Hərəmin ağaclarını kəsmək
Həzrət ustadın “Həcc əməlləri” kitabında “Hərəmin ağacını kəsmək” ehramın halında haram olan şeylər sırasında qeyd olunmamışdır. Bu məsələ ehramda haram olan şeylərdən deyilmi?
Bu məsələ ehramda haram olan şeylərə məxsus deyil; Hərəmin ağacını kəsmək hamıya haramdır.
Hal-hazırda onun şəhid olmasının qəti şəkildə məlum olduğunu nəzərə alsaq, şəhidin işlədiyi idarədən “qan pulu” və ya “qəramət” adı ilə verilən bir miqdar pul kimə çatmalıdır?
Varislərin hamısına çatır. Əgər idarə o pulun xüsusi yerdə sərf edilməsini təyin etsə, bu hal müstəsnadır.
Qatilin qisasdan sonra dirilməsi
Bir şəxs qisasa məhkum edilir və can qisası adı ilə edam olunur. Tibbi ekspert onun dünyadan getməsinə dair rəy verir. Amma o, ölüxanada ayılıb özünə gəlir, bu halda: 1) Qisas hökmü öz qüvvəsində qalır, yoxsa qüvvədən düşür?2) Qisas öz qüvvəsində qalırsa, birinci dəfə dar ağacından asmanın diyəsi cinayətkar şəxsə verilməlidirmi?3) Diyə ödəmək kimin öhdəsinə düşür?4) Diyənin ödənmə möhləti nə qədərdir?
Qisas hökmü öz qüvvəsində qalır və qan sahibləri onu tələb edə bilərlər.2 və 3) Əgər cani zədələnsə, üzvü qüsurlu şəklə düşsə və ya digər formada zərər çəksə, ehtiyat vacib budur ki, onun diyəsi beytul-maldan ödənilsin. Bu, o halda ola bilər ki, hökm qazı və onun məmurları tərəfindən icra olunsun və hökmün icrasında heç bir laqeydlik və səhlənkarlıq baş verməsin. 5) Digər diyələr kimidir.
Müamiləni pozmaq haqqının şərti
Rəsmi və qanuni müamilələrdən öncə adətə çevrilmiş adi müqavilələrdə müəyyən miqdarda pul, müamiləni pozmaq haqqı üçün şərt olunur:1) Bu şərt müqəddəs İslam şəriəti baxımından səhihdirmi?2) Tərəflərdən hər biri müamiləni pozsa, qarşı tərəf müamiləni pozmaq haqqı üçün nəzərdə tutulan məbləği ondan ala bilərmi?3) Belə müqavilələr şəri və qəti müamilələrdən sayılırmı və ümumiyyətlə, şəri cəhətdən səhihdirmi və hər iki tərəfin ona riayət (əməl) etməsi lazımdırmı?
1) Əgər müamilə qətidirsə və hər iki tərəfdən birinin filan məbləği ödəməklə müamiləni pozmaq haqqına malik olmasını şərt qoyublarsa, bu şərt səhihdir. Lakin qəti müamilə baş tutmamışdırsa, deyilən məbləği almaq caiz deyil. 2) Yuxarıdakı cavabdan məlum oldu. 3) Müqavilələr müxtəlifdir. Onların bəzisində qəti müamilənin baş tutması aydın şəkildə qeyd olunur və bəzisi isə belə deyil. Hər birinin də yuxarıda qeyd olunduğu kimi, özünə məxsus hökmü var.
Xüms verməyən şəxslərin malından istifadə
Öz xümsünü təyin etmək üçün illik hesab qərar verən şəxs, şəri vergilərini ödəməyən şəxslərin mənzillərinə qonaqlığa getsə, onların yeməklərindən istifadə etsə, yaxud onların mənzilinin suyu ilə dəstəmaz alsa və onların evində namaz qılsa, hökmü nədir?
Hər vaxt o evdə və ya yeməkdə xüms malı olduğuna yəqini olsa, ondan istifadə etmək caiz deyil. Yalnız şəri hakimdən icazə almaqla bunu edə bilər.
Namazdan sonra maneəni müşahidə etmək
Əgər dəstəmazdan qabaq maneə olub olmadığını təftiş etsə lakin namazdan sonra maneənin olduğunu müşahidə etsə, maneəni aradan aparıb yenidən namaz qılmalıdırmı?
Əgər maneənin dəstəmazdan sonra əmələ gəlməsinə ehtimal verirsə, namazı yenidən qılmaq lazım deyil.
Heyvanın erkəklik vəziləri
Heyvanın erkəklik vəzilərini (xaya) yeməyin hökmü nədir?
Haramdır və ehtiyat vacib budur ki, uşaqlara da yedizdirilməsin.
Müamilə fikrindən dönməyin müqabilində pul ödəmək
Bir ticarət sahibi başqa bir ticarətçiyə təklif edir ki, filan məntəqədə pendir, buğda və ya qarğıdalı alverindən kənara çəkilsən, mən sənə filan məbləğdə pul verəcəyəm. Bunu belə izah etmək olar ki, əvvəllər dənli bitkilərdən və süd məhsullarından istifadə etmək illər boyu Zeydin öhdəsinə idi və belə müamilələrin mənfəətlərini o qazanırdı. İndi öz xəyalında ehtimal verilən bu kimi gəlirləri Əmrlə müamilə edir və mənfəətini Əmrə həvalə edir. Bu müamilə şəri baxımdan caizdirmi?
Onun həqiqətdə o pulu almaqla öz azad fəaliyyətindən kənara çəkildiyini nəzərə alsaq, maneəsi yoxdur.
Xümsü verilmiş əmlakı xümsü verilməmiş əmlakdan ayırmaq
Sadəcə niyyət etmək xümsü verilmiş pul və əmlakı digərindən ayırmağa səbəb olurmu? Ümumiyyətlə, onların bir-birindən ayırmaq qaydası necədir? Xüsusilə də bankda və ya əmanət kassasında olanda.
Niyyət kifayət etmir. (Zehindən) xaricdə ayırmaq lazımdır. Və ya xümsü verilmiş pul müəyyən hesabda və xümsü verilməmiş pul digər hesabda olmalıdır.
Öz mərcəyi-təqlidindən qeyrisinə xümsün verilməsi
Hər bir müqəllidin öz malının xümsünü, öz mərcəyi-təqlidinə verməsi lazımdırmı?
Xümsün müqəllidin öz mərcəyinə verilməsi o halda lazımdır ki, digər müctəhidlərin, bu müqəllidin mərcəyinin lazım bildiyi məsrəf olma yerlərində sərf etdikləri məlum olmasın. Habelə mərcəyi-təqlidin hakimin hökmü ünvanı ilə xümsü öz müqəllidlərindən tələb etdiyi surətdə lazımdır. Bu iki haldan başqa, digər müctəhidlərin nəzəri ilə məsrəf etmək olar.
Alıcının malı götürmək üçün gəlməməsi
Bir şəxs malı satmış və başqa mallardan ayrı şəkildə saxlayır. Lakin hələ alıcıdan bir xəbər çıxmamışdır. Hal-hazırda bu malın əldə olunma və istehsal keyfiyyətində xüsusi dəqiqlik tələb olunduğunu desə, satıcının o mal qarşısında vəzifəsi nədir? (Əgər pulunu qabaqcadan almış olsa, onda necə?)
Əgər müştəri nəqd aldığı malın pulunu üç günə kimi gətirməsə, satıcının müamiləni pozmaq haqqı var. Əgər o malın pulunu veribsə, o mal sizin yanınızda əmanətdir.
Malın əsil sahibinin “fuzuli” müamilədə müraciəti
Fuzuli müamilədə malın əsil sahibinin, satıcı və müştərinin hansı birinə müraciət etmək (haqqını almaq) haqqı vardır?
Mal sahibi mislini və ya qiymətini müştəridən ala bilər. Əgər onu tapa bilməsə, satıcıdan ala bilər. Birinci halda müştəri verdiyi məbləği geri ala bilər. Əgər mal sahibinə verdiyi məbləğ (satıcıya verdiyi) o məbləğdən çox olarsa, qiymət fərqini də satıcıdan ala bilər. Yalnız bu işi bilərəkdən etdiyi hal istisnadır ki, bu halda qiymət fərqini almağa haqqı yoxdur.
Neçə dəfə yaxınlığa razı olacağını şərt etmək
Əgər daimi arvad həftədə yalnız bir-iki dəfə yaxınlığa razı olacağını şərt etsə, bu şərt səhihdirmi?
Əgər hər iki tərəf bu şərtə razı olarlarsa, bu şərt səhihdir.
Namazdan sonra əl verib görüşmək
Bəzi tələbələrin fikrincə, namazdan sonra əl verib görüşməyin hökmü hədislərdə gəlmədiyinə görə, bu iş bidətdir və onu tərk etmək lazımdır. Digər tərəfdən də, namazdan sonra əl verib görüşmək tərk olunarsa camaat namazının xas hədəfləri layiqincə icra olunmayacaqdır. Bunları nəzərə almaqla xahiş edirik ki, namazdan sonra əl verib görüşməyin hökmünü bəyan edəsiniz.
Bidət odur ki, dində olmayan bir şeyi dinin bir hissəsi adı ilə yerinə yetirsinlər və ya əməldə belə bir fikri bəyan etmiş olsunlar. Buna əsasən əl verib görüşməyi mütləq mətlub olan (namazdan da qeyri hallarda, ümumi şəkildə istənilən) əməl məqsədilə yerinə yetirsələr və bəzən də bunu tərk etsələr, heç bir işkal (problem) yaranmayacaqdır.

