Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف

Üzvlərin hədiyyə olunması haqda vəsiyyət

Bir şəxs ölümündən sonra öz bədən üzvlərini bu üzvlərə ehtiyacı olan xəstələrə köçürülməsini vəsiyyət edərsə, varisləri bu işin qarşısını ala bilərlərmi?

Varislərin buna mane olmalarının bu məsələyə heç bir təsiri yoxdur. Bu üzvlər xəstələrin canının xilas olması üçün lazımdırsa, onları götürmək caizdir. Habelə göz kimi böyük əhəmiyyətə malik üzvlərdə də belədir.

Fond tərəfindən zəhmət haqqı almaq

Bir neçə nəfər bir-birinin köməyi və həmkarlığı ilə xeyriyyə fondu təşkil etmiş və üzv olan şəxslərə borc pul verirlərsə, onlardan əmək haqqı adı ilə alınan faizlər halaldırmı? Əlavə etmək lazımdır ki, belə bankların məvacib verilməsi lazım olan bir işçisi yoxdur. Buna görə də əldə olunan gəlir, halal olmaq şərti ilə hansı yerlərdə istifadə oluna bilər?

Əmək haqqı deyəndə, bankın və ya xeyriyyə fondlarının işçilərinə və s.-ə məvacib adı ilə cari hesabların saxlanılması, qorunması və göstərdikləri sair xidmətlər üçün çəkdikləri zəhmət müqabilində verilən zəhmət haqqı nəzərdə tutulur. Belə ki, bu məqsədlə artıq məbləğ alınaraq, məvacib adı ilə işçilərə və digər məxariclərə sərf olunarsa, maneəsi yoxdur. Lakin yazdığınız şəkildə işkalı vardır.

Qruplar: Məvacib

Hicabın zəruriliyi

Hicab məsələsi İslamda önəmli bir məsələsi sayılır. Digər tərəfdən İslam qanun-qaydaları İslam respublikasında, xüsusilə də dindar şəhərlərdə, o cümlədən müqəddəs Qum şəhərində riayət olunmalıdır. Allaha şükürlər olsun, müqəddəs Qum şəhərində bu günə kimi bu qanunlara riayət olunmuşdur. Amma təəssüflər olsun ki, son günlərdə bu müqəddəs şəhərdə nalayiq əməllərin şahidi oluruq ki, bu müqəddəs şəhərin məqam və mənzilətinə layiq deyil. Dəfələrlə şahidi olmuşuq ki, bu nalayiq əməlləri nəqliyyat vasitələrində, xüsusilə də Həzrət Məsumənin (ələyha salam) mütəhhər hərəminin önündən keçən gəlin aparan maşın karvanlarında görürlər. Ümumiyyətlə, müqəddəs məkanlarda, o cümlədən Pərvərdigarın və həzrət Bəqiyyətullahil-əzəmin (əccələllahu taala fərəcəhuş-şərif) lütf və mərhəmətində olan “Cəmkəran” məscidində belə hadisələr baş verməkdədir. Bu hadisə olduqca təəssüfləndirici, kədərlidir. Çünki sözü gedən bu nalayiq hərəkətlərə yol vermək bu şəhərin məqam və mənzilətinə əsla layiq deyil. Böyük mərcəyi-təqlidlərin daim inqilab və İslamın köməyinə, fəryadına tələsdiklərinə və öz möhkəm cavabları ilə zülm və zorakılıq, haqsızlıq dünyasının cavabını qətiyyətlə verdiklərinə görə bu qərara gəldik ki, həzrət ustadın müqəddəs Qum şəhərində baş verən bu hadisələr barəsində olan aydın fitvasını öyrənək.

Şübhəsiz, hicab İslamın danılmaz (zəruri) prinsiplərindəndir. İslam fəqihlərinin hamısı bu barədə yekdil nəzərdədir. Hər bir hicabsızlıq və ya pis hicablılıq halları müqəddəs şəriətə ziddir. Xüsusilə də dindar şəhərlərdə, daha çox müqəddəs şəhərlərdə bunlara daha artıq riayət olunmalıdır. Hicabsızlığın və naqis hicab geyməyin günahı bu məkanlarda daha çoxdur. Şübhəsiz, hər yerdə, xüsusilə bu məkanlarda çadra geyinmək daha yaxşıdır.

Qruplar: Hicab

Şəhidin varisləri həyat yoldaşı və atadan ibarətdirsə

Vəfat etmiş şəxsin atası, anası və cinsi əlaqədə olmadığı həyat yoldaşı vardır. İrsin onların arasında neçə bölünməsini bəyan edin.

Həyat yoldaşına bütün irsin (torpaq sahəsindən başqa) dörddə biri çatır. Anaya bütün əmlakın üçdə biri çatır. Qalanı da ataya verilir. Əgər mərhumun (ən azı) iki qardaşı, ya dörd bacısı, ya da bir qardaşı və iki bacısı varsa (onların atalarının mərhumun atası ilə eyni olması şərti ilə) yerdə qalan əmlakdan altıda biri anaya və qalanı da – altıda birin beşdə üçüdür – ataya çatır.

Qruplar: Ər-arvad
قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت