzf yalnız iki halda: zina və ya livat etməkdə təqsirləndirmədə olur. Qalan iftira növlərinin cəzası isə təzirdir. 3) Zahirən haqq sahibinin güzəştə getməsi ilə təzir hökmü götürülür. Lakin şəri hakim belə hallarda təzirin ləğv olunmasının ictimai fəsadlarla nəticələnəcəyini mülahizə etsə, ikinci dərəcəli ünvana müvafiq olaraq təzir edə bilər.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت