İki şəhər arasında daim səfərdə olan insan
Qum və Kərəc kimi iki şəhər arasında daim səfərdə olan bir kəs, hər gün vətəni olmayan Kərəc şəhərinin iki fərsəxliyinə, tədris və ya başqa işlər üçün gedir və qayıdırsa, belə bir şəxs Qum, Kərəc və onun ətrafında namazlarını tamam qılmalıdırmı?
Tamam qılmalıdır.
Təvaf edənlərin dairəsindən kənarda təvaf
Həcc mövsümündə Məscidul-həramın işçiləri qoca və xəstə adamları sərirlə (taxt, xərək) başları üzərində təvaf etdirirlər. Adətən, onlar təvaf edənlərin dairəsindən kənarda hərəkət edirlər. Bunların həcci səhihdirmi?
Onların təvafının eybi yoxdur. Buna görə ki, təvafda məşhur hüdudlara riayət etmək (məsafəni saxlamaq) vacib deyil, ehtiyat müstəhəbdir və sıralara da qoşulmaq (izdihama birləşmək) şərt deyil.
İrsin qiymətinin artmasının xümsə təsiri
Mən atamdan irs qalmış daşınmaz əmlakı satmış və övladlarımın şəhərdə təhsil almaları üçün mənzil almışam. Bilmək istərdim ki, atamdan qalmış mülkü satmaqla əldə etdiyim pula xüms düşürmü? Xüms düşdüyünü fərz etsək, onu hissə-hissə ödəyə bilərəmmi?
Atanızın vəfatından sonra o mülkün qiyməti qalxmayıbsa, xümsü yoxdur. Qiyməti qalxdığı təqdirdə ehtiyat vacibə əsasən, fərqinin xümsünü verməlisiniz. Hissələrlə ödəməyinizin də eybi yoxdur.
Ticarət qəsdi olmadan əldə olunan mənfəətlərin xümsü
İşin əvvəlində, istər ağac olsun, istərsə də heyvan, ticarət məqsədi yoxdur. Hədəfi sadəcə xərclikdir. Bəzən də nə xərclik məqsədi var, nə də ticarət; Heç bir şeyi nəzərdə tutmur. Bəhrə götürəndən və böyüyəndən və ... sonra həm ticarət, həm də tələbatını ödəmək üçün istifadə edir. Burada xüms barəsində hökmünüz nədir?
Ehtiyaclarını və şəxsi tələbatını ödəmək üçün lazım olan miqdarına xüms düşmür. Bundan əlavəsinə xüms düşür.
Qiraəti səhih olmayan bir kəsi əcir tutmaq
Namazı çox da kamil olmayan bir şəxs, özü üçün və ya başqasının tərəfindən naib olaraq həccə gedərsə, təvaf namazını qıldırmaq üçün başqasını naib tuta bilərmi?
Özü üçün həccə gedərsə, bacardığı qədər yerinə yetirməli və çalışmalıdır ki, mümkün qədər namazının qiraətini islah etsin. Lakin qiraəti səhih olmadığı təqdirdə digərlərinin yerinə naib olması işkallıdır.
Fitva ilə hökmün fərqi
Fitva və hökm arasında olan fərq haradan irəli gəlir? Necə olur ki, fitvaya yalnız müqəllidlərin, hökmə isə hamının əməl etməsi lazımdır? Əgər iki fəqih müxtəlif hökmlər versələr, nə baş verə bilər? Ümumiyyətlə ümumi hakimiyyəti olmayan fəqihin verdiyi hökm ümmət üçün nafizdirmi (qüvvədədirmi)?
Bizim "Ənvarul-fəqahət" kitabına müraciət edin.
Namaz əsnasında təyəmmüm
. Bir kəsin elə bir xəstəliyi var ki, yel çıxmağın qarşısını ala bilmir. Dəstəmaz almağın da ona zərəri var. Ondan bir şey xaric olan kimi təyəmmüm edib namazını davam etmək üçün namazını xüsusi bir məkanda, məs, daşın üzərində qılmalıdırmı?
Namaz əsnasında yenidən təyəmmüm almaq onun üçün mümkün olarsa, namazı pozan bir şey etmədən, (təyəmmüm almaq) lazımdır. Lakin bunun təkrarı çətin və məşəqqətli olsa, vacib deyil.
İstitaətli şəxsin naib olması
Bir şəxs istitaətlidir (müstəti, həcc üçün lazımi şərtlərə malik olan). Lakin (növbəyə) ad yazdırmadığına görə həccə getməyə imkanı olmamışdır. İndi atasının - o, ad yazdırmış, amma dünyasını dəyişmişdir - əvəzində naib olub həccə gedir. Bu niyabət (naib olma) səhihdirmi?
İstitaətli olub, lakin müəyyən maneələrə görə növbəyə yazıla bilməmişdirsə, onun naib olması səhihdir.
Naib vasitəsilə əcir tutulması
Naibin (başqa birini) naib tutmağa haqqı varmı? Bu əməli yerinə yetirəndən sonra mərhumun boynundan götürülürmü?
Naibin başqasını naib tutmaq haqqı yoxdur. Lakin yerinə yetirilən həcc səhihdir və mərhumun boynundan götürülmüşdür. Bundan əlavə, naib aldığı pul müqabilində borcludur.
Çox səfər edən ailə
Bir kəsin iş yeri müsafir məsafəsi qədərində vətənindən uzaqda yerləşirsə və hər gün iş yerinə gedib-qayıdırsa, yaxud bir həftə iş yerində qalırsa, onunla birlikdə olan ailəsinin namazlarının hökmü necədir?
Ailəsi müntəzəm olaraq onunla bir yerdədirsə, onların hamısının namazı tamdır.
Məscidin istifadəyə yararsız əşyalarının satılması
Məscidə aid olan, lakin ehtiyac olmayan əşya və avadanlıqları satıb pulunu məscidə xərcləmək olarmı?
O avadanlığa ehtiyac yoxdursa, satıb pulunu həmin məscidə xərcləyin. Buna görə ki, belə hallarda onları vəqf edən, yaxud hədiyyə edən insanların nəzərinə (məqsədlərinə) daha yaxın olan, onları (avadanlıqları) həmin məsciddə istifadə etməkdir. Bu məscidin onlara ehtiyacı yoxdursa, başqa məsciddə istifadə edə bilərsiniz.
Əhdə vəfa etmək
Qadına söz verəndə ona əməl etmək vacibdirmi?
Yaxşı olar ki, müsəlman şəxs mümkün olmayan halları çıxmaq şərti ilə həmişə öz verdiyi sözlərə əməl etsin,
Qadınların təvaf namazında qabaqda dayanmaları
İbrahim (əleyhis-səlam) məqamında izdiham üzündən, təvaf namazı qılan zaman qadınlarla kişilərin bir-birinin bərabərində (qarşısında) olmaması və ya qadının kişinin önündə namaz qılmaması mümkün olmur. Bu halda onların namazları səhihdirmi?
Eybi yoxdur.

