Zinaya məcbur etmək
Bir şəxs bir qadınla bir kişini zinaya məcbur etsə, onun (məcbur edənin) hökmü nədir?
Ağır şəkildə təzir olunmalıdır.
Ağır şəkildə təzir olunmalıdır.
Məscidi heç bir vəchlə məscid olmaqdan çıxarmaq və ya idman salonuna çevirmək olmaz. Lakin orada idmanla məşğul olmaq məscidin rövnəqdən düşməsinə, vəhninə (süstləşməsinə) səbəb olmasa və namaz qılanlara maneçilik törədilməsə, caizdir.
Namazının eybi yoxdur. Lakin ehtiyat vacib budur ki, özünü naməhrəmin gözü qarşısında qərar verməsin.
Dönməsi qəti və şübhəsiz olsa, ikinci əqd batildir və uzun zamanın keçməsinin təsiri yoxdur. Habelə fikrindən dönməklə, nikah əqdi qüvvədən düşmür və onların bir-birindən ayrılması üçün talaq lazımdır.
Eybi yoxdur. Reybə dedikdə məqsəd budur ki, günaha düşəcəyindən qorxsun. Ləzzət dedikdə isə məqsəd cinsi ləzzətdir.
Ehtiyat vacibə görə kafirlərin məscidə girmələrinin qarşısını almaq lazımdır. Lakin İslam dini və bu kimi məsələlər barəsində araşdırma aparmaq üçün olsa eybi yoxdur.
Qadınların iddə saxlamalarının müxtəlif fəlsəfələri vardır və yalnız uşağa qalmaq məsələsinə aid deyil. Ona görə də şəriətin qeyd etdiyi bütün hallarda qadın iddə saxlamalıdır, istər sonsuz olsun, istərsə uşaqlığı götürülmüş olsun, istərsə də fərzən bir neçə ilə öz ərindən ayrı yaşamış olsun. Bütün bu hallarda iddə saxlamalıdır.
Bacısının övladı olduğu təqdirdə əmisi oğlanlarına heç bir irs çatmayacaqdır. Başqa bir varisi yoxdursa, əmlakının hamısı bacısı uşağına çatmalıdır.
Qardaşı qızının südünü əmən qız o qadının bütün övladlarına məhrəmdir. Lakin bu iki qardaşın digər övladları bir-birləri ilə evlənə bilərlər.
Səyyar (qeyri-sabit) avadanlıq vasitəsilə hissələrə bölünsə ki, namaz üçün lazım olan hallarda yerini dəyişmək mümkün olsun, habelə dini fəaliyyətlər üçün nəzərdə tutularsa, maneəsi yoxdur.
Məsələdə fərz olunanlara görə iddə sona çatdıqdan sonra yenidən əqd siğəsini oxumaları ehtiyat vacibdir və əbədi haram deyil.
Əgər müxtəlif valyutaların mübadiləsi nəzərdə tutulmuşdursa, eybi yoxdur. Lakin eyni pul vahidinin mübadiləsi nəzərdə tutulmuşdursa, məsələn, İran kağız pulunu eyni pulla mübadilə etsələr, belə ki, əsginaslar camaat içində bir-biri ilə fərqli olsalar, misal üçün, iri əsginasları bəzən kiçik əsginaslardan daha çox bəyənsələr, necə ki, müsafirlər üçün daha istifadəlidir, burada da bir mal (əmtəə) şəklində olub, təklif (istehsal) və tələbə (istehlak) tabe ola bilər. (Əlbəttə, belə hallarda aqil adamlar arasında nəzərə alınan bir az fərqlə). Üçüncü şəkli də bundan ibarətdir ki, sələmdən qaçmaq üçün bir miqdar nağd əsginası daha artıq miqdara – bu əsginasların arasında olan fərq nəzərə alınmasa belə – nisyə və müddətli şəkildə satmaq istəsinlər. Belə müamilənin işkalı var və həqiqətdə alğı-satqı adı verilən sələmli borcdur.
Belə hallarda qızılı satmaq üçün ən yaxşı yol budur ki, ayrı-ayrılıqda iki müamilə bağlansın. Məsələn, 1 kq qızılı bir milyon yüz min tümən nəqd pula satsınlar və alver məclisində pulu alıb qızılı versin, sonra 1 kq qızılı ki, bir ilin başında təhvil veriləcək, bir milyona ondan alsın. Nəticə bu olacaq ki, qızılın sahibi bu iki müamilə ilə öz qızılını il başında yüz min tümən əlavə pulla alacaqdır.
Belə işlərin müqabilində pul almaq caiz deyil.