Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف

Kişilərin qızıldan bəzək əşyası kimi istifadə etməsi

Ailələrin çoxu yanlış adət əsasında öz kürəkənlərinə qızıldan düzəldilmiş üzük, saat və ya boyunbağı bağışlayırlar, onlar da ondan istifadə edirlər və nəticədə bu işin çirkinliyi aradan gedir (günah olması adiləşir). Xahiş edirik ki, kişilərin üzük və digər bəzək əşyalarından istifadə etməsi barəsində, habelə onu kürəkənə və cavanlara hədiyyə vermək, eləcə də bu pis və haram işin müqəddiməsinin, yəni onun düzəldilməsi və alğı-satqısı barəsində öz mübarək nəzərinizi bildirəsiniz. Aydın şəkildə buyurun ki, cavanlar və cəmiyyətin digər sinifləri öz şəri vəzifələrini bilsinlər.

Kişilər üçün qızıl bəzək əşyası mütləq şəkildə (namaz və qeyri hallarda) haramdır. Müsəlmanlar və Əhli-beyt (ə) məktəbinin davamçıları o böyük insanların buyurduğu göstərişlərə tabe olmaqla bu işdən çəkinməlidirlər, hədiyyə və qeyri-hədiyyə, kürəkən və qeyri-kürəkən arasında heç bir fərq yoxdur. Bunların düzəldilməsi və satışı da yalnız kişilərin istifadəsinə məxsus olsa, işkallıdır. Əgər bu bəzək əşyası xaç şəklində olsa, onu salmağın, düzəltməyin və alğı-satqısının iki qat artıq günahı vardır.

Daim məni damcıları xaric olan şəxs

Sidik zamanı daim məni hissələri ondan gələn şəxsin sağalmağa ümidi yoxdursa, təyəmmüm edib əməllərini yerinə yetirə bilərmi? Çünki, fərz olunur ki, daimi şəkildə cənabət qüslü almaq onun cisminə sağalmayan ziyanlar vura bilər.

Sualınızda fərz olunanlar haqda ehtiyat vacib budur ki, zərəri olmayan miqdarda qüsl etsin və zərəri olan hallarda isə təyəmmüm caizdir. Amma ehtiyat olaraq dəstəmaz da alsın. Bu, məni zərrələrinin bövldə həll olub aradan getmədiyi haldadır. (Məninin) aradan getdiyi təqdirdə isə qüslə ehtiyac yoxdur. Habelə, bu zərrələrin məni, yoxsa bəzi vaxtlar insandan gələn digər yapışqanlı sular olmasında şəkk etsə, qüsl lazım deyil.

Həyat yoldaşına qeyri-qanuni əlaqədə olması barədə böhtan atmaq

Əgər bir kişi öz arvadına, (başqa bir kişi ilə) qeyri-qanuni əlaqədə olması barədə böhtan atarsa və öz iddiasını ədalətli və səlahiyyətli məhkəmədə sübuta yetirə bilməzsə:1) Öz arvadı ilə yenidən həyatına davam etmək bu kişiyə caizdirmi?2) Qadının öz əri ilə yaşamağına davam etməsi, şəri baxımdan vacibdirmi?3) Belə bir şəraitdə qadın ona talaq verilməsini tələb edə və mehriyə, cehiz və digər əmlakı daxil olmaqla öz haqq-hüququna çata bilərmi?

1) Əgər bu əlaqəni gördüyünü iddia etməsə, heç bir təntənə olmadan onunla həyatına davam edə bilər. Lakin ona atdığı bu böhtana görə qadın, şəriət hakimindən həddi-qəzf (yersiz iddiaya görə cəza) icra etməsini istəyə bilər (onun həddi, yəni cəzası 80 şallaqdır). Yaxud da onu bağışlaya bilər. 2) Bəli, əri ilə yaşamağına davam etməsi lazımdır. 3) Əgər əri talaq verməyə razı olsa, eybi yoxdur.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت