Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف

Müztəribə qadının təvafda vəzifəsi

Müztəribə qadının təvafda vəzifəsi nədir?

O, müztəribə qadının namazdakı vəzifəsinə əməl etməlidir ki, aşağıdakılardan ibarətdir: “Müztəribə” bir neçə ay qan görüb, amma müəyyən adət tapmayan qadına deyilir, əgər on gün və ya bundan az qan görsə hamısı heyzdir. Əgər on gündən artıq qan görsə, heyz nişanəsi olan günlər üç gündən az, on gündən çox olmasa heyz sayılır. Bütün qanlar eyni şəkildə olarsa qadın qohumlarının adəti üzrə hərəkət etməlidir. (Əgər qohumlarının hamısının və ya böyük əksəriyyətinin adəti eyni cürdürsə.) Qohumların adəti fərqli olsa, ehtiyat budur ki, qadın adət müddətini yeddi gün təyin etsin.

Arvadlar arasında ədalət

“Arvadlar arasında olan ədalət” – nə deməkdir?

Ədalət deyəndə, onların hər birinin şənlərinin, ad-sanlarının tələbinə mütənasib olaraq, hər biri ilə, halına uyğun rəftar olunması nəzərdə tutulur. Ədalət həmişə “müsavat” (bərabərlik) mənasına deyildir. Həqqul-qismlə (vaxtın qadınlar arasında bölünmə haqqı) bağlı ədalət budur ki, (məsələn, dörd arvadı varsa) onların hər biri üçün dörd gecədən birini ayırsın.

Qazının əsaslandığı fakt və sübutlar

. Əgər tibbi bir məsələ ilə əlaqədar həkimin qoyduğu diaqnoz, lent yazısı, filmlər, şəkillər və portretlər, adi və rəsmi sənədlər kimi faktlar qazının (hər hansı bir hadisə ilə bağlı) yəqininə səbəb olarsa, qazı onlara əsaslanıb qərar çıxara bilərmi? Başqa sözlə, qazının hökmdə istinad etdiyi faktlar yalnız şəriətdə deyildiyi kimi bəyyinə, and içmək və iqrarla xülasələnir, yoxsa qazı üçün yəqinlik gətirən hər hansı bir fakt onun çıxardığı hökmdə istinad mənbəyi ola bilər?

Aqil insanların qəbul etdiyi mötəbər sənəd və əlyazmalar yuxarıda deyildiyi kimi, şəri höccət və sübut sayılır. Lakin lent yazısı, film və bu kimi faktların etibarlı olmasını sübut edən bir dəlil yoxdur. Qazının elminin hücciyyəti yalnız hiss və duyğu orqanları vasitəsilə (məsələn, müşahidə), ya da hissə yaxın vasitələrlə (məsələn, Həzrət Əlidən (əleyhis-səlam) nəql olunan qul-ağa arasında, habelə iki qadının arasında uşaq üstündə yaranan mübahisəli məsələlər) yaranan hallardadır. Bu barədə “qazının elmi” bölümündə ətraflı şəkildə söhbət açmışıq.

Qruplar: Qəzavət
قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت